23/04/2017
Cənubi Qafqazda Ekolojı Dəhlizlərin Təşviqi proqramı çərçivəsində 26-27 mart 2017-ci il tarixlərində Şəki, Zagatala, 1 aprel tarixində isə Qax rayonlarında kənd icma nümayəndələri üçün Quşçuluq Təsərrüfatının təşkili haqqında təlimlər keçirilmişdir
FPA (Maliyyə İştiraki Yanaşması) alətinin çərçivəsində həyata keçirilən təlimlərin məqsədi ekoloji tarazlığın və davamlı sosial inkişafın təmin edilməsi yollarından biri kimi quşçuluğun inkişaf etdirilməsi idi. Kənd icma nümayəndələri təlimlər ərzində, daha məhsuldar toyuq cinsləri, toyuq xəstəlikləri və onların müalicə üsulları, düzgün olmayan qulluq, cücələrin bəslənməsi, onların sağlamlığının ən sadə üsullarla qorunması və qida bazası haqqında məlumatlandırılmışdırlar.
Təlimlərdə Şəki, Zagatala və Qax rayonları üzrə 80-dən çox kənd icma nümayəndələri iştirak etmişdirlər.
Qeyd edək ki, Proqram Ümumdünya Təbiəti Mühafizə Fondunun Qafqaz ofisi tərəfindən Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişafı üçün Federal Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. GOPA məsləhətçiləri, DFS və HessenForst konsortiumu konsaltinq xidmətlərini təmin edir.