GoldenPay

GoldenPay Azərbaycanın ən böyük internet ödəmə sistemi

Azərbaycanda müştərilərinə elektron xidmətlərini ən sərfəli, müasir, rahat və keyfiyyətli şəkildə təqdim edən, ölkənin nömrə bir seçimi olmaq, öz imic və peşəkarlıq səviyyəsinə görə qabaqcıl şirkətlərindən birinə çevrilmək.

Təkrar ödənişlərdə kart məlumatlarını hər dəfə yenidən daxil etməyə ehtiyac yoxdur. Ödəniş etdiyiniz platformada kart mə...
17/08/2026

Təkrar ödənişlərdə kart məlumatlarını hər dəfə yenidən daxil etməyə ehtiyac yoxdur. Ödəniş etdiyiniz platformada kart məlumatlarınızı yadda saxlayaraq onlayn ödəniş prosesini sürətləndirə bilərsiniz.
📌Yalnız etibarlı platformalarda məlumatların saxlanılmasına icazə verməyiniz tövsiyə olunur.

Pulz e-cüzdan tətbiqində də bank kartlarını yadda saxlamaq mümkündür. Beləliklə, kart məlumatlarını 1 dəfə əlavə edə, növbəti dəfələrdə əlavə məlumatlara ehtiyac olmadan, sadəcə kartı seçərək ödəniş edə bilərsiniz.

Tariximizə qızıl hərflərlə yazılan 28 May - Müstəqillik Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik! 🇦🇿M...
28/05/2026

Tariximizə qızıl hərflərlə yazılan 28 May - Müstəqillik Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirik! 🇦🇿

Müstəqilliyimizin daim sarsılmaz, gələcəyimizin isə firavan olmasını arzulayırıq!

Goldenpay əməliyyatların təhlükəsizliyi üzrə beynəlxalq PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) ser...
15/05/2026

Goldenpay əməliyyatların təhlükəsizliyi üzrə beynəlxalq PCI DSS 4.0.1 (Payment Card Industry Data Security Standard) sertifikatını əldə etdi!

Müvafiq audit və yoxlamaların aparılmasından sonra ödənişlərdə tətbiq edilən təhlükəsizlik mexanizmlərinin beynəlxalq tələblərə tam uyğun olması təsdiqlənmişdir.

Şirkətimizin PCI DSS 4.0.1 standartına uyğunluğu onun təhlükəsiz ödəniş mühitini və fintex ekosistemində etibarlı tərəfdaş mövqeyini bir daha göstərdi.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür.Ömrünü Azərbaycanın inkişafına, dövlə...
10/05/2026

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 103 il ötür.

Ömrünü Azərbaycanın inkişafına, dövlətçiliyinin möhkəmlənməsinə və xalqına xidmətə həsr edən Ulu Öndəri doğum günündə dərin ehtiramla yad edirik.

08/05/2026

Goldenpay (Pulz), ölkəmizdə “Açıq bankçılıq” ekosisteminə qoşulan ilk iki elektron pul təşkilatından biri oldu!

Mərkəzi Bankın təşəbbüsü ilə yaradılan bu ekosistem ölkəmizdə innovativ ödəniş həllərinin tətbiqini sürətləndirməyi və istifadəçilər üçün daha əlçatan imkanlar yaratmağı hədəfləyir.

“Açıq bankçılıq” inteqrasiyanın üstünlükləri:
- Pulz hesabını digər bank tətbiqlərindən izləmək və idarə etmək;
- Gündəlik maliyyə əməliyyatlarına daha rahat nəzarət;
- Məlumatların təhlükəsizliyi üçün yeni imkanlar.

Bu həftə ölkəmizdə və dünyada "Qlobal Pul Həftəsi" çərçivəsində müxtəlif maarifləndirici təşəbbüslər həyata keçiriləcək....
17/03/2026

Bu həftə ölkəmizdə və dünyada "Qlobal Pul Həftəsi" çərçivəsində müxtəlif maarifləndirici təşəbbüslər həyata keçiriləcək. Kampaniya uşaq və gənclərin maliyyə savadlılığını artırmaq, onlara pulun dəyərini, büdcənin düzgün idarə olunmasını və maliyyə qərarlarını daha şüurlu şəkildə verməyi öyrətmək məqsədi daşıyır.

Bu il sloqanı ilə həyata keçirilən fəaliyyətlərlə yanaşı, uşaqlara pul barədə daha çox məlumat verək, gənc nəslin maliyyə savadlılığına dəstək olaq.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!✨Goldenpay komandası olaraq xalqımıza sülh, əmin-amanlı...
31/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!✨

Goldenpay komandası olaraq xalqımıza sülh, əmin-amanlıq, bərəkət və firavanlıq arzu edirik. Həmrəyliyimiz daimi olsun! 🇦🇿

16/10/2025

Goldenpay komandası “Bakı Fintex Forumu 2025”də!

Forum çərçivəsində yeni məhsulumuz Pulz e-cüzdan tətbiqi ilk dəfə fintex dünyasına təqdim olundu.
Şirkətimizin baş icraçı direktoru Eynar Abdullayev çıxışı zamanı Goldenpay-in 18 illik inkişaf yolu, son dövrdə əldə etdiyi nailiyyətlər, rəqəmsal ödənişlər sahəsindəki yeniliklər və gələcək planlar barədə məlumat verdi.

Tədbirdə Pulz stendi böyük marağa səbəb oldu. Forum iştirakçıları stenddə tətbiqin funksionallıqları və təqdim etdiyi imkanlarla yaxından tanış oldular.

Şirkətimizin baş icraçı direktoru Eynar Abdullayev 29 sentyabr 2025-ci ildə Bakı Konqres Mərkəzində keçirilən "INMerge" ...
01/10/2025

Şirkətimizin baş icraçı direktoru Eynar Abdullayev 29 sentyabr 2025-ci ildə Bakı Konqres Mərkəzində keçirilən "INMerge" İnnovasiya Sammitində “Fintex, Telekommunikasiya və Bankçılıq - Sektorlar arasındakı sinerjinin araşdırılması” panelində iştirak etdi. İştirakçılar bu sahələrin kəsişməsində yaranan imkanlar, əməkdaşlıq fürsətləri və innovasiyanı sürətləndirən amillər barədə geniş fikir mübadiləsi apardılar.

Address

Cəfər Cabbarlı Küçəsi, 609
Baku
AZ1065

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994555500713

Alerts

Be the first to know and let us send you an email when GoldenPay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GoldenPay:

Shortcuts

Share