18/11/2019
İnhisar yoxsa zərurət?
Rusiya Federasiyasının Dövlət Duması elektron imzanın verilməsində dövlət inhisarını tətbiq edir.
8 noyabr 2019-cu ildə Dövlət Dumasının
"Elektron imza haqqında" qanuna dəyişiklik edən qanun layihəsini ilk oxunuşda qəbul etdiyi məlum oldu.
Bir sıra senator və deputatlar tərəfindən hazırlanmış sənəd elektron imzaların verilməsi üzrə sertifikatlaşdırma mərkəzlərində ciddi islahat aparılmasını nəzərdə tutur.
2011-ci ildən etibarən qüvvədə olan "Elektron imza haqqında" qanunda üç növ - sadə, gücləndirilmiş və təkmil imzanın tətbiqini nəzərdə tutur:
Sadə imza dedikdə imzanı istifadə edən tərəflərin istifadəsinə razılıq verdiyi hər hansı bir texnologiyadır.
Gücləndirilmiş imza sertifikatlaşdırma orqanı tərəfindən verilən bir imzadır.
Təkmil imza dedikdə, akkreditə olunmuş sertifikatlaşdırma orqanı tərəfindən verilən bir imza nəzərdə tutulur.
Bu halda qeyd olunan akkreditasiyaya cavabdeh orqan kimi Rabitə Nazirliyi göstərilir.
Qeyd etmək lazımdır ki, təkmil gücləndirilmiş imza əl imzasının bərabər hüquqlu imza kimi tanınır.
Yeni dəyişikliklərə əsasən Sertifikatlaşdırma Mərkəzlərinin akkreditasiya müddəti beş ildən üç ilə qədər azaldılır.
Sertifikatlaşdırma Mərkəzlərinin işində texniki xarakterli pozuntulara görə inzibati məsuliyyət tətbiq olunur. Sertifikatlaşdırma Mərkəzlərinin işçilərinin bilərəkdən etdikləri pozuntu xarakterli əməllərə görə inzibati və eyni zamanda cinayət məsuliyyəti də tətbiq edilməsi nəzərdə tutulur.
Yeni oxunuşda qəbul olunmuş tələblər bununla bitmir.
Hüquqi şəxslər yalnız Federal Vergi Xidmətinin (FTS) Təsdiqləyici Mərkəzi tərəfindən verilmiş təkmil elektron imzalardan istifadə edə biləcəklər. Bundan əlavə, əməliyyatlar (Əqdlər) bağlanarkən müvafiq hüquqi şəxslərin adından hərəkət etmək səlahiyyətinə malik şəxslərin gücləndirilmiş elektron imzaları istifadəsi nəzərdə tutulur.
Kredit təşkilatları, kredit olmayan maliyyə təşkilatları və ödəniş sistemləri ilə əlaqəli hallarda, Mərkəzi Bankın Sertifikatlaşdırma Mərkəzi tərəfindən verilmiş təkmil elektron imzalardan istifadə edilməsi məcburi xarakter daşıyır.
Dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, habelə onların vəzifəli şəxslərində olan hallarda Federal Xəzinədarlığın Sertifikatlaşdırma Mərkəzi tərəfindən verilmiş təkmil elektron imzalardan istifadə olunması nəzərdə tutulur.
Yəni, əslində dövlət hüquqi şəxslərə elektron imzaların verilməsinə inhisar tətbiq edir. Qanun layihəsi təsdiqlənərsə, Federal Vergi Xidmətinin və Mərkəzi Bankın Sertifikat Mərkəzlərində imzaların məcburi alınması ilə bağlı norma iki ildən sonra qüvvəyə minəcəkdir.
Bu qanunun dərcindən əvvəl verilmiş təkmil elektron imza sertifikatları və Sertifikatlaşdırma Mərkəzlərinin akkreditasiyasının etibarlılıq müddəti bitənədək, lakin iki ildən çox olmamaqla qüvvədə olması nəzərdə tututlur.