Xətai Rayon Sukanal İdarəsi

Xətai Rayon Sukanal İdarəsi

28/05/2026

28 May - Müstəqillik Günüdür!

21/05/2026
19/05/2026
12/05/2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən “e-Su” mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq “mygov” platformasında əlçatan olacaq. Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.
Bu günədək Agentliyin 6 xidməti “mygov” platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin “mygov” platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.

🔗 https://isst.gov.az/news/1205202624

Su xəttindəki qəza aradan qaldırılıb - Video + FotoXətai rayonu Yusif Səfərov küçəsi, Neftçilər xəstəxanasının qarşısınd...
22/04/2026

Su xəttindəki qəza aradan qaldırılıb - Video + Foto

Xətai rayonu Yusif Səfərov küçəsi, Neftçilər xəstəxanasının qarşısında, avtomobil yolunda polad boruda baş verən qəza aidiyyəti qurumlardan icazə alındıqdan sonra rayon sukanal idarəsinin əməkdaşları tərəfindən aradan qaldırılıb. Boru qaynaq olunaraq axıntının qarşısı alınıb. Xəttin fəaliyyəti bərpa olunub. Asfalt qatı yenilənib.

https://www.youtube.com/watch?v=FYmyPQesN6o

Address

Rahib Məmmədov 13a
Baku
AZ1123

Alerts

Be the first to know and let us send you an email when Xətai Rayon Sukanal İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xətai Rayon Sukanal İdarəsi:

Share

Category