Sığorta xidməti - Insurance service

Sığorta xidməti - Insurance service Avtomobillərin icbari və kasko sığortası, səyahət sığortası, əmlak sığortası, tibbi s?

Avtomobillərin icbari və kasko sığortası, səyahət sığortası, əmlak sığortası və digər bütün sığorta növləri üzrə xidmət təklif edirik.

Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə qiymətlər
19/02/2018

Avtonəqliyyat vasitələrinin icbari sığortası üzrə qiymətlər

Hüquqi və fiziki şəxslərə təklif etdiyimiz sığorta xidmətləri:* Avtomobillərin icbari sığortası* Avtomobillərin kasko sı...
01/02/2018

Hüquqi və fiziki şəxslərə təklif etdiyimiz sığorta xidmətləri:

* Avtomobillərin icbari sığortası
* Avtomobillərin kasko sığortası (aylıq, rüblük, yarımillik ödəniş)
* Səyahət sığortası
* Əmlak sığortası
* Tibbi sığorta
* Məsuliyyət sığortası

Tel: (050)3049595;
(055)2655590
Ünvan: Azər Manafov 1, Baku, Azerbaijan

Peşə məsuliyyətinin sığortasıBu növ üzrə sığorta predmeti Sığortalının xidmətçiləri və ya işçiləri öz peşə borclarını ye...
31/01/2018

Peşə məsuliyyətinin sığortası

Bu növ üzrə sığorta predmeti Sığortalının xidmətçiləri və ya işçiləri öz peşə borclarını yerinə yetirən zaman yaranan maliyyə xərclərinə görə Sığortalının daşıdığı mülki məsuliyyətidir.

Sığortaçı, yaranan mülki məsuliyyət aşağıdakı tələblərə cavab verdikdə, Sığortalıya onun mülki məsuliyyət daşıdığı zərərlərin əvəzini ödəmək üçün (pretenziyaçının xərcləri, rüsumları və məsrəfləri daxil olmaqla) müqavilədə göstərilən qaydada sığorta ödənişi verməyi öhdəsinə götürür:

* məsuliyyət təminata daxil edilən zərərlər üçün olmalıdır (iddiaçının xərcləri və Sığortalının qəbul edilmiş müdafiə xərcləri və məsrəfləri də daxil olmaqla)
* məsuliyyət müqavilə müddəti ərzində ilk olaraq Sığortalıya qarşı qaldırılmalıdır
* məsuliyyət Sığortalının xidmətçiləri və ya işçiləri tərəfindən törədilən səhlənkar akt, səhv və ya qüsur nəticəsində yaranan maliyyə xərcləri üçün ortaya çıxmalıdır
* məsuliyyət müqavilədə göstərilən qaydada Sığortalı tərəfindən xidmətlərin göstərilməsi gedişində yaranmalıdır

Ən çox verilən suallar:Avtomobil sığortası hansı riskləri əhatə edir?Avtomobilinizi sığorta etdirən zaman siz təklif olu...
24/01/2018

Ən çox verilən suallar:

Avtomobil sığortası hansı riskləri əhatə edir?
Avtomobilinizi sığorta etdirən zaman siz təklif olunan 3 təminat növündən hər hansı birini və ya hər üçünü seçə bilərsiniz:

Avtomobilin sığortası - avtomobilinizə dəyən zərərin əvəzinin ödənilməsi (Yol-nəqliyyatı hadisəsi, yanğın, partlayış, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq və s.)
Sizin və avtomobildə olan sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi
Mülki məsuliyyətinizin sığortası - sizin səhviniz nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi.

Avtomobilimi sığorta etdirən zaman avtomobilin qiyməti necə müəyyən olunur?
Avtomobilinizin sığorta etdirilməsi zamanı onun bazar qiyməti əsas götürülür.

Avtomobil sığortası zamanı müqavilə hansı müddətə bağlanılır?
Adətən sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.

Etibarnamə əsasında idarə etdiyim avtomobili sığorta etdirə bilərəmmi?
Bəli, siz etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığorta etdirə bilərsiniz.

Həyat sığortasıHəyatın sığortalanması istənilən insanın üzləşə biləcəyi bir çox mürəkkəb məsələlərin sınanmış həlli üsul...
23/01/2018

Həyat sığortası

Həyatın sığortalanması istənilən insanın üzləşə biləcəyi bir çox mürəkkəb məsələlərin sınanmış həlli üsuludur.Bu,həm ailənin maddi problemlərdən azad edilməsi, onun üzvlərindən birinin vəfat etdiyi halda maddi təminat ,həm də tələb olunan müddət ərzində lazımı məbləğin təminatlı toplanmasıdır.

Statistika göstərir ki, ABŞ və Qərbi Avropa ölkələrinin əhalisinin 80%-i toplam həyat sığortası polislərini əldə ediblər , bu isə bazarın ümumi həcminin 60-70%-ni təşkiln edir.Qərb ölkələrində həyat sığortasının bu cür böyük populyarlığını əhalinin yüksək sığorta mədəniyyəti və bunun nəticəsi olaraq ,gəlirini əldə edilməsinə zəmanət verən sərmayə üsulları haqqında kifayət qədər məlumatlı olması ilə izah etmək olar.

Əmlak SığortasıTikili, bina və Qeyri-yaşayış sahələrinin icbari sığortası.Könüllü əmlak sığortası sığortalanmış binanın ...
18/01/2018

Əmlak Sığortası
Tikili, bina və Qeyri-yaşayış sahələrinin icbari sığortası.

Könüllü əmlak sığortası sığortalanmış binanın (tikililərin) tərkibinə aşağıdakılar daxildir:
* tikilinin özü, o cümlədən divarlar, döşəmə, tavan, qapılar və pəncərələr (şüşələr istisna olmaqla)
* xarici dekorasiya
* divarların, döşəmənin, tavanın, daxili qapıların, pəncərələrin (şüşələr istisna olmaqla) daxili dekorasiyası
* sığortalanmış binanın (tikilinin) ərazisində yerləşən mühəndis qurğuları (su təchizatı sistemi, kanalizasiya, istilik sistemi, elektrik təchizatı sistemi)
* yanğınsöndürmə sistemləri və qurğuları
* sığortalanmış binanın (tikilinin) içərisindəki daşınar əmlak

Sığorta riskləri:
* Yanğın, ildırım çaxması, partlayış
* Fırtına, tufan, qasırğa
* Dolu
* Sel (daşqın)
* Təyyarə və ya digər uçuş aparatlarının, yaxud əşyaların yuxarıdan düşməsi, yerüstü nəqliyyat vasitələrinin dəyməsi
* Torpaq sürüşməsi
* Üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri
* Zəlzələ
* Tullantıların təmizlənməsi
* Şüşələrin sındırılması
* Oğurluq
* Subasma

17/01/2018
Səyahət SığortasıXaricə səfər edənlərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortasıSığorta təminatı:* Azərbaycan ...
17/01/2018

Səyahət Sığortası
Xaricə səfər edənlərin bədbəxt hadisələrdən və tibbi xərclərdən sığortası

Sığorta təminatı:
* Azərbaycan respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortasi
* Fərdi qəza sığortası
* Xaricə səfər zamanı baqajin sığortası
* Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası
* Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası
* Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası

Sizə aşağıdakı sığorta xidmətlərin təklif edirik:* Avtomobillərin icbari sığortası* Avtomobillərin kasko sığortası* Səya...
17/01/2018

Sizə aşağıdakı sığorta xidmətlərin təklif edirik:

* Avtomobillərin icbari sığortası
* Avtomobillərin kasko sığortası
* Səyahət sığortası
* Əmlak sığortası
* Tibbi sığorta
* Məsuliyyət sığortası

Ünvan: Azər Manafov 1, Baku, Azerbaijan
Tel: 0503049595; 0552655590

24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən aşağıdakı avtonəqliyyat vasitələrinin istif...
16/01/2018

24 iyun 2011-ci il tarixli “İcbari sığortalar haqqında” AR-nın qanuna əsasən aşağıdakı avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:

* Mühərrikinin silindrlərinin həcmi 50 sm3-dən artıq olan aşağıdakı avtonəqliyyat vasitələri
* minik avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
* yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
* mikroavtobuslar, avtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri
* motosiklеtlər və motorollerlər
* traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələri.
* trollеybuslar və tramvaylar

Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:

* fiziki şəxslərin sağlamlığına dəyən zərər üzrə ümumi sığorta məbləği 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat
* üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat

12/01/2018

Avtomobil sığortası hansı riskləri əhatə edir?
Avtomobilinizi sığorta etdirən zaman siz təklif olunan 3 təminat növündən hər hansı birini və ya hər üçünü seçə bilərsiniz:

Avtomobilin sığortası - avtomobilinizə dəyən zərərin əvəzinin ödənilməsi (Yol-nəqliyyatı hadisəsi, yanğın, partlayış, üçüncü şəxslərin qərəzli hərəkətləri, oğurluq və s.)
Sizin və avtomobildə olan sərnişinlərin sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi
Mülki məsuliyyətinizin sığortası - sizin səhviniz nəticəsində ətrafdakılara dəyən zərərin əvəzinin sığortaçı tərəfindən ödənilməsi.

Avtomobilimi sığorta etdirən zaman avtomobilin qiyməti necə müəyyən olunur?
Avtomobilinizin sığorta etdirilməsi zamanı onun bazar qiyməti əsas götürülür.

Avtomobil sığortası zamanı müqavilə hansı müddətə bağlanılır?
Adətən sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.

Etibarnamə əsasında idarə etdiyim avtomobili sığorta etdirə bilərəmmi?
Bəli, siz etibarnamə əsasında idarə etdiyiniz avtomobili sığorta etdirə bilərsiniz.

12/01/2018

Sığorta nədir?
Sığorta, risklərin başqasına ötürüldüyü və ya riskin başqası ilə bölüşdürüldüyü mexanizmdir. Sığorta elə bir vasitədir ki, hər hansı bir itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edir.

Sığorta müqaviləsi nədir?
Sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında əldə edilən razılaşmadır. Bu razılaşmada sığortalı sığorta haqqını ödəməyi, sığortaçı isə göstərilən itkilər baş verdikdə zərəri – sığorta ödənişini ödəməyi öz üzərinə götürür.

Sığorta haqqı nədir?
Sığorta haqqı – Sizin sığorta müqaviləsində nəzərdə tutulmuş vaxtda və qaydada sığorta şirkətinə ödədiyiniz pul məbləğidir.

Sığortaçı kimdir?
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirən sığorta şirkətidir.

Sığortalı kimdir?
Sığortalı, sığorta müqaviləsi əsasında öz həyatını, sağlamlığını, əmlakını, məsuliyyətini sığorta etdirən və bunun qarşılığında sığortaçıya müəyyən məbləğ (sığorta haqqı) ödəyən şəxsdir .

Franşiza nədir və o, sığorta haqqına necə təsir edir?
Franşiza - Sığorta hadisəsi baş verdiyi zaman dəymiş zərərin sığorta ilə təmin olunmayan və sizin tərəfinizdən ödənilməli olan hissəsidir. Tez-tez sığortaçıya müraciət etmədən də özünüzün ödəyə biləcəyiniz xırda zərərlərlə qarşılaşırsınız. Belə hallar üçün sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulur. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin azadolma məbləğindən artıq hissəsi sığortaçı tərəfdən ödənilir.

Address

Baku
AZ1002

Telephone

+994503049595

Website

Alerts

Be the first to know and let us send you an email when Sığorta xidməti - Insurance service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share