Azerbaijan Credit Bureau

Azerbaijan Credit Bureau Findoc - sənin kredit hekayən!

Kredit bürosu - borcalanların maliyyə öhdəlikləri barədə məlumatları toplayan, risk təhlilini aparan və sorğu əsasında istifadəçilərə təqdim edən hüquqi şəxsdir.

Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
10/05/2026

Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

9 May - Qələbə günü münasibətilə hər kəsə sülh və firavanlıq arzulayırıq.
09/05/2026

9 May - Qələbə günü münasibətilə hər kəsə sülh və firavanlıq arzulayırıq.

Azərbaycan Kredit Bürosu ilə Qazaxıstanın “First Credit Bureau” arasında görüş keçirilmişdir.Azərbaycan Kredit Bürosunun...
08/05/2026

Azərbaycan Kredit Bürosu ilə Qazaxıstanın “First Credit Bureau” arasında görüş keçirilmişdir.

Azərbaycan Kredit Bürosunun (AKB) Baş direktoru cənab Elçin Həbibov Qazaxıstan Respublikasına həyata keçirdiyi işgüzar səfər çərçivəsində ölkənin aparıcı kredit bürolarından biri olan “First Credit Bureau”-nun Baş direktoru cənab Aidos Bekov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş Azərbaycanın sədrlik etdiyi Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyası (ACIPE) çərçivəsində təşkil olunmuş və Qazaxıstan Respublikasının paytaxtı Almatı şəhərində baş tutmuşdur. Sözügedən görüş kredit məlumatları sahəsində fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin təşviqi və regional tərəfdaşlıq imkanlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş çərçivəsində tərəflər kredit bürolarının fəaliyyət istiqamətləri, mövcud bazar təcrübələri və sektorun inkişaf meyilləri ətrafında geniş fikir mübadiləsi aparmışlar. Eyni zamanda kredit məlumatları infrastrukturunun inkişafı, məlumat ekosistemlərinin genişləndirilməsi və müasir analitik yanaşmaların tətbiqi ilə bağlı yanaşmalar müzakirə olunmuşdur.

Bununla yanaşı, kredit hesabatlığı sahəsində innovativ texnologiyaların rolu, məlumat əsaslı qərarvermə imkanlarının gücləndirilməsi və maliyyə sektorunda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən təşəbbüslər barədə qarşılıqlı fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Kredit Bürosunun kollektivi ağacəkmə aksiyasında iştirak edib.24 aprel 2026-cı il tarixində Azərbaycan Kredit...
27/04/2026

Azərbaycan Kredit Bürosunun kollektivi ağacəkmə aksiyasında iştirak edib.

24 aprel 2026-cı il tarixində Azərbaycan Kredit Bürosunun kollektivi Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə baş tutan ağacəkmə aksiyasında iştirak edib.
Tədbir Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında imzalanan memorandum çərçivəsində keçirilir.
Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 8 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun eldar şamı və zeytun ağacı əkilib.
Xatırladaq ki, 2023-cü ildən bəri hər il baş tutan bu aksiya çərçivəsində 10 il ərzində 1 milyon ağacın əkilməsi planlaşdırılır.

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilmişdir.“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Səhmdarları...
17/04/2026

Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilmişdir.

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) Səhmdarlarının Ümumi Yığıncağının 24 saylı iclasında Müşahidə Şurasının yeni tərkibi təsdiq edilmişdir. Heybət Qədirov Müşahidə Şurasının yeni üzvü və eyni zamanda Müşahidə Şurasının Sədri təyin edilmişdir.

Heybət Qədirov hazırda “Unibank KB” ASC-nin İdarə Heyətinin Sədri v.m.i.e. vəzifəsində çalışır. O, pərakəndə bankçılıq, biznesin inkişafı və strateji liderlik sahələrində 15 ildən artıq təcrübəyə malikdir. O 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr, 2012-ci ildə isə həmin universitetdə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır.

Hal-hazırda AKB-nin Müşahidə Şurasının 7 üzvü var və onlar təsisçi bankların rəhbər vəzifəli şəxsləri arasından seçilmişdir. Müşahidə Şurasının Sədri Heybət Qədirov (“Unibank KB” ASC), digər üzvləri isə Zamiq Məmmədov (“Azərbaycan Beynəlxalq Bankı” ASC), Röyam Hüseynzadə (ASC “Xalq” Bankı), Elnur Həsənov (“BankRespublika” ASC), Cavid Mirzəyev (“KapitalBank” ASC), Aydın Hüseynov (“Rabitəbank” ASC) və Seymur Əliyevdir (“ZiraatBank Azərbaycan” ASC).

Xatırladaq ki, AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin azaldılmasına xidmət edir.

Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilmişdir.Azərbaycan Kredit Bürosunun (AKB) Ba...
14/04/2026

Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilmişdir.

Azərbaycan Kredit Bürosunun (AKB) Baş direktoru Elçin Həbibov Çin Xalq Respublikasının aparıcı kredit bürolarından biri olan Pudao Kredit Bürosunun (PKB) Baş İcraçı Direktoru cənab Jin Bo və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Çin Xalq Respublikasının banklarına səfər çərçivəsində paytaxt Pekin şəhərində baş tutmuşdur.
Görüş çərçivəsində PKB tərəfindən şirkətin məhsul və xidmət portfeli, o cümlədən alternativ hesabat, risk qiymətləndirmə alətləri və digər xidmətləri barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, PKB-nin bazar mövqeyi, eləcə də geniş tərəfdaş şəbəkəsi – maliyyə institutları, fintech şirkətləri və digər maliyyə bazarı iştirakçıları ilə əməkdaşlıq modeli təqdim edilmişdir.
Bununla yanaşı, şirkət tərəfindən təqdim olunan skorinq sistemlərinin xüsusiyyətləri, böyük həcmli məlumatların emalı, alternativ məlumat mənbələrinin istifadəsi və süni intellekt əsaslı modellər vasitəsilə risk qiymətləndirilməsi mexanizmləri iştirakçıların diqqətinə çatdırılmışdır.
Əlavə olaraq, AKB tərəfindən də Azərbaycanda bank sisteminin rəqəmsal inkişafının dəstəklənməsi çərçivəsində təqdimat, habelə analitik həllər və skorinq sistemi - FinScore, analitik hesabatlıq modulu - FinVision, vətəndaşların kredit tarixçəsini əldə edə bildiyi rəqəmsal platforma - Findoc və digər innovativ xidmətlər və rəqəmsal transformasiya üzrə AKB-nin strateji baxışı diqqətə çatdırılmışdır.
Görüş tərəflər arasında strateji baxış, inkişaf prioritetləri və fəaliyyət istiqamətlərinin müzakirə olunması baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Müzakirələr zamanı kredit məlumatları infrastrukturu, məlumat ekosistemlərinin inkişafı, analitik yanaşmalar, eləcə də kredit hesabatlığı sistemində müasir texnologiyaların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə edilmiş, regional səviyyədə əlaqələrin inkişaf etdirilməsi və gələcəkdə birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunmuşdur.

Dərin ehtiramla yad edirik!
31/03/2026

Dərin ehtiramla yad edirik!

20/03/2026

Ramazan Bayramınız mübarək!🎉

Bu bayram Sizə bolluq, bərəkət və sevinc gətirsin.🌛

20/03/2026

Novruz Bayramınız mübarək!🍀

Baharın gəlişi ilə yeni ümidlər, sevinc və bərəkət hər evə dolsun!🌞

Qoy tonqallarınız alovlansın, səməniləriniz cücərsin, qəlbiniz sevgi və xoşbəxtliklə dolsun!✨

08/03/2026

Əziz xanımlar, həyatınızın hər sahəsində olduğu kimi, maliyyə dünyasında da daha güclü, daha müstəqil olmağınızı arzulayırıq.🌹

8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək!🎉🎊

Address

Səməd Vurğun Küçəsi 43
Baku
AZ1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994122101010

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Credit Bureau posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaijan Credit Bureau:

Share