Baku Startup Competition

Baku Startup Competition Azərbaycanda ilk Startup müsabiqəsinə sən də öz layihəni təqdim et!

Vençur sərmayələri sahəsində ixtisaslaşan İnfipro İnc. şirkəti “Baku Startup Competition 2012” çərçivəsində layihələrin qəbuluna start verir. “Baku Startup Competition 2012” müsabiqəsində iştirak etməklə, siz öz unikal ideyanızı ictimaiyyətə və potensial investorlara təqdim etmək şansını qazanacaqsınız. İnnovativ ideyanızı bizə təqdim edərək, layihənizin reallaşması üçün lazımi dəstəyi əldə etməkl

ə yanaşı, siz qərarların qəbul edilməsi və bazarda öz yerinizi tutanadək qarşınıza çıxa biləcək problemlərin həllində məsləhətlər ala biləcəksiniz.
İnfipro istedadlı və kreativ insanlara öz ideya və arzularını reallaşdırmağa şərait yaradan bir şirkətdir. Biz gələcəkdə inkişaf etmə potensialı olan və yüksək gəlir gətirəcək maraqlı və innovativ startaplar, ideya və məhsullar axtarırıq. Müsabiqədə iştirak etmək üçün namizədlər 25 dekabr 2012-ci il tarixindən gec olmayaraq aşağıda qeyd olunan məlumatların elektron versiyasını [email protected] elektron ünvanına və ya çap halında ofis ünvanımıza göndərməlidirlər:
• Layihənin profili
• Məhsul və ya xidmət haqqında ətraflı məlumat
• Nəzərdə tutulmuş xərclər planı
• Layinənin təqdimatı
• Biznesinizin inkişaf perspektivləri haqqında qısa icmal

Layihənin analizi və qiymətləndirilməsindən öncə namizədlər ilə İnfipro İnc. şirkəti arasında müəllif hüquqlarının qorunmasına dair məxfilik müqaviləsi imzalanacaqdır.
Üstünlük verilən fəaliyyət sahələri
– Müştərilərə yönəlik Biznes (B2C)
– Məhsul və xidmətlər ilə bağlı Biznes üçün Biznes (B2B)
Qeyd: Dövlətə yönəlik Biznes (B2G) layihələri müsabiqə zamanı nəzərə alınmayacaq. Layihə üçün tövsiyyə olunan kateqoriyalar:
– E-ticarət
– Oyunlar
– Proqram təminatı
– Sosial və ekoloji problemlərin həlli üçün nəzərdə tutulmuş elektron layihələr
– İT xidməti layihələri

Start-up müsabiqəsi üçün nəzərdə tutulmuş yatırımların miqdarı layihənin həcmi və görüləcək işlərin ardıcıllığından asılı olaraq 10.000-100.000 AZN çərçivəsində olacaqdır.

28 dekabr 2012-ci il tarixində Top-3 Startup ideyaları seçiləcəkdir. Seçilmiş layihə müəllifləri 8 yanvar 2013-cü il tarixində Bakıda keçiriləcək Finalda iştirak etmək hüququ əldə edəcəklər. Namizədlər finalda jüri qarşısında öz layihə ideyalarını təqdim edəcəklər.

“Baku Startup Competition 2012” müsabiqəsi sizin yeni və qlobal sistemin qurulmasında atacağınız ilk addım ola bilər! Daha ətraflı: www.infipro.az/BSC2012

İnfirpro İnc.
Ünvan: Nobel 23, AZ1025
Tel: +994 12 598 78 78
E-poçt: [email protected]
www.infipro.az

https://vimeo.com/infipro
20/02/2013

https://vimeo.com/infipro

Infipro Inc is a member of Vimeo, the home for high quality videos and the people who love them.

12/01/2013
http://ru.apa.az/novost_opredelilsya_pobeditel_konkursa_baku_sta_238737.html
09/01/2013

http://ru.apa.az/novost_opredelilsya_pobeditel_konkursa_baku_sta_238737.html

Баку – АПА-Экономикс. В рамках конкурса Baku Startup Competition-2012, ставшего событием на венчурном рынке Азербайджана, проведено заключительное мероприятие – презентация трех финальных проектов и награждение победителя.

http://az.apa.az/news/284348
09/01/2013

http://az.apa.az/news/284348

Bakı - APA-Economics. Bakıda Azərbaycanın vençur bazarında ilk dəfə keçirilən «Baku Startup Competition 2012» müsabiqəsinin yekun tədbiri çərçivəsində üç finalçı layihənin təqdimatı və qalibin mükafatlandırılması mərasimi keçirilib.

http://news.day.az/economy/376734.html
09/01/2013

http://news.day.az/economy/376734.html

8 января 2013 года в зале "Rast" отеля "Four Seasons" состоялся финал первого в Азербайджане конкурса стартапов.

Address

Nobel 23
Baku
AZ1025

Alerts

Be the first to know and let us send you an email when Baku Startup Competition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Baku Startup Competition:

Share