Customs Office - Gömrük Xidmətləri

Customs Office - Gömrük Xidmətləri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Customs Office - Gömrük Xidmətləri, Brokerage Firm, Salyan şossesi 11, ofis 8, Baku.

İdxal və ixrac əməliyyatları üzrə gömrük təmsilçiliyi və bəyannamələrin hazırlanması sahəsində peşəkar xidmət göstəririk. Şirkətimiz müştərilərə malların gömrük rəsmiləşdirilməsində sürətli və şəffaf həllər təqdim edir. • Bütün gömrük prosedurları üzrə gömrük bəyannamələrinin tərtibi;
• Malların xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası üzrə kodlarının və müvafiq gömrük rüsumlarının müəyyən

edilməsini;
• Gömrük prosedurlarının həyata keçirilməsi işində yardımı;
• Gömrük prosedurları üzrə müvafiq ödənişlərin dəyərinin öncədən hesablanmasını;
• İxrac və idxal əməliyyatlarının müvafiq gömrük orqanında rəsmiləşdirilməsini;
• Malların gömrük ekspertizasına təqdim edilməsin;
• Beynəlxalq və daxili yükdaşıma (logistika) zamanı yardım edilməsi;
• İxrac zamanı yol müşaiyət sənədlərinin hazırlanması (CMR, invoys, müqavilə və
s.);
• Beynəlxalq qrup şəklində yüklərin daşınmasına yardım edilməsi;

13/02/2026

AGTL nəzdində Təlim Mərkəzi yaradılıb

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) nəzdində yeni Təlim Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəz aşağıdakı istiqamətlər üzrə hazırlıq və yenidən hazırlıq kursları təşkil edir:

- beynəlxalq yükdaşıma,
- daxili yükdaşıma,
- taksi sürücüləri üçün təlimlər,
- məsul şəxslər üçün ixtisasartırma proqramları.

Mərkəzin əsas məqsədi sahədə çalışan sürücülərin, logistika mütəxəssislərinin və şirkət nümayəndələrinin peşəkar bilik və bacarıqlarını artırmaq, həmçinin göstərilən xidmətlərin keyfiyyətini beynəlxalq standartlara uyğun səviyyəyə çatdırmaqdır.

05/02/2026
Gömrük sahəsində çalışan bütün həmkarlarımı və dostlarımı peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm!Bu məsuliyyətl...
30/01/2026

Gömrük sahəsində çalışan bütün həmkarlarımı və dostlarımı peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm!
Bu məsuliyyətli və strateji sahədə çalışan hər kəsə möhkəm sağlamlıq, işlərində uğurlar, davamlı nailiyyətlər və dürüst fəaliyyət arzulayıram.
Zəhmətiniz daim dəyərləndirilsin, yolunuz açıq olsun.
Peşə bayramınız mübarək! 🇦🇿
ProfessionalHəyat

22 yanvar tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə Bakı KOB ...
23/01/2026

22 yanvar tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə Bakı KOB Evində “Brendin hüquqi qorunma strategiyası: Şirkətin ad və loqo hüquqları necə qorunmalıdır?” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Customs Office MMC-ni Əsgərli Elməddin təmsil etmişdir.

AGTL üzvləri ilə ilin yekunlarına həsr olunmuş ziyafət görüşü keçirilib26 dekabr tarixində saat 19:00-da AGTL üzvlərinin...
29/12/2025

AGTL üzvləri ilə ilin yekunlarına həsr olunmuş ziyafət görüşü keçirilib

26 dekabr tarixində saat 19:00-da AGTL üzvlərinin iştirakı ilə ziyafət formatında görüş təşkil olunub. Görüş üzvlər arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, işgüzar əlaqələrin genişləndirilməsi məqsədi daşıyıb.

Tədbir assosiasiyanın rəhbəri Vüsal Qasımovun açılış nitqi ilə başlayıb. Çıxışda 2025-ci il üzrə fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün prioritet məsələlər diqqətə çatdırılıb.

Ümid edirik ki, məhz AGTL-nin dəstəyi və rəhbərliyi ilə gömrük təmsilçiləri 2026-cı ildə daha uğurlu tədbirlərin həyata keçirilməsi nəticəsində peşəkar xidmət səviyyəsini daha da yüksəldəcəklər.

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasında “Etibarlı Tərəfdaş Konsepsiyası” müzakirə olu...
20/12/2025

Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasında “Etibarlı Tərəfdaş Konsepsiyası” müzakirə olunub

19.12.2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) tərkibində fəaliyyət göstərən alt komitələrin nümayəndələrinin iştirakı ilə birgə görüş keçirilib.

Görüşdə “Etibarlı Tərəfdaş” Konsepsiyasının 8.1.3-cü bəndi və onun tətbiq mexanizmləri ətrafında müzakirələr aparılıb. İştirakçılar sözügedən bəndin gömrük–logistika sahəsində institusional əməkdaşlığın gücləndirilməsinə və biznes mühitinin təkmilləşdirilməsinə verə biləcəyi töhfələri dəyərləndiriblər.

Müzakirələr zamanı alt komitələr tərəfindən praktiki təkliflər səsləndirilib və mövzu üzrə fikir mübadiləsi aparılıb.

 .sakitsamadov Səmimi qarşılanma, xoş söhbət və gözəl vaxt üçün təşəkkürlər.
19/12/2025

.sakitsamadov Səmimi qarşılanma, xoş söhbət və gözəl vaxt üçün təşəkkürlər.

Heydər Əliyev — müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqının taleyini öz taleyi bilən böyük lider. Onun uzaqgörən ...
12/12/2025

Heydər Əliyev — müasir Azərbaycan dövlətçiliyinin memarı, xalqının taleyini öz taleyi bilən böyük lider. Onun uzaqgörən siyasəti və əvəzsiz xidmətləri daim yaddaşımızda yaşayacaq. Xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Address

Salyan şossesi 11, Ofis 8
Baku
AZ1021

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 02:30

Telephone

+994516562701

Alerts

Be the first to know and let us send you an email when Customs Office - Gömrük Xidmətləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Customs Office - Gömrük Xidmətləri:

Share

Category