Cloc.az

Cloc.az .

19/10/2018
01/05/2018

Her kese Salam.

Bu gun tesafufen qarwima bu wekil cixdi. Ilk baxiwdan adi bir wekil olsada cox derin mena dawiyan bir mesaj verir her kese. Heqiqetende heckim bitkilere kimyavi terkibli ickileri vermir, bitkiye ziyan etdiyin bildiyine gore. Ama ovladlarimiza cox rahatliqla bucyr icecekleri vermekden cekinmirik. Bu tek iceklerde deyil, kimyavi qidalarla yetiwdirilmiw meyve ve terevezlerdede eynidir. Ovladlarimiza orqanik weraitde yetiwdirilmiw meyve ve terevezlere ustunluk vermeye caliwaq. Orqanik yetiwdiricilikdede butun dunyada istifade olunan Soxulcan Gubresidir(Vermikompost).
Etrafinizdaki insanlarinda melumatlanmasi ucun postu beyenib paylawin. Belke kimese xeyri deydi. Tanri sizi qorusun.

11/04/2018
10/12/2017
08/12/2017
06/12/2017

Bəxti gətirməmiş, lakin uğurlu həyat qurmağı bacarmış 10 insan
1. Bethovenin müəllimi öz şagirdini tamamilə istedadsız biri hesab edirdi.
2. Darvin tibblə məşğul olmağı dayandırdıqdan sonra atası hər zaman onu danlayır və vaxtının çoxunu yalnız səmərəsiz işlərə sərf etdiyini söyləyirdi.
3. Uolt Disneyi kifayət qədər məhsuldar və cəlbedici ideyalar təklif etmədiyi üçün redaksiyadan kənarlaşdırmışdılar.
4.Edisonun müəllimi onun heç nə öyrənə bilmədiyini və savadsız olduğunu söyləyirdi.
5. Eynşteyni uşaqlıq illərində əqli cəhətdən geri qalmış biri hesab edirdilər. O, 4 yaşına qədər danışmamışdı.
6. Böyük heykəltəraş Roden 3 dəfə incəsənət məktəbinə imtahan vermiş və hər 3 imtahanda uğursuz nəticə əldə etmişdir. Atası onu savadsız adlandırır və onun nə vaxtsa həyatda uğur qazanacağına inanmırdı.
7. İmperator Ferdinand dünyanın ən dahi bəstəkarlarından biri hesab olunan Morsarta irad tutaraq bildirmişdi ki, bəstəkar "Fiqaronun toyu" operasında olduqca çox notdan və az səsdən istifadə edib.
8. Mendeleyev hər zaman məktəbdə kimya dərsindən 3 qiyməti alırdı.
9. "Ford" şirkətinə və onun istehsalı olan avtomobillərə nəzər yetirən hər bir şəxs Henri Fordun çox uğurlu bir biznesmen və həddindən artıq varlı biri olduğunu düşünər. Qeyd edək ki, sözügedən şirkət artıq bir əsrdən çoxdur ki, fəaliyyətini davam etdirir. Lakin bu zirvəyə nail olmazdan və böyük maliyyə uğuruna imza atmazdan əvvəl Ford bir neçə dəfə iflasa uğrayıb. İndi isə Ford tarixin gedişatını dəyişən və 4 təkər üstündə yeni həyat modeli yaradan şəxs kimi qiymətləndirilir.
10. Radionun yaradıcısı Markoni bir müddətdən sonra sözlərin uzaq məsafədən ötürüləcəyini söyləyəndə, dostları onun dəli olduğunu düşünərək psixiatra müraciət etməyini məsləhət görmüşdülər. Bir neçə aydan sonra isə onun yaratdığı radio çoxsaylı dənizçinin həyatını xilas etmişdi.

06/12/2017

Uğur əldə etmək haqqında 5 yanlış düşüncə.
Çox vaxt bizə elə gəlir ki, çox işləyirik, amma az iş çatdırırıq. Düşünürük ki, çox vaxt sərf etmişim, amma nəticə ona dəymir, belədə zənn edirik ki, biz dəyərli vaxtımızı ya başqalarına, ya da lazımsız işlərə sərf edirik. Biz bilmirik ki, gündəlik məşğuliyyət zamanı həqiqətən də istədiyimiz budurmu, hədəf budurmu? Çox vaxt əsas dəyərlər unudulur. İngiltərəli yazar və Harvard Biznes İcmalının müəllifi Qreq Mak-Kaun bu məsələ ilə bağlı öz fikrini paylaşır, o, uğurlu insanların daha çox uğur qazanmağına maneə yaradan 5 yanlış haqqında yazır. AIN.UA müəllifin tezisləri ilə sizi tanış edir.
Bu yaxınlarda mən icraçı direktor vəzifəsində çalışan dostuma rast gəldim. Soruşdum ki, nə edir? Cavabında dostum qeyd etdi ki, işlər uğurla davam edir, o səyahət edir, işini inkişaf etdirir, karyerasında yüksəlir, ailəsində uşaqları da xüsusi aktivliyi ilə seçilirlər. Onun sözlərindən belə anlamaq olurdu ki, həyatından razıdır. Mən ondan bir daha soruşdum- “Sən özün necəsən?” Bu an qarşımda sanki tamam başqa bir insan durdu- o, emosiyalarına qapıldı və etiraf etdi ki, vəziyyət heç də ürəkaçan deyil; stressdən qurtula bilmir, çalışır ki, hər kəslə məşğul olsun, amma heç kəsə və heç nəyə vaxt ayıra bilmir. Onun hətta bu vəziyyəti düşünməyə və ya uşaqlarıyla vaxt keçirməyə belə vaxtı yoxdur. Sözün qısası, belə başa düşdüm ki, dostumun heç bir dəqiqə də vaxtı olmur və o, həyatından narazıdır. Bunun səbəbi də odur ki, çoxları kimi o da diqqətini yalnız maddi qayğılarını təmin etməyə yönəldib.
Bizi qəhrəman olmaq ideyaları ilə ələ alırlar, biz çalışırıq, vuruşuruq ki, gecə dörd saat yatsaq belə hər şeyi çatdıraq və hər kəsin işinə yarayaq. İnsanlar tez-tez deyirlər: “Mən indi çox məşğulam!” Amma çox vaxt onlar bunu ona görə deyirlər ki, özlərini öysünlər. Onlar hörmət əlaməti olaraq üzərlərinə etiket yapışdırırlar, amma bilmirlər ki, bu sadəcə saxtadır. Bu etiketlər bizim düşünmək və yaratmaq azadlığımızı əlimizdən alır. Əməksevər, çalışqan insanların daha çox uğur qazanmasının qarşısını alır. Aşağıda mən qeyd etmişəm, nələr bacarıqlı insanların daha da uğur qazanmasına maneə yaradır.
I yanlış düşüncə: Uğurlu insanlar belə deyirlər: “Əgər mən bunu eləyə bilərəmsə, mən bunu eləyəcəm”
Əslində isə: Uorrenu Baffeti yazır: “Uğurlu insanlarla çox uğurlu insanlar arasındakı fərq odur ki, çox uğur qazananlar demək olar ki, həmişə yox deyirlər.” Sistemsiz, gərəksiz, düşünülməmiş “yox” demək lazım deyil. Bəzən təkcə vaxt azlığından deyil, sadəcə könüllü olaraq möhtəşəm imkanlardan boyun qaçırmaq lazımdır. Çox az adamda o cəsarət var ki, bu dəyərlərlə yaşasın. Amma məhz o insanlar daha çox uğur qazananlardır.
II yanlış düşüncə: Çox uğur qazanan insanlar sutkada dörd saat yatır.
Əslində: Çox uğur qazananlar normal yuxu rejimi olanlardır ki, onlar maksimal məhsuldar olurlar.
Anders Erikson skripka çalanlar arasında məşhur “10000 qayda” araşdırmasını aparır. O aşkar edib ki, ən yaxşı skripka çalanlar adi tələbələrdən fərqli olaraq, vaxtlarının çoxunu öz texnikaları üzərində sərf ediblər. Yaxşı skripka çalanlarla ən yaxşıları arasındakı fərqlərdən biri də o idi ki, ikincilər gün ərzində daha çox yatırdılar. Orta hesabla onlar sutkada 8.6 saat yatırlar.
III yanlış düşüncə: Uğurlu insanlar oyun oynamağı boş vaxt itkisi hesab edirlər.
Əslində: Ən uğurlu insanlar oyun oynağa ruhlanmaq kimi baxırlar. Ser Ken Robinson məktəbdə yaradıcılığın insan həyatına təsiri ilə bağlı araşdırma aparıb. O, belə nəticəyə gəlib ki, məktəblər oyunlara yaradıcı yanamağı öyrətmək əvəzinə bu imkanı məhv edib. “Yeni təhsil ocaqları fastfud yeməklərə bənzəyir, bizim enerjimizi və ruhumuzu zəiflədir, hamburgerlər və kartof qızartmaları kimi bizim bədənimizi çürüdür. Təxəyyül gücü insanın bütün nailliyyətlərinin əsasında durur.”
IV yanlış düşüncə: Uğurlu insanlar həmişə hər şeyin cavabını birinci tapırlar.
Əslində: Ən çox uğur qazananlar birinci növbədə digərlərini dinləyirlər. Necə deyərlər, hamıdan çox danışan, heç də həmişə düz danışmır. Amma əsl dinləyənlər bir çox fikir içərisindən deyilməyəni ortaya qoyur və məsələni daha dərin anlamış olur.
V yanlış düşüncə: Uğurlu insanlar hər zaman rəqiblərinin nə etdiklərini hər zaman bilirlər.
Əslində: Ən çox uğur qazananlar ona diqqət toplayırlar ki, başqalarının etdiyindən daha yaxşısını etsinlər.
Amerikalı təlimçi Larri Qelviks 36 illik komanda təcrübəsində 418 oyunda qalib, 10 oyunda məğlub olub. Onun uğurunun kökündə o dayandırdı ki, komandasına hər dəfə bu sualı verirdi: “İndi vacib olan nədir?”. O istəyirdi ki, komandası öz oyununu oynasın, rəqib komandanın nə etdiyinə baş qoşmasın.
Con Kennedi bir dəfə belə demişdi: “Həqiqətin ən əsas düşməni heç də yalan deyil, düşmən inandırıcı, qeyri-real və inadcıl miflərdir.” İndi bu mif müasir mədəniyyətdə çox yayılıb: o kəs uğur qazanır ki, o bunu istəyir və buna qabildir və məşhur olmaq istəyir. Bəli, bu tip insanlar həyatda istəklərinə nail olublar. Onlar əmindirlər ki, heç nə eləməyənlərlə müqayisədə nəsə edirlər. Amma mən onları ikinci tip insanlara ayırıram.
Buna baxmayaraq bizim hekayəmizdə yeni qəhrəman da var. O belə soruşur: “Nədir vacib olan?” Və qalan hər şeydən qurtula bilir. O vaxtını başqa lazımsız işlərə ayırmır, yox deməti bacarır, yalnız nə istədiyini bilib ona vaxt sərf edir. Bu cəsarət tələb edən bir yoldur. Siz seçim etməlisiniz, tez bir zamanda məşhur olmaq, ya da uzunmüddətli hörmət sahibi olmaq. Bu miflərdən qurtulmaq sizə həyatdan zövq almağı və onu idarə etmə bacarığını verəcək. Və bonus olaraq siz uğurlu insandan ən uğurlu insana çevriləcəksiniz.

Address

Sumqayıt
5001

Alerts

Be the first to know and let us send you an email when Cloc.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share