Life at Bir

Directions Website

Life at Bir Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Life at Bir, Neftçilər prospekti 153, Baku.

29/09/2026

Təməl prinsiplərimizi daha yaxından tanımağa davam edirik ✨

Bu dəfə əməkdaşlarımızdan inkişaf təfəkkürü prinsipini necə anladıqlarını soruşduq 😎

Təcrübədən karyeraya gedən yol real tapşırıqlardan başlayır ✨ Bu dəfə də gənclərimiz təcrübə müddətində qazandıqları bil...
23/09/2026

Təcrübədən karyeraya gedən yol real tapşırıqlardan başlayır ✨

Bu dəfə də gənclərimiz təcrübə müddətində qazandıqları bilikləri və karyera yollarını formalaşdıran detalları bizimlə bölüşdülər.

18/09/2026

Beş dəyər, birlik və ortaq uğur! 🏆

PAŞA Holdinq və Bir ekosisteminin təşkilatçılığı ilə ənənəvi “XƏMSƏ” birlik yarışının mükafatlandırma tədbiri keçirildi 🥳

Bu il tədbirin konsepti PAŞA Qrupun Dürüstlük, Əməkdaşlıq, Gəlirlilik, Keyfiyyət və Sahibkarlıq ruhu dəyərlərini təmsil edən 5 bərabər sütun üzərində quruldu. Gecə ərzində bu dəyərləri real layihələrə və nəticələrə çevirən komandalar mükafatlandırıldı.

Bütün qalibləri təbrik edir, layihələri ilə uğurumuza dəyər qatan hər kəsə təşəkkür edirik! ✨

16/09/2026

Texnologiyada qadınların gücü artır 🥳

Minə yaxın müraciət arasından seçilən iştirakçılarla “Ctrl is hers” qadınların texnologiyada karyera inkişafı proqramına start verdik.

Açılış tədbirində gələcəyin bacarıqları, texnologiyada qadınların rolu və bu sahədə liderliyə gedən yol haqqında danışdıq. İndi isə iştirakçılarımızı yeni biliklər, sistemli inkişaf və karyeralarına istiqamət verəcək təcrübə gözləyir.

“Ctrl is hers” iştirakçılarına bu yolda uğurlar arzulayırıq! ✨

MoveUP Community-nin yeni tədbiri üçün qeydiyyat başladı! 🥳 Bu dəfə “SDLC-də Sİ: Proqram təminatını yaratmağın yeni yolu...
11/09/2026

MoveUP Community-nin yeni tədbiri üçün qeydiyyat başladı! 🥳

Bu dəfə “SDLC-də Sİ: Proqram təminatını yaratmağın yeni yolu” mövzusunda süni intellektin proqram təminatının hazırlanmasındakı rolundan, praktik tətbiqlərdən və "AI-native" strateji yanaşmasından danışacağıq 🚀

📌 Tədbirdə iştirak yalnız üzvləri üçün nəzərdə tutulub. Odur ki sən də MoveUP-a üzv ol, tədbirlərimizə qoşulmaq imkanı qazan: https://moveup.az

Bir | Azerconnect Group | Azercell | Innovation and Digital Development Agency | Unibank

10/09/2026

Ölkənin ilk tələbə-texnologiya festivalı olan Spark ’26-da yaşadıqlarımızı bir sözə sığdırmağa çalışdıq ⚡️

Sən də həmin gün bizimlə idinsə, təəssüratlarını rəydə gözləyirik 😉

Bir ekosistemində 3 yeni karyera fürsəti var 🥳 Milyonlarla insan üçün dəyər yaratmaq, onların gündəlik həyatını daha rah...
07/09/2026

Bir ekosistemində 3 yeni karyera fürsəti var 🥳

Milyonlarla insan üçün dəyər yaratmaq, onların gündəlik həyatını daha rahat edən innovativ həllər üzərində çalışmaq istəyirsənsə, bu vakansiyalarımız sənin üçündür:

📌 Məhsul sahibi (İşə qəbul portalı üzrə) - www.kbl.az/povacancy
📌 Beynəlxalq Hesabatlılıq və MIS Departamentinin baş mütəxəssisi / meneceri - www.kbl.az/bhvakansia
📌 HR data analitiki - www.kbl.az/hrdavacancy

06/09/2026

Birlikdə yaxşılıqda payımız oldu! ❤️

5 Sentyabr Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə Qırmızı Ürəklər Fondunun “Onu Oxut” aksiyasına dəstək üçün təşkil etdiyimiz xeyriyyə yarmarkasında 167 əməkdaşımız bir araya gəldi.

Nəticədə 50 şagird yeni dərs ili üçün məktəb çantası və lazımi ləvazimatlarla təmin olundu. Bu sevincdə payımızın olduğunu bilmək bizim üçün çox dəyərlidir 🥰

Əməkdaşlarımıza təşəkkür edirik!

5 sentyabr tarixində baş tutacaq ölkənin ilk tələbə-texnologiya festivalı Spark ’26-da yüzlərlə fürsət səni gözləyir ⚡️ ...
04/09/2026

5 sentyabr tarixində baş tutacaq ölkənin ilk tələbə-texnologiya festivalı Spark ’26-da yüzlərlə fürsət səni gözləyir ⚡️

Festivalda Sİ ilə karyerana fərqli tərəfdən baxacaq, interaktiv oyunlarda həm əylənəcək, həm də biliklərini sınayacaqsan. Üstəlik, qazandığın hədiyyələr festivaldan sonra da inkişaf yolunda səninlə olacaq 😎

Əgər dəvətnamə almısansa, rəy yaz, səni bu gündən tanıyaq 😉

27/08/2026

Sistemli düşüncə 6 təməl prinsipimizdən biridir 😎

Bu dəfə əməkdaşlarımızdan bu prinsipi necə anladıqlarını soruşduq.

Bəs sən necə düşünürsən? 😉

Address

Neftçilər Prospekti 153
Baku

Alerts

Be the first to know and let us send you an email when Life at Bir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share