GunayBank

GunayBank "Gunay Bank" main page Bank köçürmələrin bir hissəsi bu sistem vasitəsi ilə həyata keçirilir. iri bankların daxil olduğu geniş müxbir şəbəkəyə malikdir.

1992-ci ilin aprel ayının 30-da “Günay” Səhmdar kommersiya Bankına Bank əməliyyatlarının aparılması barədə 48 saylı Lisenziya verilmişdir.
“Günay” SKB səhmdarların 20 oktyabr 1992-ci il tarixli 5 saylı Protokolun qərarı ilə Bankın səhmdarları arasında dəyişiklik aparılır və yenidən Milli Bankda qeydiyyatdan keçmək məqsədi ilə 30.10.1992-ci il tarixdə MB-a müraciət olunur.
23 Noyabr 1992-ci il tari

xdə “Günay” SKB Milli Bankda bankların qeydiyyat kitabında 23 Nömrə ilə qeydiyyata alınmışdır. 1993-cü ilin 15 yanvar tarixində Banka xarici valyutada əməliyyatların aparılması üçün 5 saylı Lisenziya verilmişdir. Bundan başqa Bank 23 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində Səhmdar cəmiyyətlərin və məhdud məsuliyyətli cəmiyyətlərin Vahid reyestrinə 114-cü nömrə ilə daxil edilmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası Milli Bankı tərəfindən 23 noyabr 1992-cı il tarixdə verilmiş 23 saylı ümumi bank və 15 yanvar 1993-cı il tarixdə verilmiş 5 saylı хarici valyuta əməliyyatlarının aparılması üçün birləşmiş vahid lisenziya əsasında fəaliyyət göstərir. Bu Lisenziya 22.08.2002-ci il tarixdə elektron ödəniş vasitələri ilə (Lokal plastik kartlarla) əməliyyatların aparılması üzrə icazə, 03.03.2003-ci il tarixdə isə “Bank Qarantiyası” vermək icazələri əlavə olunmuşdur.
«Günay Bank» ATSC adını dəyişdirilməsi ilə əlaqədər 08.06.1999-cu ilin Lisenziyası əvəzinə Mərkəzi Bank tərəfindən 22.02.2010-cu il tarixdə yeni Lisenziya verilmişdir. Bank 2002-ci ildən etibarən beynəlxalq banklararası, elektron maliyyə hesablaşmalarını həyata keçirən “SWIFT” beynəlxalq cəmiyyəti ilə əməkdaşlıq edir. Bankda ölkədaxili hesablaşmalar əsasən XÖHKS və AZİPS sistemləri ilə aparılır. Bank Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Sənaye-Ticarət Palatasının üzvüdür.
“Günay Bank” ASC Avropa, MDB, Amerika və s. Bank əhalidən əmanətlər alır və kreditlər verir, ödənişləri köçürür, valyuta mübadiləsini aparır və kommersiya və pərakəndə müştərilərinə digər bank xidmətlərini göstərir. Bankın Şəki şəhərində - 1(bir) filialı var. Bankın hüquqi ünvanı : Azərbaycan Respublikası, Bakı şəhəri, Zərgərpalan küş.-5,mənzil-4/87. Bank və onun filiallında çalışan işçilərin ümumi sayı 39 nəfərdir. Bankın rəhbər işçiləri və mütəxəssisləri Qabaqçıl beynəlxalq kurslarda və daxili bank təcrübələrini təkmilləşdirmək məqsədi ilə müxtəlif kurslarda və seminarlarda iştirak edirlər.
31 dekabr 2010-cu il tarixə “Günay Bank” Açıq Səhmdar Cəmiyyətində bank hesablarına malik hüquqi şəxslərin sayı 287, fiziki şəxslərin sayı isə 2292-dur. Bankın əsas biznes fəaliyyəti lisenziyası əsasında hüquqi və fiziki şəxslərə bank xidmətləri göstərmək, hüquqi şəxslərdən müddətli və müddətsiz depozitlər cəlb etmək, müştərilərə kreditlər və zəmanətlər vermək, qiymətli kağızların və xarici valyutanın alqı-satqısını həyata keçirmək və banklar üçün qanunvericiliklə müəyyən edilmiş sair kommersiya fəaliyyəti göstərməkdən ibarətdir.

Ləğv prosesində olan “Günay Bank” ASC -ninkreditorlarının nəzərinə! Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasını...
24/05/2023

Ləğv prosesində olan “Günay Bank” ASC -nin
kreditorlarının nəzərinə!

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-3(103)-42/2023 nömrəli qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir.
"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının mediada ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
✓ kreditorun adı və ünvanı;
✓ tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
✓ tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Günay Bank” ASC – nin kreditorlarından xahiş olunur ki, 18 iyul 2023-cü il tarixədək kreditor tələblərinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
“Günay Bank” ASC – nin Baş ofisi
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45
Əlaqə: (+994) 941

Əmanətlərin Sığortalanmasi Fondu “Günay Bank” ASC-nın ləğvedicisi təyin edildi Azərbaycan Respublikası Mərkəzi Bankının ...
23/05/2023

Əmanətlərin Sığortalanmasi Fondu “Günay Bank” ASC-nın ləğvedicisi təyin edildi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən “Günay Bank” ASC-nın lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdu.

Bakı Apellyasiya Məhkəməsinin 18 may 2023-cü il tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır.

Bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu “Günay Bank” ASC-nın ləğvedicisi təyin edilmişdir.


📍 Əlaqə:
Ünvan: AZ1025 Azərbaycan, Bakı şəh. Babək pr. 16
Tel.: (+994) 941
Faks: (+994 12) 596 65 94
Elektron poçt: [email protected]

GunayBank-Sabahindan arxayın!📍Xidmətlərimiz yaxud Sizi maraqlandıran digər məqamlarla bağlı daha ətraflı məlumat almaq ü...
16/05/2023

GunayBank-Sabahindan arxayın!
📍Xidmətlərimiz yaxud Sizi maraqlandıran digər məqamlarla bağlı daha ətraflı məlumat almaq üçün, 📞1546 saylı telefona zəng vurub, Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
www.gunaybank.com
✅Baş ofis
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi 45 / AZ1072
📞1546

🇦🇿

GunayBank-Sabahınız Xeyir deyir!👋 🇦🇿          🇦🇿
16/05/2023

GunayBank-Sabahınız Xeyir deyir!👋
🇦🇿 🇦🇿

15/05/2023
GunayBank-hər birinizi salamlayır və Sizə uğurlu həftə arzu edir.👏 🇦🇿
15/05/2023

GunayBank-hər birinizi salamlayır və Sizə uğurlu həftə arzu edir.👏
🇦🇿

GunayBank-Cümə gününüz mübarək!
12/05/2023

GunayBank-Cümə gününüz mübarək!

Address

Aşıq Alı Küç. 45
Baku
AZ1072

Opening Hours

Monday 09:30 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when GunayBank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share