AZINTELECOM

AZINTELECOM Tel.: +994 12 200 0020
Faks: +994 12 598 4840

"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə yaradılıb. Qurumun fəaliyyət istiqamətləri Bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan Beynəlxalq səs trafiki, Biznes həlləri, İnformasiya Təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.


Ətraflı məlumat üçün: https://azintelecom.az/

Address

A. Huseynzadeh, 74
Baku
1009

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994122000020

Alerts

Be the first to know and let us send you an email when AZINTELECOM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AZINTELECOM:

Share

“AzInTelecom” MMC haqqında

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 2015-ci ildə yaradılmışdır və şirkətin əsas xidmət istiqamətlərinə beynəlxalq səs trafiki, «Azcloud» bulud xidmətləri, sertifikatlaşdırma üzrə xidmətlər daxildir.

Azərbaycanla dünya ölkələri arasında səs trafiki mübadiləsinin optimallaşdırılması məqsədi ilə beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin etmək şirkətin əsas xidmətləri sırasındadır.

Beynəlxalq informasiya təhlükəsizliyi standartları ISO 20000, ISO 22301, ISO 27001 və“Uptime Institute” tərəfindən99,982% etibarlılıq səviyyəsinin göstəricisi olan “TIER III” sertifikatları ilə təltif olunmuş “AzInTelecom” data mərkəzinin əsasında fəaliyyət göstərən “Azcloud” bulud xidmətləri yerli və beynəlxalq qurumlara peşəkar xidmətlər(virtual şəbəkə, virtual yaddaş, virtual infrastruktur, rezervləmə, virtual təhlükəsizlik həlləri) göstərir.

Sertifikatlaşdırma üzrə xidmətlərə telekommunikasiya vasitələri və qurğularına (TVQ) uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi, TVQ-lərin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinə uyğunluğuna dair sınaq laboratoriya testlərinin aparılması və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanununa əsasən “uyğunluq” sertifikatlarının verilməsidaxildir.