REC-İNVEST - Qiymətləndirmə Şirkəti

REC-İNVEST - Qiymətləndirmə Şirkəti Telefon: (+994 012) 510-81-96

“REC-İNVEST” MMC 2002-ci ildə dövlət qeydiyyatından keçərək qiymətləndirmə şirkəti kimi fəlaiyyət göstərməkdədir.

“REC-İNVEST” MMC hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun

olaraq müxtəlif əmlak növlərinin qiymətləndirilməsi xidmətini göstərir. "REC-İNVEST" MMC fəaliyyətə başladığı müddətdən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, 2004-cü ildən isə “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin üzvüdür. Fəaliyyəti müddətində Şirkət bir çox yerli və xarici tədbirlərdə iştirak etmiş, beynəlxalq şirkətlərlə əlaqələr yaratmışdır.

- 2006-cı ildən Azərbaycan Respublikası Milli Bankı nəzdində yaradılmış Azərbaycan İpoteka Fondunun müvəkkil qiymətləndirici şirkətlərindən biridir.

- Həmçinin Respublika üzrə Dövlət Ehtiyacları üçün əmlakın geri alınması məqsədilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində keçirilən müsabiqənin nəticəsinə görə şirkətin 2 əməkdaşı qiymətləndirmə komissiyasının tərkibinə düşmək hüququ qazanmışdır.

- Ölkə daxilində çap məlumat mənbələrində və Beynəlxalq internet resurslarında qiymətləndirmə fəaliyyəti üzrə tanınmış Şirkət olduğu barədə informasiyalar verilmişdir.

İPOTEKA KREDITLƏRI HANSI BANKLARDA TƏKLIF EDILIR? İpoteka kreditləri istehlak məqsədi ilə verilən kreditlər qrupuna aidd...
31/10/2018

İPOTEKA KREDITLƏRI HANSI BANKLARDA TƏKLIF EDILIR?

İpoteka kreditləri istehlak məqsədi ilə verilən kreditlər qrupuna aiddir. Kreditin təyinatı mənzilin və ya digər fərdi yaşayış evinin alınmasıdır. Bu kredit növü uzunmüddətli olmaqla yanaşı illik faiz dərəcəsinin aşağı olması ilə seçilir. Belə ki, əksər istehlak kreditlərində illik faiz dərəcəsi 20 – 29% arası dəyişsə də İpoteka kreditlərində bu göstərici kredit götürən şəxsin social statusundan asılı olaraq 4% – 8% arasında dəyişir.Kreditin müddəti isə 30 ilədək ola bilir.

Dövlət İpoteka və Zəmanət fondunun banklara ayırdığı vəsaitlər hesabına rəsmiləşdirən İpoteka kreditləri “güzəştli” və “adi” ipoteka olmaqla 2 yerə ayrılır. “Güzəştli” ipoteka – şəhid ailələri və milli qəhrəman ailələrinin üzvlərinə, elmi dərəcəsi olanlara, dövlət qulluqçularına və ya dövlət hökümət qarşısında xüsusi xidmətlərinə görə fərqlənən gənc ailələrə verilir. “Güzəştli” ipotekanın “adi” ipotekadan fərqi kredit müddətinin 5 ilədək çox olması (30 il) və illik faiz dərəcəsinin 4% olmasıdır. Çox az qrup bir müştəriyə təklif edilə bildiyi üçün biz bugünkü araşdırmamızda bu mövzuya toxunmayacağıq. Təxminən 1 – 2 il öncə İpoteka kreditlərinin ən geniş yayılan növü olan standart və ya adi ipoteka şərtləri üzrə standart şərtlər mövcud idi. Belə ki, kreditin maksimal müddəti 25 il, illik faiz dərəcəsi isə 8% müəyyən edilirdi. Digər şərtlərdə (ilkin ödəniş və bank xərci) cüzi fərqlər olsa da bu çox da nəzərə çarpmırdı.

Lakin son dövrlərdə bank sistemində baş vermiş canlanma və rəqabətin kəskinləşməsi bu kredit məhsulu üzrə də şərtlərdə fərqliliyə gətirib çıxardı. Banklar illik faiz dərəcəsində, ilkin ödəniş məbləğində və digər şərtlərdə loyallıq nümayiş etdirməyə başladılar. Monitorinq qrupumuz bu məhsul üzrə cari şərtlərin oxucular üçün maraqlı olduğunu düşünərək ipoteka krediti verən Banklar və onların şərtlərini təhlil edib. Aşağıdakı cədvəldə müvafiq şərtlərlə tanış ola bilərsiniz.

Bank
İlkin ödəniş məbləği, %-lə İllik faiz dərəcəsi Bank xərcləri
Azər – Türk Bank 30% 7% 0.1%
Bank Avrasiya 15% 7.5% 0.1%
Bank BTB 20% 7% 0.1% + 5 AZN
Bank Respublika 25% 8% 0.1%
Bank VTB 20% 7% 0.1%
ExpressBank
Evin dəyəri :70 000 AZN-dək – 20%
70 000 AZN-dən çox – 25% 7% 0.1%
Günaybank 20% 7% 0.1%
Kapitalbank 30% 8%
Nəzərdə tutulmayıb
NBC Bank 15% 7% 0.1%
Nikoil Bank Seçim 1 15% 8% 0.1%
Seçim 2 20% 7% 0.1%
Rabitə
Maaş 1000 AZN-dən çox olduqda – 15%
Maaş 1000 AZN-dən az olduqda – 20% 7% 0.1%
TuranBank 30% 7% 0.1%
Unibank 20% 8% 0.1%
Xalqbank 30% 7% 0.1%
Yapikredibank 20% 8% 0.1%


Qeydlər:

Kreditin maksimal müddəti 25 il (300 ay), maksimal məbləği isə 150 000 AZN təşkil edir.
Bank xərcləri sütununda qeyd olunan komissiyadan əlavə kredit əldə edən hər bir müştəri tərəfindən, notarius və əmlakın qiymətləndirməsi xərcləri, həmçinin əmlak sığortası və həyat sığortası komissiyaları ödənilməlidir. Müvafiq komissiyalar bankların əməkdaşlıq etdiyi şirkətlər tərəfindən tətbiq edildiyi üçün yalnız banka rəsmi müraciət etdikdə məlumat verilir.

Mənzillərin güzəştli satışına başlanılırşNövbəti həftə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşa...
27/08/2018

Mənzillərin güzəştli satışına başlanılırş

Növbəti həftə Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışına başlanacaq.

Mənzillərin satışı 5 sentyabr 2018-ci il, saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il saat 11:00-dək davam edəcək.

Satışa 324 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş bazar qiymətindən aşağı müəyyən olunub.

Beləliklə, bir otaqlı mənzillərin qiyməti 29 min 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 min 282 manatdan, üç otaqlı mənzillərin qiyməti 65 min 626 manatdan başlayır.

Qeyd edək ki, mənzillərin satış qiymətinə əlavə dəyər vergisi daxildir. Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda ödəniş proseduru da açıqlanıb.

Mənzil 10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda bir otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, iki otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, üç otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat olacaq.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı bir otaqlı mənzillər üçün 26 min 932 manatdan, iki otaqlı mənzillər üçün 42 min 554 manatdan, üç otaqlı mənzillər üçün 59 min 63 manatdan başlayır.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində 1, 2, 3 və 4 saylı binalarda yerləşən ilk 260 mənzilin satışına 7 may 2018-ci il tarixində başlanılsa da, bunu həyata keçirmək mümkün olmamışdı.

Belə ki, bəzi vətəndaşların elektron imzadan istifadədə texniki çətinliklərlə üzləşməsi nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan əksər şəxslərin sistemə daxil olmasında problemlər yaşanmışdı.

Bankların əmlakları sentyabrdan hərraca çıxarılacaq.Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Ə...
27/08/2018

Bankların əmlakları sentyabrdan hərraca çıxarılacaq.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bankların əmlaklarının satışını davam etdirir.

Əmlakların satışı üzrə hərraclar sentyabrın 3-ü, 10-u, 17-si və 25-də keçiriləcək.

Hərracda QSC “Bank Standard” KB, “Texnikabank” ASC, “Kredobank” ASC, “Bank of Azərbaycan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Zaminbank” ASC, “Atrabank” ASC, “Royalbank” ASC və “Dəmirbank” ASC-nin balansındakı daşınar və daşınmaz əmlaklar 58 lot üzrə satışa çıxarılacaq.

Qeyd edək ki, 32 lot üzrə əmlak birinci dəfə, üç lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca təqdim edilir.

3 sentyabr 2018-ci ildə keçiriləcək hərracda iki ədəd bankomat, iki ədəd generator, doqquz ədəd inkasator maşını, bir ədəd qeyri-yaşayış sahəsi, bir ədəd minik avtomobili, altı lot üzrə kompüter və rabitə avadanlığı, bir lot üzrə mebel və texniki avadanlıq, bir lot üzrə 60 ədəd POS-terminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, iki lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satılacaq.

28/02/2018
Bu gün REC-İNVEST MMC Qiymətləndirmə şirkəti 16 yaşını qeyd edir. 16 ildir fəaliyyət göstərən bu şirkət bu illər ərzində...
28/02/2018

Bu gün REC-İNVEST MMC Qiymətləndirmə şirkəti 16 yaşını qeyd edir. 16 ildir fəaliyyət göstərən bu şirkət bu illər ərzində bir çox uğurlar qazanıb. Bütün bu uğurlara imza atan REC-İNVEST MMC-nin direktoru Əsədov Elnur Yavər oğlunu şirkət kollektivi adından təbrik edirik. Yeni-yeni nəaliyyətlər və uğurlar qazanmaq diləyiylə..

Bölgələrdə uşaq bağçalarının tikintisinə 19,5 milyon manat ayrılıbAzərbaycan prezidenti İlham Əliyev regionlarda uşaq ba...
13/02/2018

Bölgələrdə uşaq bağçalarının tikintisinə 19,5 milyon manat ayrılıb
Azərbaycan prezidenti İlham Əliyev regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, əhalisi 306 mindən çox olan 15 şəhər və rayonda ümumilikdə 1230 yerlik 15 uşaq bağçasının tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.43.7-ci yarımbəndində göstərilmiş məbləğin 19 577 000 manatı Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bu gün “REC-İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti öz ad gününü, 15 yaşını qeyd edir. Respublikanın ilk qiymətləndirmə şi...
28/02/2017

Bu gün “REC-İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti öz ad gününü, 15 yaşını qeyd edir. Respublikanın ilk qiymətləndirmə şirkətlərindən olan “REC-İNVEST” MMC 2002-ci ilin bu günü öz fəaliyyətinə uğurla başladı. Və bu uğurların davamı olaraq ölkənin dinamik inkişafında əhəmiyyətli rolu olan layihələrin müvəffəqiyyətlə sona çatdırılmasında, müvafiq sahə üzrə peşəkar ekspertlərin yetişdirilməsində məhz bu şirkətin əməyi olduğunu desək yanılmarıq. Ad günün mübarək “REC-İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti!!!

Address

Binqədi Rayonu, Nizami Nərimanov Küçəsi, 99
Baku
1073

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 15:00

Telephone

+994552315141

Alerts

Be the first to know and let us send you an email when REC-İNVEST - Qiymətləndirmə Şirkəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to REC-İNVEST - Qiymətləndirmə Şirkəti:

Share