05/08/2024
İnvestisiya etdiyimiz zaman planlı şəkildə hərəkət etməyimiz vacibdir. Bu kimi suallar sizin istəklərinizi və planlarınızı yaratmaqda sizlərə kömək olacaq. 📈Risk dözümü
1.Maliyyə itkisinə nə qədər dözə bilərsiniz?
2.Qısa müddətli dalğalanmalara necə reaksiya verirsiniz?
3.İnvestisiya məqsədləriniz nə qədər uzaq gələcəkdədir?
⏰İnvestisiya Müddəti
1.İnvestisiyadan nə vaxt gəlir götürmək istəyirsiniz?
2.Nə qədər likvid (asanlıqla p**a çevrilə bilən) aktivlərə ehtiyacınız var?
3.Uzun müddətli hədəfləriniz nələrdir (məsələn, təqaüd planlaşdırması, ev almaq)?
📉Diversifikasiya
1.Portfelinizdə hansı aktivlər var?
2.Hər bir aktivin riski və potensial gəliri nədir?
3.Müxtəlif maliyyə alətləri arasında necə balans qurursunuz?
İnvestisiya etməzdən əvvəl bu sualları cavablandırın və yol xəritənizi işıqlandırın.