Finkorp

Finkorp Analitik blog - Maliyyə | Biznes | İnvestisiya

Gələcək və neft.   -nın bazar qiyməti neft şirkəti   ilə bərabərləşib.
21/12/2022

Gələcək və neft. -nın bazar qiyməti neft şirkəti ilə bərabərləşib.

  yenə də bazarlara təsir etməyi bacardı. FES rəhbəri Pauell - in daha yumuşaq siyasətdən danışması səhm bazarlarında gü...
01/12/2022

yenə də bazarlara təsir etməyi bacardı. FES rəhbəri Pauell - in daha yumuşaq siyasətdən danışması səhm bazarlarında gün daxili pozitivlik yaratdı. Hazırda bütün dünya üzrə aktivlərdə “rəftar” eynidir.

  öz marketini tapması çox vacibdir amma bəzən buna gözləniləndən daha çox zaman tələb olunur. Düşünün   - un ilkin inve...
30/11/2022

öz marketini tapması çox vacibdir amma bəzən buna gözləniləndən daha çox zaman tələb olunur. Düşünün - un ilkin investorları (əgər sona kimi mövqedə qalmaq qərarı verən olubsa) 17 il gözləməli olublar. 2005 - ci ildə Roblox A round zamanı 560k kapital cəlb etmişdi və 2021 - ci ildə İPO edərək public bazarlara çıxdı.

     TheEconomist jurnalının 2023 - cü il üçün iqtisadi proqnozları. Hər sektor üçün fərqli araşdırmalar ilə tanış ola b...
29/11/2022


TheEconomist jurnalının 2023 - cü il üçün iqtisadi proqnozları. Hər sektor üçün fərqli araşdırmalar ilə tanış ola bilərsiniz. Endirmək üçün👇

     Yadınıza gəlirsə yaxın keçmişdə demək olar ki hər kəs Crypto və onun gətirəcəyi yeni maliyyə sistemindən danışırdı....
14/11/2022


Yadınıza gəlirsə yaxın keçmişdə demək olar ki hər kəs Crypto və onun gətirəcəyi yeni maliyyə sistemindən danışırdı. Bankların sonu, dolların məhvi və.s. kimi maraqlı fikirlər səslənilirdi və hətta BTC - nin qiyməti 17 noyabr 2021 - də 62 000 dollara qədər dəyər qazanmışdı. Amma zaman onu göstərdi ki, BTC və digər kriptolar spekulyativ əməliyyatlardan başqa bir şey deyil. Maraqlısı odur ki, dolların özü də ən çox spekulyasiya olunan aktivdir (Forex). Əgər kriptolarda əsasən də BTC - də gündəlik tranzaksiyalar artan trendlər davam etsəydi kripto dünyasının innovativ gücünə inanmaq olardı amma paylaşdığımız qrafikdən də görürsünüzki tranzaksiyalar 400k həddini keçmir. Bundan əlavə Fintech sahəsində yaranan start up - lara və digər layihələrə hələ də milyardlarla dollar yatırım edilir. Əgər investorlar bank sisteminin məhz olacağına inansaydılar bu yatırımlar aktual olmazdı. Bu mövzu haqda fikirləriniz varsa bizimlə də bölüşün. Müzakirə etmək maraqlı olardı.

  Ötən gün fond bazarları üçün əlamətdar idi. Uzun müddətdir ki, bazarlarda pessimizm və bahalı dollar tendensiyası hökm...
11/11/2022


Ötən gün fond bazarları üçün əlamətdar idi. Uzun müddətdir ki, bazarlarda pessimizm və bahalı dollar tendensiyası hökm sürürdü. Amma CPİ göstəricilərinin 7.7% olması inanılmaz gündaxili alışların olmasına səbəb oldu. Bu alışlarla bağlı bəzi məqamları diqqətinizə çatdırmaq istərdik:
- FES son çıxışında faiz dərəcəsinin hədəfdən (5%) daha yuxarı ola biləcəyini söyləmişdi. - Bir neçə aydır durğun vəziyyətdə olan və son hesabatda azalma tendensiyasına keçən inflyasiya xəbərləri sonrası FES - in dayanacağı və aqressivliyi azaldacağı gözlənilir.
- Digər FES üzvləri dünənki rəqəmlər sonrası “stop” siqnalları verdilər.
- Uzun müddətdir bazarı short edən investorlar bu xəbərlər sonrası rəfrata reaksiya olaraq “short covering” etdilər.
- Ümumi olaraq böyük şirkətlərin “cost saving” etməsi gələcəkdə yüksək EPS göstəriciləri təqdim etməsi ehtimalı da alışları artırdı.
- SnP500 indeksinin PE göstəricisinin 19.50 - yə kimi düşməsi faktoru. İnvestorlar kiçik müsbət siqnallarda belə bu göstəricini almağa maraqlıdırlar. Bir il öncə bu rəqəm 35 idi.
SnP500 indeksinin 40 trilyondan 30 trilyona kimi dəyər itiməsi və GDP ilə müqayisədə 129% nisbətlə ticarət olunması bazarı “undervalued” edir.
Alışların davam edəcəyi gözlənilir və növbəti iqtisadi göstərcilərin əsasən də noyabr ayı CPİ - da aşağı düşməsi optimizmi artıracaq. Ümumiyyətlə yeni ildən yeni ralli başlaması ehtimalı da yüksəkdir. Amma unutmayın ki, ucuz səhm alırsınızsa yüksək gəlir üçün 2-3 il gözləməli olacaqsınız. Volatilliyi və əmtəə qiymətlərinin hələ də yüksək olmasını nəzərə alsaq qısa müddətli trade zamanı gözlənilməz risklərlə qarşılaşa bilərsiniz.

 Apple şirkətinin bazar kapitallaşması (2.2 trilyon dollar) Google, Meta və Amazon şirkətlərinin cəmindən yuxarıdır. Fon...
03/11/2022


Apple şirkətinin bazar kapitallaşması (2.2 trilyon dollar) Google, Meta və Amazon şirkətlərinin cəmindən yuxarıdır. Fond bazarlarında tarixi və maraqlı hadisələr baş verir və bu hadisələr yeni imkanların yaranmasına səbəbdir. Ağıllı investorlar mütləq bu vəziyyəti növbəti 5 il ərzində öz gəlirlərinə çevirəcəklər.

Fond bazarları haqda bəzi fikirlərimizi sizinlə bölüşürük. Xoş oxumalar. Mətni oxuduqdan sonra fikirlərinizi bizimlə böl...
20/10/2022

Fond bazarları haqda bəzi fikirlərimizi sizinlə bölüşürük. Xoş oxumalar. Mətni oxuduqdan sonra fikirlərinizi bizimlə bölüşün. Link şərhdə. ✌️

ABŞ - da   göstəriciləri açıqlanması sonrası yenidən volatillik maksimuma qalxdı. Amma soyuq rəqəmlər bizə nə deməyə çal...
13/10/2022

ABŞ - da göstəriciləri açıqlanması sonrası yenidən volatillik maksimuma qalxdı. Amma soyuq rəqəmlər bizə nə deməyə çalışır? İlk öncə son 3 ayda inflyasiya göstəricilərinə baxaq. 8.5%, 8.3%, 8.2%. İlk öncə inflyasiyanın artım tempinin dayandığını görürük. ABŞ - da qiymətlər möhkəmlənir. Çünki işsizlik minimum səviyyədədir və maaşlarda artmaqda davam edir. Bir sözlə biznes hələ ki, işlək vəziyyətdədir. - isə öz aqressiv strategiyasını artırmaqda davam edəcək. Amma düşünülür ki, 5.00% həddinə çatdıqda artımlarına ara verəcək. Fond bazarları üçün bu məlumatların dəqiq olması gözlənilən panik effekt yox əksinə alış effekti verə bilər. Əgər inflyasiya son 3 ayda olduğu kimi donmuş vəziyyətdə qalarsa 3 ay sonra inflyasiya rəqəmləri 4%-5% görsənəcək. Yanvar ayında CPİ qiymətləri 281 idisə sonuncu açıqlanan rəqəm 297 təşkil edir. 2023 - cü ilin yanvar ayında CPİ 297 mövqeyini qoruyarsa inflyasiya 5.6% kimi açıqlanacaq. FES - in aqressiyasının artması isə 297 göstəricisini növbəti aylarda daha da aşağı sala bilər. Hər şey enerji qiymətlərindən asılıdır. Onlarda öz növbəsində geopolitikadan. Hazırda olanları nəzərə alsaq səhmlər artıq “real” olaraq ucuz görünür və alışların artması ehtimalı (əsasən də yeni ildən) yüksəkdir. İnvestorlar hadisələr baş verəndən sonra yox baş vermədən mövqe açırlar.
P.S. Hazırda indeksinə qrafikdən diqqət edin.

Bəs sizin proqnozunuza görə bu dəfə Amerikada inflasiya nə qədər olacaq?
13/10/2022

Bəs sizin proqnozunuza görə bu dəfə Amerikada inflasiya nə qədər olacaq?

Dünya hələ indiyə qədər bu qədər dinamik, sürətli və təhlükəli olmamışdı. Həqiqətən də dünya üzrə borc, enerjiyə olan tə...
12/10/2022

Dünya hələ indiyə qədər bu qədər dinamik, sürətli və təhlükəli olmamışdı. Həqiqətən də dünya üzrə borc, enerjiyə olan tələb, məlumat təhlükəsizliyi, sürətli informasiyanın ötürülməsi, texnoloji asılılıq və.s. kimi sosial problemlərlə yanaşı, kapitalizmdə orta təbəqənin yox olması təhlükəsi və geopolitik səhnədə olan gərginliyi hər birimiz hiss edirik. Finkorp olaraq hazırda baş verənlərin tarixi bənzərliklərini analiz etdik və əsas diqqətimizi ikinci dünya müharibəsi zamanı indekslərin dinamikasına yönəltdik. Sizcə ABŞ indeksi böyük depressiya sonrası başlayan ikinci dünya müharibəsi zamanı hansı dinamikanı sərgiləyib? Birlikdə baxaq. Keçid linki şərhdə.

  jurnalının 8 oktyabr tarixli və dünya iqtisadiyyatı haqda hesabat adlı xüsusi buraxılışı. Hazırda dünyada baş verənlər...
12/10/2022

jurnalının 8 oktyabr tarixli və dünya iqtisadiyyatı haqda hesabat adlı xüsusi buraxılışı. Hazırda dünyada baş verənləri nəzərə alsaq bu buraxılış doğurdanda xüsusidir. Endirmək üçün 👇

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Finkorp posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share