Azərbaycan Sığortaçılar Assosiasiyası

Azərbaycan Sığortaçılar Assosiasiyası "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi Hazırda Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti üzvümüzdür.

29 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 1106-Q15-2291 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və Nizamnaməsi ilə tənzimlənir. Onlardan 5-i həyat, 11-i qeyri-həyat sığorta şirkətləridir.
İdarəetmə orqanları: Təsisçilərin Ümumi Yığıncağı, Müşahidə Şurası və İcraçı direktordur;
2 Komitəsi vardır: Həyat və Qeyri-Həyat;
Əsas məqsədi: Azərbaycan Respublikasında fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin, eyni zamanda sığorta vasitəçilərinin və sığorta sahəsində yardımçı fəaliyyət göstərən və sığorta sahəsi ilə əlaqədar olan digər hüquqi şəxslərin inkişaf etməsinə köməklik göstərmək, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilikləri artırmaqdan ibarətdir.

Bu gün "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının s...
27/08/2026

Bu gün "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə xanım Cabbarovanın doğum günüdür. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq onu səmimi-qəlbdən təbrik edir, sığorta sektorunun inkişafı yönündə həyata keçirdiyi peşəkar fəaliyyətində uğurlarının davamını arzulayırıq.
PASHA Life

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.Azərbaycan Sığortaçıl...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq Respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Ona möhkəm can sağlığı, müstəqil və bütöv Azərbaycanımızın firavanlığı yönündə həyata keçirdiyi mütərəqqi fəaliyyətində uğurlarının davamını arzulayırıq.

25 avqust saat 15:00-da CBC TV-nin efirində İcbari Sığorta Bürosunun şöbə rəisi Əziz Quliyev ilə "Sürücünün sığorta tari...
25/08/2026

25 avqust saat 15:00-da CBC TV-nin efirində İcbari Sığorta Bürosunun şöbə rəisi Əziz Quliyev ilə "Sürücünün sığorta tarixçəsi - Yeni sistemin qaydaları" mövzusu müzakirə ediləcək. İzləməyi unutmayın.

Bu gün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlə...
23/08/2026

Bu gün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günüdür.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq, dövlətimizin təhlükəsizliyi, strateji obyektlərimizin mühafizəsi və informasiya mühitimizin etibarlı qorunması naminə göstərdikləri xidmətdə bütün əməkdaşlara uğurlar və müvəffəqiyyətlər arzulayırıq.

Bu gün Azərbaycanda Sərhəd Qoşunlarının yaradılmasından 107 il ötür.2000-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliy...
17/08/2026

Bu gün Azərbaycanda Sərhəd Qoşunlarının yaradılmasından 107 il ötür.
2000-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən avqust ayının 18-i sərhədçilərin peşə bayramı günü kimi rəsmiləşdirilib.
Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq sərhədçilərimizi səmimi qəlbdən təbrik edir, onlara bu məsuliyyətli vəzifələrində müvəffəqiyyətlər arzulayırıq.

17/08/2026

"Sığortalı DOST" verilişinin növbəti buraxılışını təqdim edirik.
ASA-nın ekspert qrupunun üzvü Emil Ağabağırov ilə yay mövsümü və sığorta riskləri müzakirə edilib. İzləyək.

13 avqust saat 19:00-da CBC TV-nin "Экономика дня" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun...
13/08/2026

13 avqust saat 19:00-da CBC TV-nin "Экономика дня" verilişində Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü, "Atəşgah" Sığorta Şirkətinin nümayəndəsi Vüqar Hüseynli ilə "Daşınmaz əmlak sığortası: üstünlüklər və özəlliklər" mövzusu müzakirə ediləcək. İzləməyi unutmayın.

Bu gün "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Vüsal Abbasovun doğum günüdür. Azərbaycan Sığortaçılar Assosia...
13/08/2026

Bu gün "AzRe Təkrarsığorta" ASC-nin İdarə Heyətinin sədri Vüsal Abbasovun doğum günüdür. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq onu səmimi-qəlbdən təbrik edir, sığorta sektorunun inkişafı yönündə həyata keçirdiyi peşəkar fəaliyyətində uğurlarının davamını arzulayırıq.

PR, Marketinq və Sorğu-Tədqiqat şirkətlərinin nəzərinə - ASA Tender Elan Edir!Ölkədə həyata keçiriləcək genişmiqyaslı sı...
11/08/2026

PR, Marketinq və Sorğu-Tədqiqat şirkətlərinin nəzərinə - ASA Tender Elan Edir!
Ölkədə həyata keçiriləcək genişmiqyaslı sığorta maarifləndirməsi layihəsi çərçivəsində ayrı-ayrılıqda "PR və media əlaqələndirmə xidmətlərinin həyata keçirilməsi", "360° marketinq və kommunikasiya xidmətlərinin həyata keçirilməsi" və "Sığorta maarifləndirməsi səviyyəsinin ölçülməsi" ilə bağlı TENDER elan edilir.
Maraqlanan PR, Marketinq və Sorğu-Tədqiqat şirkətlərindən müvafiq faylda şərtlərlə tanış olub, müraciət formasını doldurub, layihə çərçivəsində təqdim edə biləcəkləri xidmət təklifləri ilə bağlı müraciətlərini 18.08.2026-cı il tarixinə qədər Azərbaycan Sığortaçılar Assosiasiyasının inzibati ofisinə (Mikayıl Useynov 63) təqdim etməkləri və ya e-poçt ünvanına ([email protected]) göndərməkləri xahiş olunur.
Forma doldurmaq üçün müvafiq linklər aşağıda paylaşılıb:
https://docs.google.com/forms/d/18QiTy8kt_DKCRQQK23BkOg4gaK7qgMr6OtENSZBNvp4/edit
https://docs.google.com/forms/d/1cdLOm1nVUeViYgYLHoIBORGM3VnRSZo4XDv2kbE1nTs/edit
https://docs.google.com/forms/d/1CHEke8uPGhL_AyzjzpzLhdiljkOzLi7D9TXipqlKtIo/edit

*ASA-nın İcraçı direktorunun adına saxta hesab yaradılıb yanlış məlumatlar paylaşılır - RƏSMİ AÇIQLAMA* "Azərbaycan Sığo...
10/08/2026

*ASA-nın İcraçı direktorunun adına saxta hesab yaradılıb yanlış məlumatlar paylaşılır - RƏSMİ AÇIQLAMA*

"Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Abas Miskərlinin adına saxta "Telegram" kanalı yaradılıb.
ASA-dan verilən rəsmi açıqlamada bildirilir ki, saxta profillərdən yayılan məlumatlar həqiqəti əks etdirmir və ASA-nın rəsmi məlumatlarının diqqətə alınması tövsiyə olunur:

"Bildiririk ki, sözügedən Telegram kanalı Abas Miskərliyə və Azərbaycan Sığortaçılar Assosiasiyasına məxsus deyil və həmin kanalın fəaliyyəti ilə bağlı hər hansı əlaqə və ya əməkdaşlıq mövcud deyil.
Hazırda həmin saxta kanal vasitəsilə İcraçı direktorun adından həqiqəti əks etdirməyən, ictimaiyyəti yanlış istiqamətləndirə biləcək müxtəlif məlumatlar paylaşılır.
İctimaiyyətin və media nümayəndələrinin diqqətinə çatdırırıq ki, qeyd olunan Telegram kanalında yayılan məlumatlara istinad edilməməsi və bu məlumatların rəsmi mövqe kimi qəbul olunmaması xahiş olunur.
Abas Miskərli və Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyyəti ilə bağlı rəsmi və etibarlı məlumatlar yalnız Assosiasiyanın rəsmi kommunikasiya kanalları vasitəsilə yayımlanır.
Saxta hesab və kanalların yaradılması və bu kanallar vasitəsilə ictimaiyyətə yanlış məlumatların ötürülməsi ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində müvafiq iş aparılır.
Media nümayəndələrindən və ictimaiyyətdən yalnız rəsmi mənbələrdən yayılan məlumatlara istinad etmələri xahiş olunur."

Address

Mikayıl Useynov 63
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994214928045

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Sığortaçılar Assosiasiyası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycan Sığortaçılar Assosiasiyası:

Shortcuts

Share