PASHA Private Banking

PASHA Private Banking Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PASHA Private Banking, Investment Bank, 15 Yusif Mammadaliyev St, Baku 1005, Baku.

Dəyər anlayışı hər zaman yalnız rəqəmlərlə məhdudlaşmır. Zamanla formalaşan seçimlər var ki, onlar mədəni baxışı, esteti...
25/12/2025

Dəyər anlayışı hər zaman yalnız rəqəmlərlə məhdudlaşmır. Zamanla formalaşan seçimlər var ki, onlar mədəni baxışı, estetik yanaşmanı və davamlılığı əks etdirir.

Yeni il üçün seçilən kolleksiya dekorları da bu yanaşmanın bir hissəsidir və ilkin funksiyasını aşaraq, uzunmüddətli dəyər yaradan, zövq və irs anlayışını birləşdirən estetik obyektlər kimi mövqelənir.

Con Templeton dünyaya yalnız investor kimi deyil, düşüncə tərzi ilə təsir etmiş adlardan biridir. O, bazarın ümumi tende...
24/12/2025

Con Templeton dünyaya yalnız investor kimi deyil, düşüncə tərzi ilə təsir etmiş adlardan biridir.

O, bazarın ümumi tendensiyalarından uzaqlaşmağı, dəyəri kütlədən əvvəl görməyi və sərmayəni qlobal perspektivlə qiymətləndirməyi üstün tutub. Templetonun yanaşması göstərirdi ki, fürsət çox vaxt göz önündə deyil, diqqətdən kənarda qalan bazarlarda yaranır.

Onun portfeli də məhz bu fəlsəfəni əks etdirirdi - geniş diversifikasiya, səbr və fundamental dəyərə bağlılıq. Bu strategiya investor üçün sadəcə gəlir deyil, uzunmüddətli davamlılıq və aydın baxış qazandıran nümunədir.

Ən dəyərli səfər, iç dünyanıza doğru olan səfərdir. Həyatın ritmi, qərarlar və məsuliyyətlər arasında unudulan bir sükut...
09/12/2025

Ən dəyərli səfər, iç dünyanıza doğru olan səfərdir. Həyatın ritmi, qərarlar və məsuliyyətlər arasında unudulan bir sükut var. O, yalnız öz daxili səsinizə qulaq asdığınız anlarda eşidilir. Zehninizi və ruhunuzu dinlədiyiniz zaman isə prioritetlər aydınlaşır, qərarlar daha məqsədli olur. Çünki dayanmaq, dərin nəfəs almaq və daxildəki sükutu hiss etmək ən uzaq, amma ən vacib səyahətdir.

Gustav Klimtin 1914–1916-cı illərdə yaratdığı “Portrait of Elisabeth Lederer” sadəcə bir portret deyil, Avstriya moderni...
05/12/2025

Gustav Klimtin 1914–1916-cı illərdə yaratdığı “Portrait of Elisabeth Lederer” sadəcə bir portret deyil, Avstriya modernizminin ən təsirli irslərindən biridir. Lederer ailəsinin sənət kolleksiyasından gələn bu portret, gənc Elisabethin zərif duruşunu Klimtin qızıl dövründən sonrakı incə, ipək kimi fırça vuruşları ilə birləşdirir.
Bu əsərin dəyəri zamanla daha da möhkəmləndi və nəhayət, 18 noyabr 2025-ci ildə 236.4 milyon dollara satılaraq modern incəsənət tarixinin ən bahalı əsəri oldu. Bu satış Klimtin irsinin təkcə estetik gözəllikdən ibarət olmadığını, həm də sənət bazarının nadirlik, tarix və mədəniyyət dəyərləri ilə formalaşdığını bir daha sübut edir.
Çünki bəzi əsərlər qiymətləri ilə yox, yaratdıqları irsi ilə yadda qalır.

Klassik avtomobil kolleksiyası sadəcə estetik zövq deyil, uzunmüddətli və dəyər qazanan bir sərmayə formasıdır. Hər mode...
03/12/2025

Klassik avtomobil kolleksiyası sadəcə estetik zövq deyil, uzunmüddətli və dəyər qazanan bir sərmayə formasıdır. Hər model öz dövrünün sənətkarlığını, texnoloji dəqiqliyini və dizayn fəlsəfəsini daşıyır. Zaman keçdikcə bu avtomobillər yalnız nostalji dəyəri ilə deyil, nadirlik və tarixi əhəmiyyəti ilə də qiymət qazanır. İnvestisiyada olduğu kimi bu sahədə də əsas prinsip eynidir - dəyəri yaradan detalı görmək və onu qorumağı bacarmaq.

"Sharpe Ratio" hər bir investisiyanın riskə qarşı nə qədər səmərəli gəlir qazandırdığını göstərir. Yüksək göstərici, dah...
25/11/2025

"Sharpe Ratio" hər bir investisiyanın riskə qarşı nə qədər səmərəli gəlir qazandırdığını göstərir. Yüksək göstərici, daha balanslı strategiya və daha ağıllı qərar deməkdir. Çünki real uğur yalnız qazancda deyil, o qazanca gedən yolun sabitliyindədir.

Gündəlik rəqabət və qərarlar arasında unudulan bir həqiqət var. Ruhun sakitliyi sərmayələr qədər dəyərlidir.Bəzən ən yax...
14/10/2025

Gündəlik rəqabət və qərarlar arasında unudulan bir həqiqət var. Ruhun sakitliyi sərmayələr qədər dəyərlidir.
Bəzən ən yaxşı qərarlar dərin nəfəs aldığınız anlarda gəlir.

Pop-art sadəcə incəsənət olmaqla kifayətlənməyib. “Lichtenstein”in “Masterpiece” tablosu 1962-ci ildən bəri sərmayənin b...
09/10/2025

Pop-art sadəcə incəsənət olmaqla kifayətlənməyib. “Lichtenstein”in “Masterpiece” tablosu 1962-ci ildən bəri sərmayənin başqa bir dilinə çevrilib.
Əsər 2017-ci ildə 165 milyon dollara satılaraq sənət bazarında yeni bir zirvə yaradıb

Yaxta azadlıq və uzaqgörənliyin simvoludur. Sərmayələr kimi dəqiq istiqaməti seçmək, sükutun içində doğru dalğanı tutmaq...
25/09/2025

Yaxta azadlıq və uzaqgörənliyin simvoludur. Sərmayələr kimi dəqiq istiqaməti seçmək, sükutun içində doğru dalğanı tutmaq uğura aparır.

IPO (İlkin ictimai təklif) şirkətlərin səhmlərini ilk dəfə birjada satışa çıxarması və investorlar üçün dünyanın ən erkə...
24/09/2025

IPO (İlkin ictimai təklif) şirkətlərin səhmlərini ilk dəfə birjada satışa çıxarması və investorlar üçün dünyanın ən erkən və gəlirli mərhələlərində iştirak imkanı yaratmasıdır. Bu sizin sərmayənizin qlobal hekayəyə qoşulduğu an deməkdir.
Hər uğurlu IPO-da bir şirkət gələcəyinə inanan insanlarla böyüyür. Siz isə onun ən erkən tərəfdaşı olursunuz.
Bu yol təkcə portfelinizi genişləndirmir, sizə sabahın uğurunu bu gündən sahiblənmək imkanı verir.
Çünki əsl sərmayə yalnız kapital deyil, uzaqgörənlikdir.

Melburn daşınmaz əmlak bazarında son 10 ildə təxminən 65% artımla sabit yüksəliş göstərir. Avstraliya qanunları sərmayəd...
22/09/2025

Melburn daşınmaz əmlak bazarında son 10 ildə təxminən 65% artımla sabit yüksəliş göstərir. Avstraliya qanunları sərmayədarlara yüksək hüquqi qoruma və şəffaflıq verir. “Toorak” və “South Yarra” kimi elit rayonlar isə həm gəlir, həm də ailə üçün yüksək həyat keyfiyyəti təklif edir.

Süni intellekt və böyük datalar artıq yalnız texnologiya deyil, bütün iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.Bu sa...
18/09/2025

Süni intellekt və böyük datalar artıq yalnız texnologiya deyil, bütün iqtisadiyyatın əsas hərəkətverici qüvvəsidir.

Bu sahələrə yönəlmiş sərmayələr gələcəyin aparıcı oyunçuları ilə eyni xəttə addımlamaq üçün ən strateji seçimlərdən biridir.

Address

15 Yusif Mammadaliyev St, Baku 1005
Baku
1005

Alerts

Be the first to know and let us send you an email when PASHA Private Banking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PASHA Private Banking:

Share