Ecea mmc

Ecea mmc ⚖️Mühasibat xidmətləri
⚖️Kadr xidmətləri
⚖️Hüquq xidmətləri
⚖️Audit xidmətləri
⚖️Vergi xidmətləri

Amortizasiya - istehsal üçün istifadə olunan vasitələrin – aktivlərin maddi və mənəvi olaraq dəyərdən düşməsidir. Bu vas...
01/05/2024

Amortizasiya - istehsal üçün istifadə olunan vasitələrin – aktivlərin maddi və mənəvi olaraq dəyərdən düşməsidir. Bu vasitələr zaman keçdikdə işlədilərək köhnəlir və ya istifadəyə yararsız vəziyyətə düşür.

💰 Amortizasiya xərclərini hesablamaq üçün müxtəlif üsullar vardır.

💡 Amortizasiya xərclərinin “düz xətt metodu” ilə hesablanmasına nümunə:

Bi şirkət bir 40.000 AZN qiymətində bir avtomobil alır. 4 ildən sonra həmin avtomobilin qiyməti 12.000 AZN olacaq.
Bu zaman (40.000-12.000)/4=7.000
İllik amortizasiya 7000 AZN təşkil edəcək.

📖 Amortizasiya olunan aktivlər üzrə illik normalar Vergi Məcəlləsinin 114.3- cü maddəsi ilə müəyyən olunub:

◾ torpaqların yaxşılaşdırılması üzrə kapitallaşdırılmış xərclər, binalar, tikintilər və qurğular - 7 %-dək;
◾ maşınlar və avadanlıq – 20%-dək;
◾ yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 %-dək;
◾ nəqliyyat vasitələri - 25 %-dək;
◾ iş heyvanları - 20 %-dək;
◾ geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər - 25 %-dək;
◾ qeyri-maddi aktivlər - istifadə müddəti məlum olmayanlar üçün 10 %-dək, istifadə müddəti məlum olanlar üçün isə illər üzrə istifadə müddətinə mütənasib məbləğlərlə;
◾ digər əsas vəsaitlər - 20 %-dək;

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

#

Audit - müəssisədə uçotun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. A...
27/04/2024

Audit - müəssisədə uçotun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlamasını AR Auditorlar Palatasının verdiyi lisenziyaya əsasında sərbəst auditorlar və ya auditor təşkilatları apara bilər.

Audit yoxlaması yoxlanılan müəssisənin hesabına aparılır.

Audit yoxlamasının sonunda yoxlamanı aparan auditor audit rəyi verir.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

#

ASAN İmza (Mobil imza) - Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin au...
23/04/2024

ASAN İmza (Mobil imza) - Dövlət Vergi Xidməti və mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. ASAN İmza (Mobil İD) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. ASAN İmza bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir və əslində, elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SIM-kartınızdır. ASAN İmza ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

#

Mühasibatlıq xidmətləri bir şəxsə və ya şirkətə maliyyə proseslərinin həyata keçirilməsində kömək etmək üçün göstərilən ...
18/04/2024

Mühasibatlıq xidmətləri bir şəxsə və ya şirkətə maliyyə proseslərinin həyata keçirilməsində kömək etmək üçün göstərilən xidmətlərdir. Bu xidmətlər vasitəsilə şəxs və ya şirkətlər öz xidmətlərinin və ya məhsullarının satışı, hər hansı hüquqi və ya digər məsələlərdə qanuna uyğun maliyyə proseslərinin həyata keçirilməsi ilə bağlı məsləhətlər ala və peşəkar yardımından istifadə edə bilərlər. Mühasibatlıq xidmətləri maliyyə hesabatlarının yaradılması, məlumatların düzgünlüyünün qiymətləndirilməsi, şirkətin maliyyə göstəricilərinin təhlili, hesabatların lazım olan quruluş və ya şəxlərə təqdim olunması kimi prosesləri əhatə edir.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

#

Hər bir müəssisənin sahibkarlıq subyekti və fəaliyyət sahəsindən asılı olaraq Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sos...
16/04/2024

Hər bir müəssisənin sahibkarlıq subyekti və fəaliyyət sahəsindən asılı olaraq Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi və başqa dövlət orqanlarına təqdim etməli olduğu aylıq, rüblük, illik hesabat növləri mövcuddur. Bu hesabatların təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə maliyyə sanksiyaları və cərimələr mövcuddur.

Ecea MMC olaraq sizə rüblük hesabatların hazırlanma xidmətini göstəririk.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

#

Əmək haqqının hesablanmasının əsas formaları bunlardır: vaxtamuzd, işəmuzd və akkordVaxtamuzd əmək haqqı formasında əmək...
12/04/2024

Əmək haqqının hesablanmasının əsas formaları bunlardır: vaxtamuzd, işəmuzd və akkord

Vaxtamuzd əmək haqqı formasında əmək haqqı işlənilmiş müəyyən vaxtın miqdarına görə ödənilir (istehsal edilən məhsul miqdarından və ya görülən iş həcmindən asılı olmayaraq). Əmək haqqı tarif dərəcəsinin işlənilmiş gün və ya saatların sayına vurulması ilə hesablanır.
Vaxtamuzd - mükafat formasının tətbiqi zamanı işçilər müsbət əmək göstəriciləri müqabilində işlənmiş vaxta görə nəzərdə tutulmuş əmək haqqına nisbətən müəyyən faizlə mükafatlana bilər.
Vaxtamuzd əmək haqqı formasında əsas ilkin sənəd iş vaxtının uçot tabelidir.

İşəmuzd əmək haqqı formasında əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır.
İşəmuzd - mükafat formasında işçilərə müəyyən olunmuş istehsal normalarının artıqlaması ilə yerinə yetirilməsi və keyfiyyət göstəricilərini yüksəltdilməsinə görə əlavə olaraq mükafat hesablanır.

Əmək haqqının ödənməsinin akkord formasında müəyyən konkret işin yerinə yetirilməsi nəticəsində aparılan ödəniş sistemi nəzərdə tutulur. Əmək haqqının həcmi görüləcək işin ümumi həcmi üzrə müəyyən olunur. Görüləcək iş həcmi üzrə konkret icra planı müəyyən olunur və onun icra vaxtı əvvəlcədən müəyyənləşdirilir. Bu forma tikinti təşkilatlarında, avtonəqliyyat müəssisələrində, auditor xidmətinin təşkilində tətbiq edilir.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

Ecea Mmc Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edir. Allah bütün Oruc və ibadətlərinizi qəbul etsin.
09/04/2024

Ecea Mmc Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edir. Allah bütün Oruc və ibadətlərinizi qəbul etsin.

MMC-nin qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsi ilə müəyyən edilir. MMC-nin qeydiyyatı termi...
05/04/2024

MMC-nin qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87-ci maddəsi ilə müəyyən edilir. MMC-nin qeydiyyatı termini müstəsna olaraq kommersiya təşkilatlarının MMC – Məhdud Məsuliyyətli Cəmiyyət təşkilati-hüquqi hüquqi formasında qeydiyyatında istifadə edilir. Məhdud Məsuliyyətli Cəmiyyət bir və ya bir neçə şəxs (fiziki və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Daha doğrusu, MMC-nin qeydiyyatı anlayışı yalnız hər hansı bir şirkətin yaradılması prosesini deyil, həm də onun MMC formasında təşkilati-hüquqi formasını müəyyən edir.

Biz sizə nizamnamələrin peşəkar hazırlanb MMC lərin yaradılması xidmətini təklif edirik. MMC qeydiyyatını bizə həvalə etməklə siz vaxtınıza və pulunuza qənaət etmiş olacaqsınız, həmçinin şirkətinizin qeydiyyatı zamanı imtina almaq riskinizi minimuma endirmiş olacaqsınız.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən, bütün hüquqi və f...
03/04/2024

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2000-ci tarixli 222 nömrəli qərarına əsasən, bütün hüquqi və fiziki şəxslər, onların filialları və nümayəndəlikləri, habelə vergi ödəyicisi olan fərdi sahibkarlar, mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməklə uçot olunur. 2001-ci ilin 1 yanvar tarixindən etibarən uçota alınmış vergi ödəyicilərin VÖEN-ləri əvvəllər verilmiş identifikasiya nömrələri (VÖİN) ilə eynidir və vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamələrlə bərabər tutulur.

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fərdi sahibkarlar, sahibkarlığa başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar. Fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması elektron və ya kağız formatında həyata keçirilir.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

📝Bir çox şirkət vaxtaşırı olaraq malların və xidmətlərin təchiz edilməsi üzrə tenderlərdə iştirak etməyə məcburdur. Tend...
02/04/2024

📝Bir çox şirkət vaxtaşırı olaraq malların və xidmətlərin təchiz edilməsi üzrə tenderlərdə iştirak etməyə məcburdur. Tenderlərdə iştirak biznes üçün yaxşı perspektivlər açır. Lakin dəyərli müqavilənin məhz sizin şirkətinizə qismət olması üçün, tender sənədlərinin hazırlanması məsələsinə tam ciddiyyət və məsuliyyətlə yanaşmaq lazımdır.

✅️Bizim şirkətimiz praktiki olaraq ölkənin bütün regionlarında tender sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi üzrə xidmətlərin təqdim olunması sahəsində ixtisaslaşıb. Bizim mütəxəssislərimiz tenderdə qalib olmaq üçün bütün zəruri sənədləri keyfiyyətlə və öz vaxtında hazırlayır və rəsmiləşdirir.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

Sizin istəkləriniz və bizim imkanlarımız hədəfinizə çatmağa imkan verəcəkdir. Yalnız müvəffəqiyyətə inanaraq ədalətin bə...
22/03/2024

Sizin istəkləriniz və bizim imkanlarımız hədəfinizə çatmağa imkan verəcəkdir. Yalnız müvəffəqiyyətə inanaraq ədalətin bərpa olunmasına nail ola bilərsiniz.

Hüquq və mənafələrinin müdafiəsi üzrə məsələlərin həlli ilə bağlı xidmətlərimiz yüksək məsuliyyətlə təmin olunur.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

🧮 Vergi uçotu, vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasi...
21/03/2024

🧮 Vergi uçotu, vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.

📲(010) 3890389, (050) 2502740
📍8 Noyabr pr.15 Azure Business Center. 19 cu mərtəbə

Address

8 Noyabr Prospekti 15, Azure Business Center, 19cu Mərtəbə, Bakı, AZ1025, Azərbaycan
Baku

Alerts

Be the first to know and let us send you an email when Ecea mmc posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ecea mmc:

Share