Naxçıvan MR Dövlət Sığorta Xidməti

Naxçıvan MR Dövlət Sığorta Xidməti Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naxçıvan MR Dövlət Sığorta Xidməti, Insurance Company, C. Məmmədquluzadə küçəsi 17, Nakhchivan.

11/12/2022

12 Dekabr Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Dərin hörmət və ehtiramla yad edirik🇦🇿🇦🇿🇦🇿

 

Sükan arxasında diqqətsiz olmağınız yol-nəqliyyat hadisəsinə səbəb ola bilər! Ətraflı məlumat üçün bizə müraciət edin:📞5...
11/09/2022

Sükan arxasında diqqətsiz olmağınız yol-nəqliyyat hadisəsinə səbəb ola bilər!

Ətraflı məlumat üçün bizə müraciət edin:
📞505
☎️ (+99436) 550-55-66
📞 (+99460) 200-42-12

Naxçıvan şəhəri C.Məmmədquluzadə 17


10/08/2022
03/08/2022

Dövlət Sığorta Xidməti tərəfindən təbii fəlakətlərin baş verməsi nəticəsində zərər görən sığortalı şəxslərin əmlakına dəyən ziyan qarşılanıb.

12 mart 2021-ci il tarixli 95-06/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublika...
15/04/2022

12 mart 2021-ci il tarixli 95-06/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli 86-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” və Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsində tərtib olunmuş  dövlət proqramlarının icrası ilə bağlı “Tədbirlər Planı” na əsasən “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin təşkilatçılığı ilə 14 aprel 2022-ci il tarixdə saat 1100-da Şərur rayon Mahmudkənd kəndində arıçılıq,  saat 1130-da Şərur rayon Oğlanqala kəndində meyvə-tərəvəz, saat 1300-da Şərur rayon Oğlanqala kəndində heyvandarlıqla bağlı ailə təsərrüfatları və sahibkarlar arasında maarifləndirici tədbir keçirilmişdir.
Baş tutan tədbirdə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi, Şərur rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Arıçılar İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.Tədbirin məqsədi sahibkarların sığorta sahəsinə olan inamlarını artırmaq, onları bu yöndə maarifləndirməkdən ibarətdir.

02/04/2022

Sığortanın müxtəlif növləri və əhəmiyyəti ilə bağlı maarifləndirici görüşlərin keçirilməsi davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Mədəniyyət Şöbəsinin iclas zalında Təhsil Şöbəsinin 140 nəfər işçisi ilə “Daşınmaz əmlakın icbari sığortası”, “Fiziki şəxslərə məxsus olan əmlakların sığortası”, “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası”, “Fərdi Qəza sığortası”, “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” növlərinin icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin Şahbuz Rayon Şöbəsi tərəfindən Şahbuz Rayon İcra Hakimiyyətinin iştirakı ilə 2022-ci ildə görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilmişdir.

Sonda verilən suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, Təhsil Şöbəsinin işçilərinə qeyd olunan sığorta növlərinə dair buklet və broşürlər paylanılıb.

31 Mart Azərbaycanlıların Soyqırımı günüdür⚫️  keçsədə
31/03/2022

31 Mart Azərbaycanlıların Soyqırımı günüdür⚫️

keçsədə

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən 2022-ci ildə görüləcək işlər üzr...
16/03/2022

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən 2022-ci ildə görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbirlər davam etdirilir.

14 mart 2022-ci il tarixdə, saat 14:00 –da Babək rayon Mərkəzi xəstəxanasında 40 nəfərin iştirakı ilə “Fiziki şəxslərə məxsus olan əmlakların sığortası”, “Fiziki şəxslərə məxsus olan heyvanların sığortası”, “Fərdi Qəza sığortası”, “Avtomobil nəqliyyat vasitələrinin tam sığortası” “Daşınmaz əmlakın icbari sığortası”, və “Aqrar Sığorta” növlərinin icrası ilə bağlı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən 2022-ci ildə görüləcək işlər üzrə Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib.

Sonda verilən suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, Xəstəxananın işçilərinə qeyd olunan sığorta növlərinə dair buklet və broşürlər paylanılıb.

Qəza gəlməmiş, zamanında sığortalanın!Gözlənilməz qəzalar nəticəsində avtomobilinizin təmiri ilə bağlı mütəmadi olaraq m...
15/03/2022

Qəza gəlməmiş, zamanında sığortalanın!
Gözlənilməz qəzalar nəticəsində avtomobilinizin təmiri ilə bağlı mütəmadi olaraq müxtəlif ehtiyaclar yarana bilir. Avtomobilin kasko sığortası ilə ona dəyən maddi zərərə qarşı təminatlı olun və bərpasını gecikdirməyin.

11/03/2022

08 İyul 2021-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən Sığorta Xidmətinin qarşısına qoyulan vəzifələrdən biri də “Sığorta Xidməti muxtar respublikada sığorta işini təkmilləşdirməli, könüllü sığortanın tətbiqini və səyyar xidmətin əhatə dairəsini böyütməlidir” olmuşdur.

Verilmiş tapşırıqların icrası ilə bağlı Sığorta Xidməti bütün sahələrdə, eyni zamanda könüllü sığortanın inkişafı sahəsində əldə edilən uğurların davamlılığının təmin edilməsi üçün xidmət keyfiyyətinin yüksəldilməsi, yeni və sərfəli xidmətlərin təklifi ilə sığorta sektorunda Sığorta Xidmətinin mövqeyinin gücləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Belə ki, “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi və tabe rayon (şəhər) idarə və şöbələrinin əməkdaşları tərəfindən baş verə biləcək hər hansı sığorta hadisəsinə görə mütəmadi olaraq sığorta müqavilələri bağlanılır. Sığorta müqavilələrinin qüvvədə olduğu zaman ərzində hər hansı sığorta hadisəsi baş verərsə dəymiş zərər qanunauyğun olaraq sığortaçı tərəfindən ən qısa müddətdə qarşılanır.

Cari ilin fevral ayının 4-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla görüşdə Ali Məclisin Sədri Cənab Vasif Talıbov tərəfindən “Sahibkarlıq sahəsində risklər düzgün dəyərləndirilməli və könüllü sığortaya üstünlük verilməli, Dövlət Sığorta Xidməti sahibkarlarla işə diqqəti artırmalıdır” tapşırığı verilmişdir.

Bu tapşırığın icrasına uyğun olaraq mart ayında Şərur rayonunda Dövlət Sığorta Xidmətinin əməkdaşları ilə sahibkarlar və ailə təsərrüfatçıları arasında maarifləndirici söhbətlər aparılmış, xüsusilə də, könüllü sığortaların həyata keçirilməsi və tətbiqi ilə bağlı fərdi qaydada görüşlər keçirilmiş, bütün könüllü sığorta növləri barədə onların sığorta tələblərinə cavab verən sığorta riskləri yenidən qiymətləndirilmişdir.

Belə ki, Rayonun bir sıra sahibkarlıq obyektlərində, həmçinin çörək sexində vətəndaşlarla görüş keçirilmiş, maarifləndirici söhbətlər aparılmışdır.

Address

C. Məmmədquluzadə Küçəsi 17
Nakhchivan
7000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00

Telephone

+994602004212

Alerts

Be the first to know and let us send you an email when Naxçıvan MR Dövlət Sığorta Xidməti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share