28/08/2026
İzafi borclanma nədir və BGN əmsalı niyə vacibdir?
Kredit imkanlarından düzgün istifadə etmək üçün əsas amillərdən biri müştərinin ödəmə qabiliyyətinin qorunmasıdır.
📌 BGN (Borcun Gəlirə Nisbəti) əmsalı — müştərinin aylıq gəliri ilə kredit öhdəlikləri arasındakı nisbəti göstərən vacib göstəricidir.
Kreditin maksimum həcminin müəyyən edilməsi isə təsadüfi deyil. Bu yanaşmanın əsas məqsədi:
✅ İzafi borclanmanın qarşısını almaq
✅ Müştərinin maliyyə balansını qorumaq
✅ Məsuliyyətli kreditləşməni təmin etmək
✅ Həm müştəri, həm də maliyyə sistemi üçün riskləri azaltmaqdır