Business Club

Business Club " Business Consulting " will assist entering or expanding into markets.

Break-even pointBreak-even (or break even) is the point of balance making neither a profit nor a loss. The term originat...
28/06/2016

Break-even point

Break-even (or break even) is the point of balance making neither a profit nor a loss. The term originates in finance, but the concept has been applied widely since.
The accounting method of calculating break-even point does not include cost of working capital. The financial method of calculating break-even, called value added break-even analysis, is used to assess the feasibility of a project. This method not only accounts for all costs, it also includes the opportunity costs of the capital required to develop a project.[3]

27/03/2016

Do you have any startup idea?

How Old These 21 Entrepreneur Superstars Were When They Made Their First Million and First Billion (Interactive Infograp...
20/03/2016

How Old These 21 Entrepreneur Superstars Were When They Made Their First Million and First Billion (Interactive Infographic)

http://www.entrepreneur.com/article/270448

Mark Zuckerberg was a millionaire by the time he was 22, but George Soros didn't make his first million until he was 47.

Dear All,Believe yourself. You can do it.you can start...How to start a small business...http://www.entrepreneur.com/art...
24/10/2015

Dear All,

Believe yourself. You can do it.you can start...

How to start a small business...

http://www.entrepreneur.com/article/246400

Looking on how to start a small business but don't have much money? Our low cost startup ideas will help you find a business to fit your budget.

Dear users. You are our development department. I would like present to you two business stories about Dominos Pizza and...
24/10/2015

Dear users. You are our development department. I would like present to you two business stories about Dominos Pizza and Fedex.

Create your business life with us

24/10/2015

Dear users ,

I would like to appreciate you for everything. Our business page will be developed.
Kindly ask you share our page and help us for development.

24/10/2015

SALES TAX

A sales tax is a tax paid to a governing body for the sales of certain goods and services. Usually laws allow (or require) the seller to collect funds for the tax from the consumer at the point of purchase. When a tax on goods or services is paid to a governing body directly by a consumer, it is usually called a use tax. Often laws provide for the exemption of certain goods or services from sales and use tax.

Management...
10/09/2015

Management...

04/06/2015

Son illər ölkədə hüquqi şəxslərin sayı sürətlə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il qeydiyyatdan keçən 5417 hüquqi şəxsin 154-ü dövlət mülkiyyətinə, 4653-ü xüsusi mülkiyyətə aid olub. Hüquqi şəxslərdən 483-ü tam xarici investisiyalı, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aiddir. Yeni yaradılan hər beş müəssisədən üçü Bakıda, 12,7 faizi Aran, 7,2 faizi Abşeron və 5,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Maraqlıdır, görəsən, Azərbaycanda firma, şirkət yaratmaq istəyən hüquqi və ya fiziki şəxslər hansı hüquqi prosedurları şəyata keçirməlidirlər? Bunun üçün tələb olunan sənədlər nədər ibarətdir? Aidiyyəti qurumlar kommersiya təşkilatı yaratmaq istəyən hüquqi və ya fiziki şəxsləri qeydiyyata almaqdan imtina edə bilər?
Məsələ ilə bağlı fikirlərini bölüşən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki, bu gün Azərbaycanda hüquqi şəxs statusu əldə etmək üçün 2 quruma müraciət etmək lazımdır.

Qeydiyyat sistemi elektronlaşdırılıb

Onun sözlərinə görə, qeyri-kommersiya təşkilatı, yəni QHT yaratmaq niyyətində olanlar Ədliyyə, kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyənlər isə Vergilər Nazirliyinə müraciət etməlidirlər: «Bu gün kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyən istənilən hüquqi şəxs 3 gün müddətində qeydiyyata alına bilir. Bundan sonrakı digər addımlar, tutaq ki, bank hesabının açılması və s. məsələlər ümumilikdə təqribən 5-6 gün çəkir. Onu da deyim ki, hazırda Vergilər Nazirliyi tərəfindən qeydiyyat sistemi elektronlaşdırılıb. Yəni, istənilən şəxs elektron qaydada öz müəssisəsini, firmasını qeydiyyatdan keçirə bilər. Tutaq ki, həm fiziki, həm də hüquqi şəxs kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyirsə, bununla bağlı elektron qaydada Vergilər Nazirliyinə müraciət etmək imkanına malikdir».
Ekspert habelə vurğulayıb ki, əgər kommersiya təşkilatı yaratmaq istəyən hüquqi və ya fiziki şəxslərin sənədləri qaydasında olmazsa, həmin sənədlərin nöqsanlı olması əsaslandırılmaq şərtilə avtomatik şəkildə geri qaytarılır. O, həmçinin bildirib ki, əgər qeydiyyat üçün müraciət edən şəxsin yaradacağı təşkilat qanunla qadağan olunmuş fəaliyyət növü ilə məşğul olmağı nəzərdə tutarsa, aidiyyəti qurum həmin təşkilatı qeydiyyatda almaqdan imtina edə bilər.

Sənədlərdə hansısa problem olarsa…

Məsələyə münasibət açıqlayan hüquqşünas Namizəd Səfərov da bildirib ki, hazırda Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslərin qeydiyyat prosedurları asanlaşdırılıb. Onun sözlərinə görə, bununla bağlı Vergilər Nazirliyinin müvafiq strukturları müraciət edən şəxsləri ətraflı şəkildə məlumatlandırırlar: «Əvvəlcə qeyd edim ki, firma və ya şirkəti həm tək, həm də digər təsisçilərlə bərabər yaratmaq olar. Bunun üçün yaradılacaq firmanın nizamnaməsi, təsisçilərin yığıncağının protokolu, hüquqi ünvanını Vergilər Nazirliyinin «vahid pəncərə» sisteminə təqdim etmək lazımdır. Qeydiyyat prosedurları maksimum 10-15 gün ərzində yekunlaşır. Amma sənədlərdə hansısa problem olarsa, bu müddət uzana bilər. Tutaq ki, bu yaxınlarda mənə firma açmaq üçün bir yaxınlaşmışdı. Lakin onun sənədlərində müəyyən çatışmazlıq olduğundan qeydiyyata almadılar. Çatışmazlıq isə ondan ibarət idi ki, müraciət edən şəxsin açacağı firmanın hüquqi ünvanı yox idi. Təbii ki, bu kimi nöqsanlar ortaya çıxanda Vergilər Nazirliyinin əməkdaşları müraciət edən şəxsi məsələ ilə bağlı məlumatlandıraraq nöqsanların aradan qaldırılmasını tövsiyyə edirlər. Sözsüz ki, bunun üçün şəxsi mülkiyyətdə olan birinin qeydiyyat vəsiqəsi və onun razılığı olan sənəd təqdim olunmalıdır. Yəni, obyekt kimin mülkiyyətindədirsə, həmin şəxs yeni firmanın hüquqi ünvanının onun mülkündə yerləşməsinə etiraz etmədiyi barədə rəsmi razılıq sənədi imzalamalı və bu sənəd aidiyyəti üzrə təqdim olunmalıdır. Yaxud da indi şəhərin mərkəzində çoxlu hündürmərtəbəli binalar tikilərək birinci mərtəbələri icarəyə verilir. Firma açmaq istəyən şəxs həmin ofisin icarədarları ilə müqavilə bağlayaraq icarəyə götürdüyü obyektin yerləşdiyi məkanı hüquqi ünvan kimi göstərə bilər».

Elektron dövlət qeydiyyatı adi və ya sürətli qaydada həyata keçirilir

Vergilər Nazirliyinin «195» nömrəli Məlumat Mərkəzindən isə suallarımıza cavab olaraq bildiriblər ki, ölkə prezidentinin müvafiq fərmanına uyğun olaraq 1 yanvar 2008-ci il tarixdən Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektlərinin (kommersiya hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin) dövlət qeydiyyatı vahid qeydiyyat orqanı prinsipi ilə 3 gün müddətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.
Məlumat Mərkəzindən habelə deyilib ki, yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün qeydiyyatı aparan müvafiq vergi orqanına forması və doldurulma qaydası Vergilər Nazirliyi tərəfindən müəyyən edilən “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”si ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Ərizəyə eyni zamanda, hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə, hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar,“kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər barədə əlavəsi, qurumun təsisçiləri həm hüquqi şəxs, həm də fiziki şəxs olduqda ayrı-ayrılıqda hər iki əlavə forması doldurulur. Bundan başqa təsisçi fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə olunur. Əgər dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə onun üzvləri barədə məlumatlar “kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunur. Müşahidə şurası üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətləri də ərizəyə əlavə edilir.
Məlumat Mərkəzindən təqdim olunan sənədlər sırasında təsisçilər tərəfindən icraedici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surətinin, habelə qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surətinin olmasını vacib sayıblar.
Bundan başqa kommersiya təşkilatı qeydiyyatdan keçirmək istəyən şəxs qurumun hüquqi ünvanını, məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti yaradıldıqda nizamnamə kapitalının ödənilməsini, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədləri, hüquqi şəxs statusu almaq istəyən qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat “kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunmalıdır.
Ərizə təsisçinin və ya təsisçilərin müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunmalıdır.
Məlumat Mərkəzindən o da bildirilib ki, qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir. Bundan başqa Mərkəzdən deyilib ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı adi (yəni 3 gündən gec olmayaraq) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Vergilər Nazirliyinin “İnternet vergi idarəsi”ndə yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir. Digər tərəfdən«Dövlət rüsumu haqqında» qanunun 20-ci maddəsinə əsasən,qeydiyyat zamanı dövlət büdcəsinə müəyyən məbləğdə dövlət rüsumu ödənilməlidir. Bunun üçün banklar, birjalar, sığortaçılar, sığorta birlik və brokerləri, xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları - 220 manat, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər - 3 manat, digər hüquqi şəxslər - 11 manat, hüquqi şəxslərin yenidən qeydiyyatı üçün isə müvafiq rusumların 50 faizi dəyərində ödəniş edilməlidir.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

29/05/2015

Bir dəfə bir satış meneceri işə düzəlmək üçün bir şirkətə müraciət edir. Direktorla görüş zamanı ona çox da yüksək olmayan əmək haqqı təklif edilir. Lakin satış meneceri təslim olmur. Müsahibə uzun müddət davam etsə də, menecer sonda direktoru nəinki yüksək əmək haqqı barədə, həmçinin faizlər, bonus, idman zalı, mobil əlaqə, nahar, sığorta, vəzifə artımı, məzuniyyət, ezamiyyət, xidmət avtomobili və s. barədə razılığa gətirə bilir. Belə ki, direktor təslim olur və bütün şərtləri qəbul edir. Satış meneceri nə istəyirsə əldə edir.

Menecer işə başlayır və ilk iş ayında satışları iki dəfə, sonra üç dəfə, daha sonra on dəfəyə qədər artırır. Daha sonra isə mebel və ofis ləvazimatları da daxil olmaqla bütün şirkəti satır. Müştəri bazasını rəqib şirkətlərə, müdirin özünü isə vergi orqanlarına satır.

Çünki o işini yaxşı bilən “Ən yaxşı satış meneceri” idi…

Banker.az

investisiya layihələri → MMC qeydiyyatıƏgər biznesmen öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirə bilirsə, şirk...
29/05/2015

investisiya layihələri → MMC qeydiyyatı
Əgər biznesmen öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirə bilirsə, şirkət onun nəyinə gərəkdir və buradan o, nə mənfəət əldə edir? İlk baxışdan, bu sualın cavabı aydındır və hüquqi şəxsin yaradılmasında tələbat aktual deyil. Amma sizi məhdud məsuliyyətli cəmiyyət (MMC) və ya səhmdar cəmiyyət (SC) yaratmağa sövq edə biləcək iki əhəmiyyətli səbəb var.

Qeydiyyatın zəruriliyinin ilk səbəbi - sizin daşınar və daşınmaz əmlakınızın mülkiyyət iddialarından qorumaqdır. Şəxsi şirkətin qeydiyyatı, dövlətin və ya üçüncü şəxslərin iddialarından müdafiə və ya sığorta növüdür. Fərz edək ki, siz hüquqi şəxs yaratmadan bizneslə məşğul olursunuz. Kreditorlar sizin bütün daşınar və daşınmaz əmlakınıza (avtomobilinizə, mənzilinizə, torpaq sahənizə) cərimə tətbiq edə bilər.

Firmanın qeydiyyatının zəruriliyinin ikinci səbəbi ƏDV ödənişi ilə bağlıdır. Bəzi hallarda sizdən bu verginin ödəyicisi olmaq və ƏDV məbləği göstərilməklə, qaimələri təqdim etmək hüququna malik olmaq tələb ediləcək. Məsələn, ƏDV ödəyiciləri ilə işləməkdən mənfəət əldə edən iri korporasiyalara mal satarkən və ya xidmət göstərərkən bu cür məsələ meydana çıxa bilər.

Hüquqi şəxsin yaradılması
Bütün dünyada olduğu kimi, Azərbaycanda da hüquqi şəxsin ən çox yayılmış formalarından biri məhdud məsuliyyətli cəmiyyətdir.

Cəmiyyətin iştirakçıları (təsisçiləri) cəmiyyətin, cəmiyyət isə iştirakçıların (təsisçilərin) öhdəliklərinə görə məsuliyyət daşımır. MMC-nin hər bir üzvü yalnız malik olduğu pay həddində məsuliyyət daşıyır. Başqa sözlə, əgər iştirakçı nizamnamə kapitalına 100 manat yatırıbsa, onun məsuliyyəti də məhz bu məbləğlə məhdudlaşır.

MMC-ni kim təsis edə bilər və iştirakçıların sayına məhdudiyyət qoyulurmu? Azərbaycan Respublikası Mülki məcəlləsinin (sonradan “MM” adlanacaq) 87-ci maddəsinə əsasən, heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Cəmiyyətin bir və ya bir neçə təsisçisi ola bilər. Təsisçilər həm fiziki, həm də hüquqi şəxslər ola bilər.

Hal-hazırda minimum nizamnamə kapitalına da heç bir məhdudiyyət qoyulmur. MM-nin 90.1-ci maddəsinə əsasən, nizamnamə kapitalının həcmi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoyulmuş məbləğdən az ola bilməz.

MM-nin 10 il bundan əvvəl qüvvəyə minməsinə baxmayaraq, müvafiq icra hakimiyyəti orqanı (indiki halda bu, Nazirlər kabinetidir) hələ də bu minimumu təyin etməyib. Analoji hədd cəmiyyətin təsisçilərin sayına da təyin edilməli olsa da, müvafiq sənəd indiyədək qəbul edilməyib.

Eyni zamanda, qeyd edək ki, Avropanın bir çox ölkələrində MMC-nin nizamnamə kapitalının minimal məbləği 10 000 avrodan az ola bilməz.

Qeydiyyat üçün zəruri sənədlər
Vergilər nazirliyində MMC-nin dövlət qeydiyyatından keçirilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Hüquqi şəxsin qeydiyyatı haqqında ərizə. Bu ərizə təsisçi (əgər bi neçə təsisçi varsa, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada təyin etdiyi səlahiyyətli şəxs tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənir. Ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:

əgər təsisçi(lər) fiziki şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, soyad(lar)ı, ata ad(lar)ı, yaşayış yeri, şəxsiyyəti təsdiq edən sənədin nömrəsi və verildiyi tarix;
əgər təsisçi(lər) hüquqi şəxs(lər)dirsə, o halda onun (onların) ad(lar)ı, yerləşdiyi yer və qeydiyyat nömrəsi.
2. Cəmiyyətin nizamnaməsi. Bu sənəddə cəmiyyət iştirakçılarının adları və soyadları, nizamnamə kapitalının həcmi, hər bir iştirakçının payı (əgər təsisçilər bir neçə hüquqi şəxsdirsə), idarəetmə orqanları haqqında məlumatlar, ödənişlərin həyata keçirilməsində yol verilən pozuntulara görə nəzərdə tutulmuş məsuliyyət öz əksini tapmalıdır.Cəmiyyətin nizamnaməsində, həmçinin, nizamnamə kapitalındakı payın başqa şəxsə ötürülməsi qaydası da əks olunmalıdır. MM-nin 93.2-ci maddəsinə əsasən, əgər nizamnamədə başqa müddəa nəzərdə tutulmayıbsa, iştirakçının öz payını (və ya onun bir hissəsini) özgəninkiləşdirməsinə yol verilir. Beləliklə, adi halda cəmiyyətin istənilən iştirakçısı öz payını başqa bir şəxsə sata və ya ötürə bilər. Amma əgər bu sizə sərf etmirsə, siz nizamnamədə başqa müddəa qeyd edə və payın (onun bir hissəsinin) başqa şəxslərə satışını qadağan edə bilərsiniz. MMC-nin təqribi nizamnaməsi ilə bizim resursumuzda, yaxud Vergilər nazirliyinin saytında (www.taxes.gov.az) tanış ola bilərsiniz. Həmçinin, qeyd etmək lazımdır ki, nizamnamə təsisçi(lər) tərəfindən imzalanaraq notarial qaydada təsdiqlənməlidir.

3. Məhdud məsuliyyətli cəmiyyətin təsis olunması haqqında qərar (bəzən bu, “təsis müqaviləsi” də adlandırılır). Qərarda təsisçinin hüquqi şəxs statusu almaq istəyən strukturu təsis etmək niyyəti, yenidən təşkil və şirkəti tərk etmə şərtləri göstərilir. Bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır.

4. Qeydiyyat rüsumunun ödənilməsi haqqında sənəd. Hal-hazırda bu rüsum 11 manatdır. Qeyd edək ki, dövlət qeydiyyatı 3 gün ərzində həyata keçirilməlidir.

Beləliklə, MMC-nin təsis edilməsinin əsas üstünlükləri aşağıdakılardır:

təsisçinin əmlakını mülkiyyət iddialarından qorumaq və ƏDV ödəyicisi olmaqla, iri şirkətlərə xidmətlər və mallar təklif etmək imkanı var;
11 manat məbləğində dövlət rüsumundan və təsis sənədlərinin və ərizələrin qeydiyyatı ilə əlaqədar notarial xidmətlərə təxminən 10 manat məbləğində çəkilənxərclərdən ibarət olan qeydiyyat xərcləri böyük deyil;
minimum nizamnamə kapitalına və iştirakçıların (təsisçilərin) sayına məhdudiyyət qoyulmur;
Mənbə: Məhdud məsuliyyətli cəmiyyətin qeydiyyatı: zəruri sənədlər, üstünlüklər və xüsusiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi

29/05/2015

Təbii ki, hər bir insan heç olmasa həyatda bir dəfə öz biznesini açmaq haqda düşünür və əlbətdəki bunlardan yalnız bir qismi realda bunu edir. Forbes jurnalının dəstəyi ilə aparılan son araşdırmalara görə yer üzərində işləmə qabiliyyəti olan əhalinin 94% öz biznesinin açılması barədə düşünsədə, realda onların yalnız 6% bu işi həyata keçirir. Maraqlı məqam burasındadır ki, yeni açılan bizneslərin cəmi 15% rentabelli olur və 5 ildən çox fəaliyyət göstərir.
Bəs nədir uğurlu biznesin sirri?! Necə olur ki, kimlərsə öz biznesini quraraq milyonlara sahib olur, kimlərsə böyük maddi (həmçinin mənəvi) ziyanla bu işdən yan keçirlər. Uğurlu biznes üçün hansı kriteriyalar olmalıdır?
Bu kreteriyalar haqda söhbət açmazdan əvvəl qeyd etmək lazımdır ki, heçdə hemeşə yeni bizneslər yüksək mənfəət əldə etmək üçün həyata keçirilmir. Ümumilikdə yeni biznes açılışında sahibkarların (gələcək sahibkarların) 3 bir-birindən tam fərqli məqsədləri ola bilər: pul qazanmaq, ürəyi istədiyi (və ya xəyal qurduğu) işi qurmaq və ya biznesi yaradıb digər bir investora satmaq. Konkrət məqalə çərçivəsində mən yalnız pul qazanmaq üçün açılan bizneslərdən söhbət açacam.
İş təcrübəmdə baş verən hadisələr və bu istiqamətdə olan müşahidələrimə görə hesab edirəm ki, uğurlu biznesləri digərlərindən fərqləndirən 3 əsas faktor mövcuddür. Bu faktorların cəmini mən “uğur üçbucağı” adlandırıram. Bu amilləri nəzərdən keçirək.
Amil № 1 – Məhsul. Məhsul dediyimiz zaman biz p**a ekvivalent dəyəri olan maddi və ya qeyri-maddi istənilən bir şeyi nəzərdə tuturuq. Başqa sözlə desək məhsul mebeldən tutmuş, ta gəlinlik paltarı seçiminə konsaltinq xidmətlərinə qədər hər şey ola bilər. İstənilən biznesin mövcud olması üçün sahibkar mütləq düşündüyü ilk şey təklif edəcəyi məhsul olmalıdır. Çox sadə görünsədə iş təcrübəmdə çoxsaylı yeni layihələr məhz, təklif ediləcək məhsulun olmadığına görə sahibkar üçün böyük ziyanla başa çatıb. Həmçinin beynalxalq şirkətlərin təcrübəsinə baxsaq: Apple, Google, Blackberry və s. kimi brendlər məhz uğurlu məhsul hesabına lider mövqeydedirlər.
Amil № 2 – Bazar. Bazar dediyimiz zaman biz təklif edəcəyimiz məhsula olan tələbi başa düşürük. Ən gözəl məhsul belə təlabat olmadan məhv ola bilər. Eyni zamanda biznes açılan zaman məhsul təklif etdiyinizin bazarın tutumu, onun inkişaf tendensiyalarını düzgün hesablamaq çox vacibdir. Yerli biznesə baxdığımız zaman Bizim Market, Romantic kimi mağazalar şəbəkələrinin təcrübəsi göstərir ki, biznesdə bazarın seçimi son derəcə vacibdir. Düzgün seçilən bazar biznesin inkişafına böyük təkan verə bilər, həmçinində əksinə. Bazar inkişaf etdikdə istehlakçılar bir növ özləri, malın satışını təşviq edirlər. Yeni bizneslər üzrə məhşur ekspert M. Kraynovun fikrincə: bazarın inkişaf etməməsi və ya bazar haqqında fikirlərin səhv olması yeni bizneslərin uğursuzluğunun başlıca səbəblərindəndir.
Amil № 3 – Resurs. Çox zaman yeni biznes haqqında düşünən adamlar yeni iş qurmaqda əsas maneyə kimi məhz bu amili görürlər. Bu amili sıralama üzrə 3-cü yerə qoymağım heçdə təsadüfi deyil. Uğurlu biznes üçün əlbətdəki resurs lazımdır, lakin yuxarıda olan 1 və 2 amillər olduqda gələcək sahibkar resurs məsələsinə həll etməsi daha asand görünür. Uğurli biznesdə resurs dediyimiz zaman biz insan resursları (komanda) ilə maddi resursların cəmini başa düşürük. 2010-cu ildə AC Nielsen araşdırma şirkətinin Rusiya, Ukrayna daxil olmaqla 10-an çox inkişafda olan ölkədə apardığı araşdırmalara görə sahibkarların qarşısında duran əsas problem kvalifikasiyalı kadrların yoxluğudur. Təbii ki, bu amil özünü Azərbaycandada göstərir.
Ümumilikdə yeni bizneslər üçün maddi resursların tapılması üçün inkişaf etmiş ölkələrdə çoxsaylı xüsusi fondlar mövcuddur. Bu fondların köməyi ilə hazırlanan biznes-planlar əsasında gələcək sahibkar asanlıqla maliyyə dəstəyi qazana bilir. Təəsuf ki, eyni məsələ respublikamızda hələki belə yüksək səviyyədə deyildir, lakin bütün hallarda müəllif hesab edir ki, maliyyə resursları düzgün biznesin qurulması üçün ən asand nail olunula biləcək faktordur.
Yeni bizneslərdə problemli əsas məsələlərdən biridə biznesi apara biləcək adamların mövcudluğudur. Ən uğurlu məhsul, inkişaf edən dinamik bazarda olsa belə prosesi düzgün və peşəkar səviyyədə aparacaq, idarəedəcək adamlar lazımdır. Yeni biznes açdıqda təbii ki, bu mütəxəsislərə yüksək əmək haqqı vermək üçün maliyyə resursları az olur (bəzən heç olmur) və sahibkar məcburən peşəkar kadrı özü yetişdirmək haqda düşünür. Məhz bu baxımdan xarici ekspertlər ilkin biznesin açılışı zamanı tək olaraq deyil, biri-birinizi tamamlayacaq partnyorlarlarla açılmasını daha düzgün hesab edirlər.
Belələliklə uğurlu biznesin yaratmaq üçün üçbucağın hər bir bucağı: məhsul, bazar və resurs öz yerində olmalıdır. Əziz oxucu əgər Sizdə bu belədirsə, mencə heç gözləmədən öz biznesinizi başlayın.
Hər birinizə şəxsi biznesinizdə uğurlar arzusu ilə!

Ilkin Manafov

Address

Baku
1000

Telephone

10000

Website

Alerts

Be the first to know and let us send you an email when Business Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share