Finance Service Group

Finance Service Group Maliyyə Xidməti...
Dəqiq və Etibarli Muhasibat Xidmətləri.

Maliyyə və Mühasibat xidmətləri:

- Muhasibat uçotunun aparılması
- Audit xidməti və rəyi
- Kadr işlərinin aparılması və sənədlərinin hazirlanması;
- Miqrasiya xidmətləri
- Broker xidmətləri
- Vergi orqanlarına rüblük və ya aylıq,illik hesabatların təqdim edilməsi və s;
- Vahid hesabatın rüblük göndərilməsi;
- Statistika qurumlarına hesabatların təqdim edilməsi;
-Əmək

müqavilələrinin elektron qaydada qeydiyyata alınması, dəyişikliklərin edilməsi;
- Elektron qaimə və Ödəniş tapşırıqlarının tərtib edilməsi ;
-Bank əməliyyatlarının icra edilməsi və digər maliyyə xidmətləri...

09/09/2024

Vergi Məcəlləsinə əsasən ƏDV azaddır

- yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı;

- istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satıs‌ı – 2022-ci il yanvarın 1-dən 4 il müddətinə;

- elektrik mühərriki ilə is‌ləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satıs‌ı – 2022-ci il yanvarın 1-dən 3 il müddətinə;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan minik avtomobillərinin satışı – 2023-cü il mayın 1-dən 10 il müddətinə.

Əsas: Vergi Məcəlləsinin 164.1.41-ci, 164.1.41-1-ci, 164.1.41-2-ci, 164.1.41-3-cü maddələri

09/09/2024

Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası haqqında

Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır.
Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

Əsaslandırma: Vergi Məcəlləsinin 34.3-1-ci maddəsi

09/09/2024

Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı.

Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür.

Əsaslandırma: Vergi Məcəlləsinin 135.3-cü maddəsi

📃 Artıq əmək müqavilələri onlayn şəkildə imzalanır.  Proses aşağıdakı kimi baş verir: ▪️ İlk olaraq onlayn əmək müqavilə...
22/08/2024

📃 Artıq əmək müqavilələri onlayn şəkildə imzalanır.

Proses aşağıdakı kimi baş verir:
▪️ İlk olaraq onlayn əmək müqaviləsi işəgötürən tərəfindən tərtib olunaraq tanış olması üçün işçiyə ötürülür.
▪️ Növbəti addımda işçi öz kabinetində əmək müqaviləsi ilə tanış olaraq düzəliş olunması üçün geri göndərir və ya elektron imza (SİMA Rəqəmsal imza, ASAN imza, SİMA Token) ilə imzalayaraq qəbul edir.

✅ Sonda işəgötürən tərəfindən əmək müqaviləsi elektron imzalanaraq qanuni qüvvəyə minir.

22/08/2024

❓Onlayn əmək müqaviləsi necə imzalanır?

İşəgötürən tərəfindən tərtib olunaraq işçiyə ötürülən əmək müqaviləsi “Əmək və Məşğulluq” altsisteminə yerləşdirilir.

Vətəndaş müqaviləni imzalamaq üçün aşağıdakı addımları atmalıdır:
• ƏMAS platformasında şəxsi kabinetə daxil olur;
• “Onlayn əmək müqaviləsi” başlığına klik edib, “Onlayn əmək müqaviləsi reyestri” daha sonra “Təsdiq gözləyən əmək müqavilələri” bölməsinə keçid edir;
• Açılan bölmədə müqavilə ilə tanış olduqdan sonra onu imzalaya, imtina edə və ya geri göndərə bilər;
• İmzalamaq istədikdə növbəti bölməyə keçid edərək rəqəmsal imzalarla müqaviləni imzalamış olur.

26/05/2024

Özümə məxsus bağ evini günlük icarəyə vermək istəyirəm. Bunun üçün hansı vergi öhdəliklərim yaranır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda, vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. Sorğuda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.

Əlavə olaraq bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 12-ci abzasına əsasən, muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü və 124-cü maddələri, “Sosial sığorta haqqında” Qanun

26/05/2024

“Sosial sığorta haqqında” Qanuna əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən fiziki şəxslərin və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına (2023-cü ilin yanvar ayının 1-dən 345 manat təşkil edir) Qanunda göstərilən dərəcələr tətbiq edilməklə ödənilməli və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmalıdır.

Bəzi hallarda kənd təsərrüfatına yararlı torpaqların istifadəçisi olan fiziki şəxslər tərəfindən bütün ailə üzvləri üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmədən Sabit qəbzin alınması üçün müraciət halları müşahidə edilir. Bununla əlaqədar Dövlət Vergi Xidməti bildirir ki, yalnız digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş şəxslər, eləcə də 15 yaşından “Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olanlar bu ödənişdən azaddır. Kənd təsərrüfatına yararlı torpaqların istifadəçisi olan fiziki şəxslərin digər bütün ailə üzvləri üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi zəruridir.

26/05/2024

Mənim çörək (lavaş) sexim var və istehsal etdiyim məhsulları vətəndaşlara satıram. Bu halda yeni nəsil kassa aparatı quraşdırmalıyammı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsulların özünə məxsus təsərrüfat subyektləri (obyektlər) vasitəsilə satışı həyata keçirildikdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 6.4-cü bəndinin müddəalarına əsasən, həmin məhsulların bu təsərrüfat subyektlərinə (obyektlərə) göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.

Vergi ödəyicisi tərəfindən istehsal edilmiş hazır məhsullar (mallar) vergi ödəyicisi olan digər şəxslərə təqdim edildikdə, malların alıcısına Vergi Məcəlləsinin 71-1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə elektron qaimə-faktura təqdim olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin müddəalarına əsasən, vergi ödəyicisi tərəfindən hazır məhsulların (malların) təsərrüfat subyektlərində pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq olunmaqla həyata keçirilməli və alıcılara nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və Prezidentin 2017-ci il 16 iyun tarixli fərmanı

Address

Baku
0000000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

0515010235

Alerts

Be the first to know and let us send you an email when Finance Service Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share