CEZA VE QANUN

CEZA VE QANUN SIYASI ICTIMAI HUQUQ QEZETI

05/04/2013

CƏZA VE QANUN
BAŞ REDAKTOR :ELÇİN CAVADLI

28/02/2012
......
06/01/2012

......

Qara Əjdahadan nə gözləyək?Astroloq Səbuhi Rəhimli Trend-ə Qara Əjdaha ilinin əsas xüsusiyyətlərini açıqlayıb.Astroloq b...
02/01/2012

Qara Əjdahadan nə gözləyək?
Astroloq Səbuhi Rəhimli Trend-ə Qara Əjdaha ilinin əsas xüsusiyyətlərini açıqlayıb.

Astroloq bildirib ki, rəngi qara, ünsürü isə su olan Əjdaha ili 2012-ci il yanvarın 23-də Bakı vaxtı ilə saat 12:42-də başlayacaq.

İlin:

uğurlu ayları - may, iyul

uğursuz ayları - yanvar, noyabr

düşərli günləri - bazar ertəsi, cümə

ağır günü - çərşənbə axşamı

düşərli təqvimləri - 2, 4, 5, 8, 16

rəqəmi - 5

rəngi - qara, açıq mavi

daş-qaşı - əqiq, rubin, zümrüd

metalı - gümüş, mis

çiçəyi - şaftalı çiçəyi

talismanı - ürək, qızıl öküz

Aktiv ölkələri - Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, İrlandiya, Polşa, Rusiya, İraq, İran, Əfqanıstan, Avstraliya, Mərkəzi Afrika, Suriya, Sakit Okean adaları.

Rəhimlinin sözlərinə görə, qədim inanclara əsasən, göstərilən dəqiqədə Göy sferasının şimal yarımkürəsinə kim baxsa, Göy qübbəsində bərqərar olan heyvanın təsvirini görər. Hətta müasir dövrümüzdə də bunun həqiqət olduğunu deyənlər var.

"Bir qayda olaraq Əjdaha ili insanlarda daxili azadlıq, xoş əhval, yaradıcılığa hədsiz həvəs, dunyanı dərk etmək, məsuliyyət hisslərinin yüksəlməsi kimi amilləri təlqin edir. O, illər üzrə tərtib olunmuş Zodiakda yeganə heyvandır ki, heç kim görməyib. Biz onun haqqında yalnız nağıllarda və əfsanələrdə oxumuş, məlumatlanmışıq", - Rəhimli deyib.

Onun sözlərinə görə, ümumiyyətlə isə, bu heyvan nəinki Şərqdə, həmçinin Qərbdə də xəzinələrin, sirrlərin, bütün gizli işlərin himayəçisi, fövqəladə güc sahibi, həmçinin amansızlığın qatı düşməni kimi qəbul olunur. Onlar mağaralarda tək yaşadığından insanlarda da tənhalığa meyli gücləndirirlər. Bu baxımdan hissləri duymaq, Tanrıya yaxın olmaq, məkrli fikirləri oxumaq və öyrənmək, dünyanı dərk etmək əlverişli olsa da, qarşılıqlı münasibətlərdə, xüsusən də tərəfdaşlıq və müttəfiqlik zəminində passivlik yaradır. İnsanların bir-birinə inamsızlığı da məhz deyilən ərəfəyə təsadüf edir. Buna baxmayaraq o, cəsarətli adamlara gözəl şərait yaradır, onları qəhrəmanlaşdırır, gələcəyini parlaq edir, dostu düşməndən ayırmaqda yardımçı olur.

"Şərq münəccimləri Əjdaha ilə mülayim davranmağı, ona hörmətlə yanaşmağı tövsiyə edirlər. Çünki bu heyvanla dostluq etmək daha yaxşıdır, nəinki mübarizə aparmaq. Əjdaha taleyin ən avtoritet simvolu hesab olunur. Şərqdə onu asimanın enerji mənbəyi hesab etdiklərindən onun gəlişini aktivləşmə dövrü kimi də dəyərləndirirlər. Xarici dillərin oyrənilməsi, intellektin yüksəldilməsi, eləcə də mədəniyyət sahəsində nailiyyətlər məhz onun himayəsində daha geniş vüsət alır. Əjdaha fəaliyyətdə müvəffəqiyyətin, güc və enerjinin, müdrükliyin simvolu kimi qəbul olunur. Bu heyvanın biclik işlətməklə, hücum etməklə, zəifləri ovlamaqla işi olmasa da, olduqca həssas, emosional və hədsiz dərəcədə müstəqildir. Amma çinlilərin tədbirincə, Əjdaha fəaliyyətdən daha çox ağlın müdrikliyidir", - astroloq deyib.

Rəhimli bildirib ki, Vikipediyanın yazdığına görə, bu mifik canlı çinlilər arasında çox məşhurdur. O, Çin xalqının ulu əcdadlarının totemi, Çin millətinin qədim rəmzi və onun mədəni inkişafının başlanğıcı hesab edilir. Çin miologiyasına görə, əjdaha (su ünsürünün hamisi) insanlara su verir, ona sadiq xidmət edənlərin tarlasını bolluca suvarır, kəndliləri saysız-hesabsız fəlakətlərdən qoruyurdu. Çin allahları iyerarxiyasında əjdaha Səma və Yerdən sonra üçüncü yerdə gəlir. Əjdaha ən əcaib şəkillərdə təsvir olunurdu. Onun gözləri dovşan gözlərinə, qulaqları isə inək qulaqlarına oxşayırdı; onun uzun bığları var, gövdəsi isə pulcuqlarla doludur, dörd şir pəncəsinə, qartal caynaqlarına malikdir və s.. Lakin hər bir halda bu mifik varlığın siması əzəmətli, zabitəli və mübariz görünür.

"Astroloji bilgilərə görə, Əjdaha ilində baş verən hadisələr gözlənilmədən, qisa zaman kəsiyində cərəyan edir. Amma tarixi xronologiyaya nəzər salsaq, görərik ki, Əjdaha ilində böyük müharibələr, dövlətlərarası münasibətlərdə kəskin konfiliktlər müşahidə olunmur, əksinə sülh sazişləri, münaqişələrin sabitləşməsi nəzərə çarpır. Olsa-olsa məhəlli müharibələr baş verir ki, bu da dünyanı o qədər də narahat etmir, - astroloq qeyd edib.

O bildirib ki, Əjdaha ilinin yaratdığı müəmmalar yalnız 12 illik tsikl başa çatdıqdan sonra aydınlaşır. Sadə dillə desək, onun dövründə yaranmış siyasi qalmaqalar növbəti Əjdaha ilində sona yetir.

"Azərbaycan manatı Türk dövlətlərinin ən dəyərli valyutasıdır"“Cihan” İnformasiya Agentliyi: "Azərbaycan manatı Türk döv...
02/01/2012

"Azərbaycan manatı Türk dövlətlərinin ən dəyərli valyutasıdır"
“Cihan” İnformasiya Agentliyi: "Azərbaycan manatı Türk dövlətlərinin ən dəyərli valyutasıdır"
Azərbaycan manatı alıcılıq qabiliyyəti və dayanıqlılığına görə Türk dövlətləri valyutaları arasında ən dəyərlisidir. Bu məlumat Türkiyənin “Cihan” İnformasiya Agentliyinin araşdırmasında əks olunub.

Məlumata görə, Türk dövlətləri arasında dollarla müqayisədə ən ucuz valyuta Özbəkistan sumudur: 1 dollar = 1 806 sum. Qazaxıstan valyutaslı olan tenge de o qədər dayanıqlı deyil: 1 dollar = 148 tenge.
Türkiyə lirəsi və Türkmənistan manatı isə kifayət qədər dəyətli hesab oluna bilər: 1 dollar = 2,85 türkmən manatı və 1 dollar = 1,88 lirə.
Qeyd olunur ki, 1 dollar 0,786 Azərbaycan manatına bərabərdir.

Yola saldığımız il yaddaşımıza ölkəmizin dinamik inkişafı, uğurlar ili kimi həkk olunmuşdur. Azərbaycanımız böyük iqtisa...
02/01/2012

Yola saldığımız il yaddaşımıza ölkəmizin dinamik inkişafı, uğurlar ili kimi həkk olunmuşdur. Azərbaycanımız böyük iqtisadi inkişafa nail olmuş, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. Ölkəmizin həyatının bütün sahələri çox uğurla və sürətlə inkişaf etmiş, Azərbaycan iqtisadi artım tempinə görə lider mövqelərini yola saldığımız ildə də qoruyub saxlamışdır. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində möhtəşəm qələbəsi, müstəqilliyimizin bərpa olunmasının 20 illiyinin təntənə ilə qeyd edilməsi yola saldığımız ildə tariximizə yazılmış ən parlaq səhifələrdir.

AzərTAc xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti dekabrın 31-də paytaxtda möhtəşəm bayram atəşfəşanlığı təşkil etmişdir.

Dəqiqələr ötdü və xalqımız 2012-ci ilə qədəm qoydu. Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında sürəkli möhtəşəm atəşfəşanlıq yeni ilin ab-havasına bürünmüş şəhərimizin soyuq qış səmasını əlvan rənglərə boyadı.

Bu möhtəşəm gözəlliyi seyr etmək üçün şəhərimizin küçə və meydanlarına axışan bakılılar və paytaxtımızın qonaqları əsası ümummilli liderimiz Heydər Əliyevin qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu iqtisadi siyasət nəticəsində gündən-günə gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını böyük maraqla seyr etdilər. Al-əlvan işıq selinə qərq olmuş Bakımızın Yeni il gecəsinin səma görüntüsü illər boyu yaddaşlardan silinməyəcəkdir.

Xalqımız köhnə ili təmtəraqla yola saldı, Yeni ilə xoş arzuların, ümidlərin, yeni qələbələrin sorağı ilə qədəm qoydu.

Qədəmlərin uğurlu olsun, Yeni il.

31/12/2011

♥▄███▄♥──♥▄██▄♥──♥▄███♥─♥▄███▄ ♥▀──██♥─♥██──██♥───♥██♥─♥▀──██ ♥──██♥──♥██──██♥───♥██♥─♥──██ ♥─██♥───♥██──██♥───♥██♥─♥─██ ♥█████♥──♥▀██▀♥───♥▄██▄♥♥█████♥

Ramiz Həsənov- Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı1960-cı ilin aprеl ayının 7-də Azərbaycan Rеspublikası Cəbrayıl...
31/12/2011

Ramiz Həsənov- Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı

1960-cı ilin aprеl ayının 7-də Azərbaycan Rеspublikası Cəbrayıl rayоnunun Böyük Mərcanlı kəndində anadan оlmuşdur.

1988-ci ildə Bakı Dövlət Univеrsitеtinin tariх fakültəsini müvəffəqiyyətlə başa vurmuşdur.

2001-ci ilin оktyabrında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini təyin оlunmuş, 2011-ci ilin aprеl ayınadək bu vəzifədə çalışmışdır.

Azərbaycan Rеspublikası Prеzidеnti cənab İlham Əliyеvin 26 aprеl 2011-ci il tariхli Sərəncamı ilə Ramiz Şamil оğlu Həsənоv Zəngilan rayоn Icra hakimiyyətinin başçısı təyin оlunmuşdur.

Address

Baku

Telephone

0503001132

Website

Alerts

Be the first to know and let us send you an email when CEZA VE QANUN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CEZA VE QANUN:

Shortcuts

Share