AXA MBASK Sığorta Agenti Adil Aslanov

AXA MBASK Sığorta Agenti Adil Aslanov Sığorta agenti

09/01/2015
09/01/2015

AXA MBASK “SIĞORTALI GƏLƏCƏK” UŞAQ RƏSM YARIŞMASININ BAŞLAMASINI ELAN EDİR


Hörmətli valideynlər! Əgər sizin uşaqlarınız rəsm çəkməyi və hədiyyələr almağı sevirsə, o zaman onlara AXA MBASK şirkətinin təşkil etdiyi “Sığortalı gələcək” adlı uşaq rəsm yarışmasında iştirak etməyi təklif edirik. Uşaq rəsmlərinin mövzusu: sığorta uşaqların gözü ilə.
Yarışmada 6 yaşdan 12 yaşınadək uşaqlar iştirak edə bilər. Rəsmlər А4 (albom vərəqi) və А3 (2А4) formatlarında istənilən texniki üslubda qəbul edilir.
Rəsmləri 10.12.2014. il tarixindən 25.01.2015 il tarixinədək iş vaxtında (istirahət günlərindən başqa) AXA MBASK sığorta şirkətinin Azure Biznes Mərkəsi, Nobel prospekti 15 ünvanına və ya elekktron poçtuna göndərə bilərsiniz: [email protected] (əgər rəsm yarışmada qalib gələrsə, onun əslini AXA MBASK SŞ-nin ofisinə təqdim etmək lazım olacaq).
Hər bir rəsm imzalanmalı (uşağın Soyadı və Adı – tam olaraq göstərilməklə), uşağın yaşı və əlaqə üçün telefon nömrəsi qeyd edilməlidir.
YARIŞMANIN KEÇİRİLMƏ REQLAMENTİ
Yarışmanın iştirakçıları mövzunu sərbəst olaraq (böyüklərin iştirakı olmadan) işləyirlər. Rəsmlərin yarışmaya qəbulu 10 dekabr 2014 ildən 25 yanvar 2015 ilə qədər həyata keçirilir.
26-27 yanvar 2015 il tarixində münsiflər heyəti (AXA MBASK SŞ-nin idarə heyətinin üzvləri) yarışmaya təqdim edilən rəsmlər arasından 6 rəsm işi seçəcək:
- 6-8 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi
- 8-12 yaşlı uşaqlar arasında 3 ən yaxşı rəsm işi
Birinci yerin sahiblərinə 300 AZN, ikinci yerin sahiblərinə 200 AZN və üçüncü yerin sahiblərinə 100 AZN mükafat veriləcəkdir. Qeyd etmək lazımdır ki, yarışmada əlavə mükafatların da təqdim edilməsi gözlənilir.
Ən yaxşı rəsm işlərinin seçilməsi zamanı əsas meyarlar bunlar olacaq: mövzunun açılması, kreativlik (yaradıcılıq qabiliyyəti) və rəsmin pozitivliyi.
Qaliblərin elan edilməsi və mükafatlandırılması 30 yanvar 2015 ildə şirkətin ofisində baş tutacaqdır.
Yarışma iştirakçılarının bütün işləri şirkətin korporativ saytında və AXA MBASK SŞ-nin baş ofisində yerləşdiriləcək.

AXA MBASK SIĞORTA SAHƏSİNİN LİDERİ SEÇİLDİNailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq  AXA MBASK Sığorta Şirkə...
09/01/2015

AXA MBASK SIĞORTA SAHƏSİNİN LİDERİ SEÇİLDİ

Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq AXA MBASK Sığorta Şirkəti, "Sığorta sahəsinin lideri" nominasiyasında Azeri Business Award-2014 milli mükafatına layiq görülüb.

“Azeri Business Award” Milli mükafatı Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub.

Azerı Busıness Award biznes sahəsində milli mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə, Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir. Mükafat yerli biznesin inkişafındakı ən mühüm tendensiyaları əks etdirir.

Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir.

Təqdimat mərasimində mükafatı qəbul edən AXA MBASK SŞ İdarə Heyəti Sədri Yavuz Ölken bu etimada görə təşəkkürünü bildirdi.

O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

Qlobal Sığorta Qrupunun üzvü olan AXA MBASK Sığorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlamışdır.

Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılmışdır.

Qeyd etmək lazımdır ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı yeddinci mükafatdır. Belə ki, adı çəkilən mükafatdan əlavə, AXA MBASK Caspian Energy Integration Award-2014 “Keyfiyyətli xidmətə görə ilin şirkəti” və Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynalxalq mükafatları almışdır. Həmçinin, şirkət, “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013), “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və “İlin Sığorta Şirkəti” (2012) nominasiyasıyalarda UĞUR milli mükafatına layiq görülmüşdür.

Address

Səbail R-nu, İçəri şəhər, Asəf Zeynallı 11/1
Baku

Alerts

Be the first to know and let us send you an email when AXA MBASK Sığorta Agenti Adil Aslanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AXA MBASK Sığorta Agenti Adil Aslanov:

Share