Standard Insurance

Standard Insurance Sizi Qoruyan Sığorta ASC “Standard Insurance” Sığorta Şirkəti “AB Standard” Şirkətlər Qrupunun üzvüdür.

ASC “Standard Insurance” Sığorta Şirkəti 2002-ci ilin fevral ayında məhdud məsuliyyətli cəmiyyət hüquqi statusu ilə təsis edilib. Həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlayan şirkətin nizamnamə kapitalı başlanqıcda 600 000 yeni Azərbaycan manatına bərabər idi və qısa müddət ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti Azərbaycanın ən sürətlə inkişaf edən sığorta şirkətlərindən

birinə çevrildi.

2005-ci ildə ASC “Standard Insurance” Sığorta Şirkəti özünün keyfiyyəti idarəetmə sistemini qurub həmin il bu sistemin Beynəlxalq ISO 9001-2000 Standartına uyğunluğu barədə şəhadətnamə almışdır. Həmin ildə ASC “Standard Insurance” Sığorta Şirkəti “Lloyd’s”un ən böyük brokerlərindən olan “AON” Qrupu tərəfindən “Etibarlı şirkətlər siyahısı”na (Security List) daxil edilmiş və indiyədək bu siyahıda qalmaqdadır.

2006-cı ildə “Standard Insurance” şirkətinin inkişaf templəri yerli sığorta bazarının ümumi inkişaf templərindən xeyli artıq olmuşdur. Statistikaya əsasən, keçən il Şirkət tərəfindən yığılmış sığorta ödəmələrinin məbləği 9,59 milyon ABŞ dolları təşkil etmişdir, bu isə 2005-ci ilin analoji göstəricisindən 36% artıqdır. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə milli iqtisadiyyatın sığorta sektorunda müşahidə edilmiş inkişaf tempi 7%-i aşmır.Digər tərəfdən, Şirkətin yüksək gəlirlə fəaliyyət göstərdiyini qeyd etməyə dəyər. 2006-cı ilin yekunlarına əsasən, “Standard Insurance” şirkəti gəlir indeksi baxımından Azərbaycanda ən aparıcı şirkətlərdən biri hesab edilir.

2007-ci ilin tarixində şirkət öz hüquqi statusunu dəyişdirərək açıq səhmdar cəmiyyəti statusunu qəbul etmişdir. Ən uğurlu hadisələrindən biri isə, şirkətin Moody’s Investors Service tərəfindən B1 Maliyyə sabitliyi reytinqinə laiq görülməsidir.
Ötən illər ərzində şirkətin nizamnamə kapitalının artımı qabaqcadan planlaşdırılmış şəkildə mərhələlərlə həyata keçirilmişdir. 2007-ci ildə Standard İnsurance şirkəti Gürcüstanda 100% törəmə şirkəti olan - "Standard Insurance Georgia" şirkətini açmışdır.

2010-cu ilin sonunda həyata keçirilən son artımdan sonra ASC “Standard Insurance” Sığorta Şirkəti ən yüksək nizamnamə kapitalına malik olan sığorta şirkətlərindən biri olmuşdur. Şirkətin nizamnamə kapitalı hal hazırda 11 milyon manat təşkil edir. Artıq bir neçə ildir ki, şirkətimiz Azərbaycan sığortaçıları arasında aparıcı mövqe tutur. Bununla yanaşı, son iki il ərzində ASC “Standard Insurance” Sığorta Şirkəti sığorta bazarının ümumi inkişaf templərindən xeyli yüksək dərəcədə inkişaf etmişdir. Hal-hazırda şirkət 4 növ icbari və 24 növ könüllü sığorta xidməti göstərir. ASC “Standard Insurance” Sığorta Şirkətinin uğuru bir neçə amildən irəli gəlir. Bunların arasında hər şeydən əvvəl, şirkət rəhbərliyinin planlı fəaliyyətini və şirkətin professional komandaya malik olmasını qeyd etmək lazımdır. Eyni zamanda, bazarın inkişaf təmayüllərini qabaqlamaq və beləliklə sığortaçıların əsas qrupundan həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli irəlidə olmaq kimi daimi səylərimiz də aktiv stimullaşdırıcı faktorlardan biridir.

2012-ci il Şirkətimiz üçün uğurlu illərdən biri olmuşdur. Belə ki, ilin nəticələrinə görə, Şirkətimiz ölkəmizin 5 ən güclü sığorta şirkətləri sırasında yer almışdır. Xüsusi ilə, icbari sığorta növləri üzrə böyük nailiyyətlər əldə edilmiş, nümayəndəliklərin sayı xeyli dərəcədə artmış və agent şəbəkəsi genişlənmişdir. Statistikaya əsasən, 2012-ci ildə yığılmış sığorta haqqlarının məbləği 21,3 milyon AZN təşkil etmişdir, bu 2011-ci ilin analoji göstəricisindən 2,2 dəfə çoxdur. 2013-cü ildə də Şirkətimiz qarşısında yüksək məqsədlər qoymuşdur.

2014-ci ildə “Standard Insurance” sığorta fəaliyyəti üçün müddətsiz lisenziyaya sahib oldu. Məhz bu il şirkət özünün 12 illiyini qeyd etdi. “Standard Insurance” Londonun aparıcı maliyyə jurnallarından biri olan “Global Banking and Finance”-ın “2014-cü il Azərbaycanın ən yaxşı sığorta şirkəti” nominasiyası üzrə mükafatına layiq görülüb.

Mövcud Vəziyyət ilə əlaqədar olaraq, Standard Sığorta Şirkəti iş prosesini “online” həyata keçirdiyi üçün xahiş edirik01...
15/12/2020

Mövcud Vəziyyət ilə əlaqədar olaraq, Standard Sığorta Şirkəti iş prosesini “online” həyata keçirdiyi üçün xahiş edirik
012(930) qaynar xəttinə müraciət edəsiniz.

Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkətinin kreditorlarının nəzərinə.Azərbaycan Respublikası Bakı K...
21/09/2020

Ləğv prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkətinin kreditorlarının nəzərinə.

Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1575/2020 saylı, 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə ASC “Standard Insurance” Sığorta Şirkətinin müflis elan edilməsi qərara alınmışdır. Həmin məhkəmənin 17 avqust 2020-ci il tarixli qərarına əsasən sığortaçının ləğvetmə komissiyasının tərkibi müəyyən edilmişdir.

“Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən əmlak inzibatçısı təyin edildikdən sonra dərhal bu barədə borcluya bildiriş göndərməli və borclunun iflası və özünün təyin edilməsi barədə Azərbaycan Respublikasında nəşr olunan rəsmi dövri mətbuat orqanında azı 7 günlük fasilə ilə iki dəfə elan dərc etdirməlidir.

İstinad olunan Qanunun 43.2-ci maddəsinə əsasən “kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər”. Odur ki, iflas prosesində olan ASC “Standard Insurance” Sığorta Şirkətinə qarşı tələbi olan fiziki və hüquqi şəxslər bu elanın dərcindən 60 təqvim günü ərzində tələblərini şirkətin ləğvedicisinə yazılı şəkildə təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə və ya aşağıda göstərilən telefon nömrələri, elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz:

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi, 96
Əlaqə telefon +994 12 930

Email: [email protected]

01/06/2020

Mən uşaq olanda elə bilirdim
Böyümək arzuya yetmək deməkdir.....Mən hardan bilərdim ərsəyə çatmaq
Qayğılar içində itmək deməkdir.

Nə qədər böyüsə də içindəki uşaq böyüməyənlərin BAYRAMI MÜBARƏK!

28/05/2020

Tariximizin ən şanlı səhifələrindən biri də 1918-ci il 28 maydır. Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib.

28 May Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik!🇦🇿

24/05/2020

Bayramlar insanlar arasındakı qarşılıqlı sevgi və hörmətin möhkəmləndiyi günlərdir. Ramazan bayramı da hər zaman birliyin, dözümlülüyün, saflığın, səmimiyyətin, əzmkarlığın, xeyir və bərəkətin rəmzi sayılıb.

Biz də müqəddəs Ramazan bayramı münasibətilə bütün dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edir, sağlıq, əmin-amanlıq, bol ruzi-bərəkət, birlik, sevgi dolu günlər arzulayırıq.

RAMAZAN BAYRAMINIZ MÜBARƏK OLSUN🌙!

Düzgün cavabı rəylərdə yazın.📞(012) 930 📍Bakı şəh., Ş. Bədəlbəyli 94
18/05/2020

Düzgün cavabı rəylərdə yazın.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94

“Standard Insurance" Sığorta Şirkətinin Koparativ satış və Tenderlərlə iş Departamentinin Direktoru Anar Xələfov daşınma...
15/05/2020

“Standard Insurance" Sığorta Şirkətinin Koparativ satış və Tenderlərlə iş Departamentinin Direktoru Anar Xələfov daşınmaz əmlakın icbari sığortası barədə fikirlərini ARB24 kanalı ilə bölüşdü.

Ətraflı məlumatı linkə daxil olaraq əldə edə bilərsiniz:

Copyright © ARB TV Sayt: http://arb24.az Facebook: https://www.facebook.com/arb24tv Instagram: https://www.instagram.com/24.arbtv.az ARB 24 TV - Azərbaycanın...

Subasma, yanğın, damın aşması və s. xoşagəlməz əmlak  hadisələrindən “Standard Insurance”  vasitəsilə sığortalanın. 📞(01...
15/05/2020

Subasma, yanğın, damın aşması və s. xoşagəlməz əmlak hadisələrindən “Standard Insurance” vasitəsilə sığortalanın.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94

Çalışın ki, diqqətiniz yoldan yayınmasın.📞(012) 930 📍Bakı şəh., Ş. Bədəlbəyli 94
13/05/2020

Çalışın ki, diqqətiniz yoldan yayınmasın.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94

Gələcəyinizi vaxtında sığortalayın və həyatda gözlənilməz risklərdən qorunun.📞(012) 930 📍Bakı şəh., Ş. Bədəlbəyli 94    ...
11/05/2020

Gələcəyinizi vaxtında sığortalayın və həyatda gözlənilməz risklərdən qorunun.
📞(012) 930
📍Bakı şəh., Ş. Bədəlbəyli 94

10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Hörmətlə anırıq.
10/05/2020

10 may Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günüdür. Hörmətlə anırıq.

09/05/2020

Bu gün faşizm üzərində Qələbə Günündən 75 il ötür. Qələbə Gününüz Mübarək!

Address

Ş. Bədəlbeyli 94
Baku
AZ1014

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 15:00

Telephone

(012) 930

Alerts

Be the first to know and let us send you an email when Standard Insurance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share