14/09/2026
🇦🇿 Asiya İnkişaf Bankının əməkdaş və ekspertləri ötən həftə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW 2026) iqlim prioritetləri, ağıllı həllərdən danışıb, həmçinin inkişaf üzrə əsas istiqamətlərə dair müzakirələrdə fəal iştirak ediblər.
Bankın qoşulduğu panel müzakirələrində iqlim maliyyələşməsindəki boşluğun aradan qaldırılması üçün regional əməkdaşlığın, özəl investisiyaların və beynəlxalq karbon bazarlarının roluna, metan emissiyalarının azaldılması üzrə yanaşmalara, o cümlədən siyasət təşviqlərinə, monitorinq, hesabatlılıq və verifikasiya sistemlərinə, sızmaların aşkarlanmasına və genişmiqyaslı maliyyələşdirməyə dair fikirlərə yer verilib.
Əməkdaşlarımız, həmçinin dayanıqlı, iqlim dəyişmələrinə davamlı və inklüziv kənd təsərrüfatına keçid yolları, o cümlədən bankın ərzaq sistemlərindəki transformasiyaya dair gündəliyinin Azərbaycana necə töhfə verə biləcəyindən bəhs ediblər.
Asiya İnkişaf Bankı tədbir zamanı fermerlər, xüsusilə qadınlar və gənclər arasında rəqəmsal və süni intellekt (AI) bacarıqlarının inkişaf etdirilməsinə yönəlmiş regional texniki yardımını təqdim edib. Bu təşəbbüs iqlim dəyişmələrinə davamlı kənd təsərrüfatına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, kənd təsərrüfatı bitkilərinin diversifikasiyasına, eləcə də resurslardan istifadənin optimallaşdırılması və itkilərin azaldılması üçün məlumatlara əsaslanan qərarların qəbuluna təkan verir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftəsi çərçivəsində keçirilən BCAW 2026 iqlim fəaliyyətinin gücləndirilməsi və Paris Sazişinin məqsədlərinə nail olmaq istiqamətində müxtəlif maraqlı tərəfləri dialoqa cəlb edib.
--------
🇬🇧 Asian Development Bank highlighted climate priorities and smart solutions at Baku Climate Action Week.
ADB staff actively engaged in panel discussions and roundtables at Baku Climate Action Week 2026 (BCAW 2026), contributing to dialogue on key climate and development priorities.
Discussions explored the role of regional cooperation, private investment, and international carbon markets in closing the climate finance gap; approaches to methane reduction, including policy incentives, monitoring, reporting, verification (MRV) systems, leak detection, and scalable financing; and pathways toward sustainable, climate-resilient, and inclusive agriculture, including how ADB’s Food System Transformation agenda can support Azerbaijan.
ADB also showcased its regional technical assistance to advance digital and AI skills among farmers, particularly women and youth. The initiative supports climate-resilient agriculture, food security, crop diversification, and data-driven decisions to optimize inputs and reduce losses.
Held as part of UNFCCC Regional Climate Week, BCAW 2026 brought together diverse stakeholders to advance climate action and Paris Agreement commitments.