MİRAN Biznes Servis Mərkəzi

MİRAN Biznes Servis Mərkəzi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MİRAN Biznes Servis Mərkəzi, Baku.

MirAN Group şirkətinin yaradılma məqsədi, ölkə iqtisadiyyatının inkişafına institusional dəstək vermək, iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən şirkətlərin idarəetmə sistemlərinin korporativ idarəetmə standartlarına uyğunlaşdırılması, kadrların peşəkarlığının artırılması, qabaqcıl texnologiyaların tətbiq edilməsi, nəzəri və praktiki təcrübənin sintezi və digər sahələrdə müxtəlif ç

eşidli məsləhət, təlim-tədris və idarəetmə xidmətləri göstərməkdir
Bu sahədə şirkətimizin prioritet istiqaməti, kiçik və orta sahibkarlığın dəstəklənməsi, yeni innovasiyaların tətbiqi; biznes proseslərinin avtomatlaşdırılmasından ibarətdir
Şirkətimizin ekspertləri öz sahələrində xüsusi peşakarlıqları ilə seçilən kadrlardan təşkil olunmuşdur.

The Secret Business Academy ve MirAN group şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş "Kredit Mütəxəssisi" semin...
18/05/2017

The Secret Business Academy ve MirAN group şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş "Kredit Mütəxəssisi" seminarı Nicat Novruzov tərəfindən keçirilmişdir.

Uğurlu karyera qurmuş bir qrup məzun öz keçmiş müəllimlərinin evinə qonaq gəlirlər. Təbii ki, tezliklə söhbət işdən düşü...
29/03/2017

Uğurlu karyera qurmuş bir qrup məzun öz keçmiş müəllimlərinin evinə qonaq gəlirlər. Təbii ki, tezliklə söhbət işdən düşür və məzunlar qarşılaşdığı həyati problem və çətinliklərdən şikayət etməyə başlayır.
Öz qonaqlarına qəhvə içməyi təklif edən müəllim, mətbəxə keçir və sonra isə məcməyidə qəhvədan və onun ətrafına düzülmiş müxtəlif fincanlarla geri qayıdır. Bu fincanlar mərmər, şüşə, plastik və büllurdan hazırlanmışdı, həm bahalısı, həm sadəsi, həm də dəbdəbəlisi var idi.
Uşaqlar hərəyə bir fincan götürəndə, müəllim deyir: “Əgər fikir verdinizsə, bütün bahalı fincanlar götürülüb. Heç kəs ucuz və sadəcə fincanları seçməyib. Yalnız hər şeyin ən yaxşısını özünüzə götürmək istəyi elə sizin problemlərinizin mənbəyidir. Başa düşün ki, fincan özlüyündə qəhvənin dadının daha yaxşı olmasına təsir göstərmir. Bəzən o sadəcə bahalıdır, bəzən isə hətta bizim nə içdiyimizi gizlədir. Sizin əslində istədiyiniz fincan deyil qəhvə idi. Amma siz şüurlu şəkildə ən baha fincanları seçdiniz. Daha sonra isə kimin hansı fincanı seçdiyini gözdən keçirməyə başladınız.
İndi isə düşünün:
-Həyat qəhvə kimidir, iş, pullar, mövqe, cəmiyyət isə fincanlardır. Bu həmişə Həyatı qorumaq və ya qurmaq vasitələridir. Bizim hansı fincana sahib olmağımız, bizim Həyatımızın keyfiyyətini nə dəyişmir, nə də müəyyən etmir. Bəzən diqqətimizi fincana o qədər yönəldirik ki, qəhvəmizin dadından zövq almağı unuduruq”...

Bank qarəti zamanı soyğunçu bankdakı bütün insanların eşidəcəyi səs tonu ilə demişdi: "Tərpənməyin, pullar dövlətə, sizi...
27/03/2017

Bank qarəti zamanı soyğunçu bankdakı bütün insanların eşidəcəyi səs tonu ilə demişdi: "Tərpənməyin, pullar dövlətə, sizin həyatınız isə sizə məxsusdur".
Bankdakı bütün insanlar sakitcə yerə uzandılar. Bu, "Düşüncə dəyişmə konsepti" adlanır. Normal düşünmə tərzini dəyişməkdir.
Qadın yerə şübhəli tərzdə uzananda soyğunçu dedi: "Zəhmət olmasa, sivil olun. Bu qarətdir, zorlama deyil". Bu "Peşəkar olmaq" adlanır. Nə etməli olduğuna fokuslanmaq.
Qarətçilər bankdan evə qayıdandan sonra cavan soyğunçu (MBA təhsilli) daha yaşlı (6 illik orta təhsilli) həmkarına dedi: "Böyük qardaş, gəl, pulları sayaq"
Əvəzində isə yaşı çox olan soyğunçu cavab verdi: "Sən axmaqsan, burda küllü miqdarda pul var, bunları saymaq uzun zaman aparacaq. Axşam xəbərlərdə bankdan nə qədər pul oğurlandığını deyəcəklər"
Bu "Təcrübə" adlanır. Bugünkü dünyada təcrübə kağız üzərində yazılmış ixtisasdan daha vacibdir.
Qarətçilər gedəndən sonra bank meneceri supervayzerə dərhal polisləri çağırmağı tapşırdı. Supervayzer isə dedi: "Gözləyin. Gəlin bankdan 10 milyon özümüz üçün götürək, bu məbləği də əvvəl oğuladığımız 70 milyona əlavə edək".

Bu "Axın istiqamətində üzmək" adlanır. Sənin əleyhinə olan situasiyanı öz lehinə çevirmək.
Supervayzer davam etdi: "Banka hər ay soyğunçular gəlsəydilər, yaxşı olardı".
Bu "Darıxdırıcılığı öldürmək" adlanır. Şəxsi xoşbəxtliyin sənin işindən daha vacibdir.
Ertəsi gün TV xəbərlər elan etdilər ki, bankdan 100 mln. dollar oğurlanıb. Qarətçilər evdə nə qədər saydılarsa, 20 mln. dollardan çox pul görmədilər və bu situasiya onları qəzəbləndirdi: "Biz həyatımızı riskə ataraq cəmi 20 mln. oğurlaya bildik. Bank bank meneceri heç bir risk olmadan 80 mln. dolları bir çırtmada qazandı. Görünür, təhsilli olmaq, oğru olmaqdan yaxşıdır".

Bu "Təhsil qızıl qədər dəyərlidir" mənasına gəlir.
Bank meneceri xoşbəxt idi və gülümsəyirdi. Çünki onun bazardakı itkilərinin üstü bu oğurluğun köməyilə örtülmüş oldu.

Bu "İmkanlardan istifadə etmək" adlanır. İnamla risk etmək.

UNEC Karyera Mərkəzi, "MirAN GROUP" MMC-nin və "RSH Consulting Company" MMC-nin birgə təşkil etdiyi "KREDİTLƏŞMƏNİN ƏSAS...
16/03/2017

UNEC Karyera Mərkəzi, "MirAN GROUP" MMC-nin və "RSH Consulting Company" MMC-nin birgə təşkil etdiyi "KREDİTLƏŞMƏNİN ƏSASLARI" mövzusunda təlim uğurla yekunlaşdı.Tədbirin sonunda, UNEC Karyera Mərkəzinin direktoru Fuad Əliyev geniş və əhatəli çıxış edərək qonaqları və təlim iştirakçılarını təbrik etdi. Təlim iştirakçıları SERTİFİKAT ilə, Təlimçilər Nicat Novruzov və Ramin Bayramov isə Faud Əliyev tərəfindən "TƏŞƏKKÜRNAMƏ" ilə tərtif olundular.
"MirAN GROUP" MMC olaraq həmişə gənclərin bilik və savadlarının artırılması, özlərini inkişaf etdirməsi sahəsində onlara daim dəstək olacayıq. Təlimin yüksək səviyyədə təşkil etdiklərinə görə UNEC kollektivinə, xüsusilə də, Fuad müəllimə təşəkkürlər.

Norvuz Çərşənbələrinin dördüncüsü yəni sonuncusu torpaq çərşənbəsidir.El arasında bu çərşənbəni "İl axır çərşənbəsi"  də...
14/03/2017

Norvuz Çərşənbələrinin dördüncüsü yəni sonuncusu torpaq çərşənbəsidir.El arasında bu çərşənbəni "İl axır çərşənbəsi" də adlandırırlar. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

Hörmətli xanımlar!Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səad...
08/03/2017

Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayırıq.

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Külə...
07/03/2017

Yel çərşənbəsi günündə isə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Təlim və konsaltinq xidmətiKonsaltinq- qısaca məsləhət xidmətidir. Daha geniş mənada desək konsaltinq- öz biznesini inki...
02/03/2017

Təlim və konsaltinq xidməti
Konsaltinq- qısaca məsləhət xidmətidir. Daha geniş mənada desək konsaltinq- öz biznesini inkişaf etdirmək istəyən, yeni sahələrə investisiya yatırmaq istəyən və.s müştərilərə göstərilən məsləhət xidmətidir. Konsatlinqin əsas məqsədi idarəetmənin keyfiyyətinin yaxşılaşdırılmasına, ümumiyyətlə təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə və işin səmərəliliyini artırmağa yönəlmişdir.
Konsaltinq xidməti- maliyyə, insan resursları, marketinq, menecment, iqtisadiyyat və birçox sahələrdə göstərilir.
Konsaltinq xidməti göstərən şirkətlər xidmət göstərdiyi sahə üzrə ixtisaslaşmalı, peşəkar kadra sahib olmalıdır. Şirkətlər bu xidmətdən yararlanaraq işini daha səmərəli planlaya, strateji qərarlar verməyə, gəlirliliyin artırılmasına kömək edə bilər ki, bunun qarşılığında müəyyən % dərəcəsiylə xidmət haqqı alır.
Təlim xidmətinə gəldikdə isə, bu xidmət də dünyada istifadəsinə görə heç də konsaltinq xidmətindən geridə qalmır. Bu xidmət sadəcə individual şəxslər deyil. Həm də müəssisələr kadrlarının inkişafı, yeni standartların və ya texnologiyaların tətbiqini asanlaşdırmaq üçün çəxəş yolu olaraq görürlər. Təlim xidməti insanların elmi tərəqqiyə açıq olmalarına, eyni zamanda maarifləndikcə şəxsi keyfiyyətlərinin də dəyişib inkişaf etdirilməsinə kömək edir.

Qərarsızlıq öldürür.Professor əlində bir siçan və qutu ilə auditoriyaya daxil olar, tələbələrin heyrət dolu baxışları ar...
02/03/2017

Qərarsızlıq öldürür.
Professor əlində bir siçan və qutu ilə auditoriyaya daxil olar, tələbələrin heyrət dolu baxışları arasında siçanı qutunun içinə qoyar və qutunu bağlayar. Sonra auditoryaya müraciət edərək : “Bu qutuya 3 gün heç kim toxunmasın!” deyər və auditoriyadan çıxıb gedər. Tələbələr hadisəyə bir məna verə bilməzlər və maraq içərisində üç gün gözləyərlər. Üç günün tamamında professor auditoriyaya daxil oldu və qutunu açdı. Qutunun içindəki siçan ölmüşdü. Auditoriyaya dönərək siçanın hansı səbəbdən ölmüş ola biləcəyini soruşdu.
Havasızlıqdan, aclıqdan, susuzluqdan?

Hər tələbə ola biləcək ehtimalları saydı. Professor qutunu havaya qaldırıb içini tələbələrə göstərdi. Qutunun hər tərəfi gəmirilmiş vəziyyətdə idi.
Görürsünüz? Siçan burdan çıxmaq üçün çox mübarizə aparmış. Bunu qutunun içindəki vəziyyətdən anlıyırıq. Nəticədə siçanı sizin dediyiniz kimi nə havasızlıq nə də aclıq öldürdü. Siçanı qərarsızlıq öldürdü! Siçan qutunun hər yerini parçalamaqdansa sadəcə qutunun bir küncünü parçalasaydı və bunda da qərarlı olsaydı çıxıb qurtulacaqdı.
Ən p*s qərarlar belə qərarsızlıqdan yaxşıdır. Qərarsızlıq sizləri uçuruma apar bilər. Hədəfləri doğru seçib və o hədəfə doğru inamla adımlamağa çalışmaq lazımdır.

Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel v...
28/02/2017

Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

UNEC tələbələrinin nəzərinə
27/02/2017

UNEC tələbələrinin nəzərinə

"Kredit mütəxəssisi" hazırlığı təlimiTəlimin tarixi: 15 mart - 15 aprel 2017-ci ilMüddət: 1 ay / 16 saatVaxt: 19:00-21:0...
27/02/2017

"Kredit mütəxəssisi" hazırlığı təlimi
Təlimin tarixi: 15 mart - 15 aprel 2017-ci il
Müddət: 1 ay / 16 saat
Vaxt: 19:00-21:00
Tədris dili: Azərbaycan
Qiymət: 200 AZN (2 hissəli ödəniş mümkündür.)
Kursun məqsədi:
Təcrübəli Kredit mütəxəssislərinin hazırlanması.
Təlimin sonunda Sertifikat təqdim olunacaq.
Təlimnən uğurla başa vuranlar işlə təmin olunur.
Qeydiyyat: son tarix 12 mart 2017 ci il tarixidir.
Qeydiyat üçün ad soyad və ata adınızı səhifəmizin mesaj bolməsinə və yaxud smslə 050 588 08 20 telefon nömrəsinə göndərə bilərsiniz.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when MİRAN Biznes Servis Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MİRAN Biznes Servis Mərkəzi:

Share