03/12/2021
ℹ️Diqqət !
Hövsan əhli bir neçə dəfə səhifədə paylaşım da etmişdim ki, facebook səhifəsinə gələn mesajlara baxmaq imkanı olmadığına görə cavab verə bilməyəcəm. Ən azından instagram səhifəmiz üzərindən paylaşımları davam etdirəcəm ki, facebook üzərindən də səhifə fəaliyyət göstərmiş olsun. Heç olmasa Hövsan haqqında müəyyən məlumatları almış olarsınız. Lakin bəzi izləyicilər bilib-bilmədən boş-boş danışır replikalar atır şərhlərdə. Bu neçə vaxtda mənim təcrübəmdən belə nəticəyə gəlirəm ki, bir çox insanlar səhifənin normal fəaliyyət göstərdiyi dönəmlər belə bir izləyici kimi səhifənin aktivliyində heç bir rol oynamır (like, koment, paylaşım cəhətdən) amma bir mesajına cavab yazılmayanda olur səhifə p*s səhifə. Halbu ki, çox xahişlər etmişəm ki, aktiv olun ki, məndə həvəsdən düşməyim səhifə ayaqda qalsın amma nə fayda. Hər kəs öz marağını güdür və bu barədə heç kimidə qınamıram. Uzun sözün qısası bu cür şəxslərin və səhifənin izləyici olaraq qeyri-akrivliyi zamanla məni facebookdan soyutdu. Bundan sonra səhifə, fikirmi dəyişməyənə qədər (bəlkədə həmişəlik) artıq fəaliyyətini dayndırmış hesab edilir. Yalnız instagram səhifəsi üzərindən fəaliyyətimizi davam etdirəcəyik.
Bizi izləyən bütün izləyicilərə təşəkkür edirəm və üzürlü sayın ki, vaxt azlığından belə alındı. Həyat sosial şəbəkədən ibarət deyil mənə görə. Ona görə də zamanımı daha üstün tutaraq uzaqlaşıram . Sağolun, özünüzə yaxşı baxın.