24/07/2022
Qəsəbədə yəhudi qonşusunun bank açdığını görən bir kasıb banka gəlir və yəhudidən bir manat borc pul istəyir. Bankir yəhudi ondan soruşur:
- Nə vaxt qaytaracaqsan?
- Payızda qaytararam.
- Hə, onda faizlə bir yerdə iki manat qaytarmalı olacaqsan.
- Yaxşı razıyam
- Amma girovsuz verə bilməyəcəm.
- Ay qonşu, mən indi sənə girovu hardan tapım?
- Qoltuğunda baltan var sənin, baltanı girov qoy, pulunu götür.
- Yaxşı, götürürəm.
- Buyur, bu da sənin bir manatın, amma payızda birdən-birə iki manatı qaytarmaq sənin üçün çox çətin olacaq, elə deyilmi?
- Düz deyirsən qonşu, çətin olacaq.
- Onda sən bir manatı bu başdan qaytar, o biri bir manatı da payızda qaytararsan. Belə sənin üçün rahat olacaq.
- Doğrudan da düz deyirsən, götür bu bir manatı - deyib aldığı bir manatı da yəhudiyə qaytarıb çıxır çölə.
Kasıb baxıb görür ki, nə pul var, nə balta var, hələ bir manat da banka borcludur. Ən əsası da odur ki, hesabla hamısı da düz gəlir ...