Aliz Group

Aliz Group "ALİZ Gorup" Peşəkar Məsləhət və Təlim Mərkəzidir. Maliyyə, Mühasibat, Vergi,

“European School of Business & Development” Sizi Azərbaycan da ilk dəfə"miniMBA” Proqramı üzrə “BFB Bulgaria"-nın maliyyə dəstəyi və “ACC”-nin Proqramı əsasında biznes təhsili almağa dəvət edir. Xüsusi maliyyə dəstəyi ilə “GƏNC MÜTƏXƏSSIS” adı altında bu proqrama qoşulmaq daha asan və xüsusi endirimli şərtlərlə Sizə təklif olunur.

MUBS (IAS) 23 – Borc Məsrəfləri: Nə vaxt xərc, nə vaxt aktiv kimi təsnifləşdirilir?Müəssisələr fəaliyyətlərini maliyyələ...
19/06/2026

MUBS (IAS) 23 – Borc Məsrəfləri: Nə vaxt xərc, nə vaxt aktiv kimi təsnifləşdirilir?

Müəssisələr fəaliyyətlərini maliyyələşdirmək, yeni layihələr həyata keçirmək və uzunmüddətli aktivlər əldə etmək məqsədilə tez-tez bank kreditləri və digər borc vəsaitlərindən istifadə edirlər. Bu borclar üzrə yaranan faiz və digər maliyyə xərclərinin uçotu isə MUBS (IAS) 23 "Borc Məsrəfləri" standartı ilə tənzimlənir.

Standartın əsas prinsipi olduqca sadədir: əgər borc məsrəfləri uzun müddət tələb edən bir aktivin əldə edilməsi, tikilməsi və ya istehsalı ilə birbaşa əlaqəlidirsə, həmin məsrəflər dövrün xərci kimi deyil, aktivin ilkin dəyərinin tərkib hissəsi kimi tanınır. Bu proses kapitallaşdırma adlanır.

Uyğun aktiv nədir?

Uyğun aktiv dedikdə istifadəyə və ya satışa hazır vəziyyətə gətirilməsi üçün əhəmiyyətli vaxt tələb olunan aktivlər nəzərdə tutulur. Məsələn:

• Tikilməkdə olan inzibati və istehsalat binaları
• Zavod və fabriklər
• İnfrastruktur layihələri
• Uzun müddətdə yaradılan qeyri-maddi aktivlər

Belə aktivlərin yaradılması üçün cəlb olunan borclar üzrə yaranan faiz xərcləri müəyyən şərtlər daxilində aktivin dəyərinə əlavə olunur.

Borc məsrəflərinə nələr daxildir?

Borc məsrəfləri aşağıdakılardan ibarət ola bilər:

• Kredit və borclar üzrə faizlər
• Lizinq öhdəlikləri üzrə maliyyə xərcləri
• Borclanma ilə bağlı komissiya və digər maliyyə xərcləri
• Müəyyən hallarda xarici valyuta borcları üzrə məzənnə fərqləri

Sadə nümunə

Təsəvvür edək ki, müəssisə yeni inzibati bina tikmək üçün bankdan 1.000.000 manat kredit götürmüşdür. Tikinti işləri 2 il davam edir və bu müddət ərzində 120.000 manat faiz xərci yaranır.

Əgər kredit birbaşa həmin binanın tikintisi məqsədilə cəlb olunmuşdursa, 120.000 manat faiz xərci mənfəət və zərər hesabatında xərc kimi tanınmır. Əksinə, binanın ilkin dəyərinə əlavə olunur və gələcək dövrlərdə amortizasiya vasitəsilə xərcə silinir.

Beləliklə, aktivin faktiki maya dəyəri maliyyə hesabatlarında daha düzgün əks etdirilmiş olur.

Kredit vəsaiti müvəqqəti investisiya olunarsa nə baş verir?

Praktikada bəzən kredit vəsaiti əldə edildikdən dərhal sonra istifadə olunmur. Tikinti və ya istehsal işlərinin mərhələli aparılması səbəbindən vəsaitin bir hissəsi müəyyən müddət boş qala bilər.

Bu halda müəssisə həmin vəsaiti qısamüddətli depozitə və ya digər investisiya alətlərinə yönəndirə bilər.

MUBS (IAS) 23 standartına əsasən, belə investisiyalardan əldə edilən gəlirlər kapitallaşdırılan borc məsrəflərindən çıxılmalıdır. Yəni aktivin dəyərinə yalnız xalis borclanma xərci daxil edilir.

Nümunə

Fərz edək ki, müəssisə bina tikintisi üçün 1.000.000 manat kredit almışdır. İl ərzində kredit üzrə 120.000 manat faiz xərci yaranmışdır.

Lakin tikinti işləri tam sürətlə başlamadığından vəsaitin bir hissəsi müvəqqəti olaraq bank depozitində yerləşdirilmiş və bundan 20.000 manat faiz gəliri əldə edilmişdir.

Bu halda kapitallaşdırılacaq məbləğ aşağıdakı kimi hesablanacaq:

120.000 manat – 20.000 manat = 100.000 manat

Nəticədə aktivin dəyərinə 120.000 manat deyil, yalnız 100.000 manat əlavə ediləcəkdir.

Bu yanaşmanın məqsədi müəssisənin faktiki daşıdığı maliyyələşdirmə xərcinin aktivin dəyərinə daxil edilməsini təmin etməkdir.

Nəticə

MUBS (IAS) 23 standartının əsas məqsədi uzunmüddətli aktivlərin dəyərinin düzgün formalaşdırılmasını təmin etməkdir. Standart müəssisələrə borc məsrəflərinin düzgün uçotunu aparmağa, maliyyə hesabatlarında daha şəffaf məlumat təqdim etməyə və aktivlərin real maya dəyərini müəyyən etməyə imkan verir.

Qısaca desək, uyğun aktivlə birbaşa əlaqəli borc məsrəfləri kapitallaşdırılır, digər borc məsrəfləri isə yarandığı dövrdə xərc kimi tanınır. Eyni zamanda, xüsusi məqsədli borclardan müvəqqəti investisiya nəticəsində əldə olunan gəlirlər kapitallaşdırılan borc məsrəflərindən çıxılmalı və yalnız xalis borclanma xərci aktivin dəyərinə daxil edilməlidir.

14/04/2026

🚨 PMS imtahanına hazırlaşmaq istəyirsən, amma bazanız zəifdir?

💡 Sıfır bilik + zəif baza! Heç narahat olma! Artıq heç kim sizə nəzəri biliyiniz zəifdir və ya heç təcrübəniz yoxdur deməyəcək!

Hər kəs tərəfindən sevilən və öz peşəkarlığı ilə seçilən Namiq Əlizadənin yeni "Pre PMS-1 Giriş Səviyyə" baza hazırlıq kursuna səndə qoşul və rahatlıqla PMS imtahanına hazırlaşmaq üçün baza qazan.

📌 Kurs haqqında:
✔️ Müddət: 1 ay
✔️ Dərslər: Həftədə 2 dəfə
🗓️ Şənbə – 17:00
🗓️ Bazar – 15:00

📚 Kimlər üçün uyğundur?
🔹 Nəzəri bilikləri zəif olanlar
🔹 Praktiki təcrübəsi olmayanlar
🔹 PMS 1-ə başlamazdan əvvəl baza qurmaq istəyənlər

Burada siz baza maliyyə uçotu, əməliyyatlar, müxabirləşmə, maliyyə hesabatlarının ilkin hazırlanması, gəlir-xərc, mənfəət-zərər kimi mövzuları öyrənəcəksiniz. Bu baza biliklər Sizə PMS-1 imtahanına hazırlaşmağa tam yardımçı olacaq.
✅ Sıfırdan başlayırsan
✅ Praktik öyrənirsən
✅ PMS səviyyəsinə çatırsan

📩 Yerinizi indi təmin edin – yerlər məhduddur!

📌 Qeydiyyat və ətraflı məlumat üçün:
📞 050 333 49 41/ https://wa.me/message/LVOSXDSFD226E1+

📍Ünvan: 28 may, World Business Center

14/04/2026

PMS 1 AVQUST İMTAHANI!
📢 PMS 1 MHBS ENDİRİMLİ QİYMƏTLƏ BİZİMLƏ BAŞLAYIN!

Özünə məxsus izah və tədris metodu ilə seçilən, hər bir tələbəsi tərəfindən sevilən, mövzuları həm imtahan həmdə praktik izah formatında tədris edən peşəkar təlimçimiz NAMİQ ƏLİZADƏ-nin təqdimatında AVQUST ayında keçiləcək PMS 1 MHBS / KOS MHBS imtahanını bizimlə hazırlaşın.

📅 TARİX: 25 APREL 2026

📍 DƏRS GÜNLƏRİ və SAATI:
🔹 III gün saat 19:30 - 22:00
🔹 Şənbə saat 14:00 - 17:00

📘 ÖDƏNİŞSİZ - İlk 2 dərs sınaq

👉 Əgər nəticəniz zəif olarsa o, zaman kursumuza yenidən heç bir ödəniş etmədən təkrar qoşulacaqsınız.

🎥 Dərslərin video qeydiyyatı
👉 Təkrar izləmək imkanı ilə daha effektiv öyrən!

💳 Hissəli ödəniş imkanı
👉 Büdcəyə uyğun rahat ödəniş planı

📌 Qeydiyyat və ətraflı məlumat üçün:
📞 050 333 49 41/ https://wa.me/message/LVOSXDSFD226E1

📍Ünvan: 28 may, World Business Center

08/04/2026

Şəxsi inkişafda mühitin rolu!


@топовые поклонники

🚨 PMS imtahanına hazırlaşmaq istəyirsən, amma bazanız zəifdir? 💡 Sıfır bilik + zəif baza! Heç narahat olma! Artıq heç ki...
03/04/2026

🚨 PMS imtahanına hazırlaşmaq istəyirsən, amma bazanız zəifdir?

💡 Sıfır bilik + zəif baza!

Heç narahat olma! Artıq heç kim sizə nəzəri biliyiniz zəifdir və ya heç təcrübəniz yoxdur deməyəcək!

Hər kəs tərəfindən sevilən və öz peşəkarlığı ilə seçilən Namiq Əlizadənin yeni "PMS-1 Giriş Səviyyə" baza hazırlıq kursuna səndə qoşul və rahatlıqla PMS imtahanına hazırlaş.

Proqram 1 ay 8 dərs hər bir dərs 3 saat olmaqla cəmi 24 saatı əhatə edir.

Burada siz baza maliyyə uçotu, əməliyyatlar, müxabirləşmə, maliyyə hesabatlarının ilkin hazırlanması, gəlir-xərc, mənfəət-zərər kimi mövzuları öyrənəcəksiniz. Bu baza biliklər Sizə PMS-1 imtahanına hazırlaşmağa tam yardımçı olacaq.

✅ Sıfırdan başlayırsan
✅ Praktik öyrənirsən
✅ PMS səviyyəsinə çatırsan
📩 Yerinizi indi təmin edin – yerlər məhduddur!

📌 Qeydiyyat və ətraflı məlumat üçün:
📞 050 333 49 41/ https://wa.me/message/LVOSXDSFD226E1+

📍Ünvan: 28 may, World Business Center

📢 PRAKTİKİ MÜHASİBATLIQ - 0-DAN MÜHASİB OL!Tələbələri tərəfindən seçilən və sevilən, öz izah üslubları ilə fərqlənən Nam...
27/03/2026

📢 PRAKTİKİ MÜHASİBATLIQ - 0-DAN MÜHASİB OL!

Tələbələri tərəfindən seçilən və sevilən, öz izah üslubları ilə fərqlənən Namiq Əlizadənin yeni qruplarına qeydiyyat davam edir.
Dərslər nəzəriyyə üzərindən tam praktik formtda keçirilir.

📌Dərs günləri: I və IV günlər 19:30
📌Keçirilmə metodu: Əyani və Online (Zoom üzərindən)
📌Kursun müddəti: 4 ay / 64 saat

🛑Hər bir iştirakçının ilk 2 dərsdə ödəniş etmədən iştirak etmək hüququ var.

Təlimçi: Namiq ƏLİZADƏ

Qeydiyyat üçün: 050 333 49 41
Ünvan: 28 May World Business Center 16 cı mərtəbə

23/02/2026

Yeni podkastımız: Büdcə

Gəlir və Xərclər necə idarəedilir.

📢 PRAKTİKİ MÜHASİBATLIQ - 0-DAN MÜHASİBATLIĞI ÖYRƏN!Tələbələri tərəfindən seçilən və sevilən, öz izah üslubları ilə fərq...
21/02/2026

📢 PRAKTİKİ MÜHASİBATLIQ - 0-DAN MÜHASİBATLIĞI ÖYRƏN!

Tələbələri tərəfindən seçilən və sevilən, öz izah üslubları ilə fərqlənən Namiq Əlizadənin yeni qruplarına qeydiyyat davam edir.

📌Dərs günləri: II və IV günlər 19:30
📌Keçirilmə metodu: Əyani və Online (Zoom üzərindən)
📌Kursun müddəti: 4 ay / 64 saat

🛑Hər bir iştirakçının ilk 2 dərsdə ödəniş etmədən iştirak etmək hüququ var.

Təlimçi: Namiq ƏLİZADƏ
Qeydiyyat üçün: 050 333 49 41

Ünvan: 28 May World Business Center 16 cı mərtəbə

25/01/2026

Ekspert Evi yeni formatda.

HƏLƏDƏ MALİYYƏ HESABATLARINI HAZIRLAYA BİLMİRSİNİZ? O, zaman bu "PRAKTİK MALİYYƏ HESABATLARININ HAZIRLANMASI" təlimi məh...
28/11/2025

HƏLƏDƏ MALİYYƏ HESABATLARINI HAZIRLAYA BİLMİRSİNİZ?
O, zaman bu "PRAKTİK MALİYYƏ HESABATLARININ HAZIRLANMASI" təlimi məhs sənin üçündür.

Burada Siz "A-dan Z-yə" hər bir maliyyə əməliyyatlarını, qeydiyyatları və hesabatları hazırlamağa praktik məsələlər üzərindən öyrənəcəksiniz.

📅 TARİX: 16.11.2025
📍 DƏRS GÜNLƏRİ və SAATI:
🔹 II günü saat 19:30 – 22:00
🔹 VI günü saat 19:30 – 22:00

📌 Qeydiyyat və ətraflı məlumat üçün:

📞 050 333 49 41/ https://wa.me/message/LVOSXDSFD226E1
📍Ünvan: 28 may, World Business Center

Address

World Plaza
Baku
AZ1072

Alerts

Be the first to know and let us send you an email when Aliz Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aliz Group:

Shortcuts

Share