AAAF İnşaat

AAAF İnşaat «AAAF-İnşaat MMC» müstəqil respublikamızda idmanın inkişaf etdirilməsi məqsədi ilə peşəkar idmançılar tərəfindən təsis edilmişdir.

MMC qısa müddət ərzində respublikamızın bir sıra rayon və kəndlərində idman mərkəzlərini inşa edərək idmançılarımızın istifadəsinə verilmişdir. MMC-nin tərkibində fəaliyyət göstərən «Zirvə idman klubu»nda 500 nəfərə yaxın idmançı, 50 nəfərə yaxın məşqçi uzun müddətdir ki, müntəzəm olaraq peşəkar idmanla məşğul olurlar. Klubun yetirmələri dəfələrlə avropa və dünya miqyaslı yarışlardan vətənimizə me

dallarla qayıtmışlar. AAAF-İnşaat MMC idman mərkəzləri ilə yanaşı bir sıra yaşayış komplekslərinin tikintisi ilə məşğul olur, Abşeron rayonu Xırdalan şəhəri, Heydər Əliyev prospektində inşa edilən «AAAF park» kompleksi bizim şirkətin ən uğurlu layihələrindən biridir. İdmanla yaşayış evlərinin vəhdəti layihəyə xüsusi gözəllik verir. Zirvə idman klubunun əsas mərkəz bazası sayılacaq bu kompleksdə yüksək şəraitin yaradılması planlaşdırılır. Tanınmış idmançıların və mütəxəssislərin yaşayacağı bu kompleks sakinlərə Olimpiya kəndini xatırladacaq.

İctimaiyyət və KİV nümayəndələrinin diqqətinə!"AAAF-İnşaat MMC" olaraq həyata keçirdiyimiz bütün layihələrdə göstərilən ...
23/05/2020

İctimaiyyət və KİV nümayəndələrinin diqqətinə!

"AAAF-İnşaat MMC" olaraq həyata keçirdiyimiz bütün layihələrdə göstərilən xidmətin ən yüksək səviyyədə olmasını hər zaman arzulamış, fəaliyyətimizi bu istiqamətdə qurmuşuq. Əksər hallarda da buna nail olmuş, təqdir edilmişik. Son illər fəaliyyətimizdə, konkret olaraq bəzi binaların tikintisi prosesində problemlər yaşamaqdayıq. Tikinti prosesi ləng gedir və bu da narazılıqlar yaradır. Bununla bağlı bildirmək istəyirik ki, sözügedən tikinti öhdəliklərinin ləng yerinə yetirilməsinin ən böyük səbəbi 2010-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən şirkətə qarşı tətbiq edilən bir sıra əsassız və qanunsuz vergi ödənişi tələbləri nəticəsində yaranmış maliyyə sıxıntısıdır. Məhz bu tələblər səbəbindən qeyd edilən və sonrakı müxtəlif vaxtlarda şirkətə artıq vergi yükləri əlavə edilmiş və əsassız olaraq ödənilməsi təmin edilmişdir. Hal-hazırda da şirkətin rəsmi bank hesabları dondurulmuş, maliyyə əməliyatları əngəllənmişdir. Tikintinin davam etdirilməsi üçün yeganə maliyyə qaynağı tikilməkdə olan binalardan gələn kredit ödənişləridir. Bu ödənişlər isə məcburi qaydada yuxarıda qeyd etdiyimiz əsassız vergi və digər ödənişlərə getdiyi üçün tikintidə sürət aşağı düşmüşdür və vəziyyət indiki həddə qədər gəlib çatmışdır.
Bununla yanaşı, hazırda pandemiya ilə əlaqədar olaraq tətbiq edilən xüsusi karantin rejimi də maliyyənin zəifləməsinə səbəb olmuşdur. Çünki bölgələrdən gediş-gəlişlərdə məhdudiyyətlər var. Müştərilər aylıq kredit ödənişlərini edə bilmirlər. Bu səbəbdən də zəif olan maliyyə qaynağımız daha da zəifləmişdir, çətinliklər çəkməkdəyik.
Buna baxmayaraq, şirkət olaraq iyun ayından etibarən müəyyən addımlar atmaq qərarı vermişik. Əminliklə qeyd edə bilərik ki, bunun nəticəsində tikinti daha da sürətlənəcək. Ancaq yenə də bu sürətlənmə bizim arzuladığımız həddə deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin tətbiq etdiyi əsassız vergi yükləri nəticəsində çıxılmaz vəziyyətə düşmüşük, fəaliyyətimizə əngəl yaranıb. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, həmçinin digər müvafiq və aidiyyatı qurumlara, ən yüksək instansiyalara bununla bağlı müraciətlər olunub, izahatlar verilib. Yaxın vaxtlarda şikayətimizlə bağlı apellyasiya baxışı gözlənilir. Bundan sonra şirkətimizə yaradılan maliyyə probleminin həllini tapacağına ümid edirik. Bu halda, AAAF-İNŞAAT MMC öz üzərinə düşən öhdəlikləri rahatlıqla icra edəcək və bütün çətinlikləri arxada qoyaraq vətəndaşlara layiqli xidmət göstərəcək, həmçinin ölkənin ən böyük vergi ödəyicilərindən biri kimi mövcudluğunu davam etdirəcək.

19 dekabr 2019
23/12/2019

19 dekabr 2019

8 iyul 2019
08/07/2019

8 iyul 2019

08/07/2019
Fevral, 2019
26/02/2019

Fevral, 2019

21/09/2018
21/02/2018
21/02/2018
21/02/2018
21/02/2018

Address

Heydər Əliyev Pr
Xirdalan
0121

Alerts

Be the first to know and let us send you an email when AAAF İnşaat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share