Kriptaz

Kriptaz Azerbaijan’s first blockchain software company - built to scale globally

The main purpose of Kriptaz Blockchain is to solve problems such as security, speed, and energy consumption and to develop more comfortable decentralized APPs.

01/04/2025

Kriptaz Blockchain təqdimat hazırlayır. Bu səbəbdən paylaşımları sürətləndirərək məhsul və xidmətlərin detallarını təqdim edəcək.​​​​​​​​​​​​​​​​

23/01/2025

“Kriptaz Analytics” və “Kriptaz Research” birləşərək “Kriptaz Strategy” adını aldı. Bu yeni ad, peşəkar investisiya təhlili və bazar araşdırmalarına əsaslanan strateji həllər təqdim edən güclü bir layihəyə çevrildi.

📎 docs.kriptaz.com/docs/baslayark…

Bu sənəd Kriptaz Blockchain-in bütün layihə planlamasını və ətraflı sənədlərini əhatə edir.

18/01/2025

Hekayəmiz

Kriptaz-ın hekayəsi, texnologiyanın gələcəyini öncədən görən bir baxışla 2020-ci ildə başladı. İlk olaraq kripto birjası layihəsi kimi yola çıxan komandamız, blokçeyn texnologiyasının təkcə maliyyə əməliyyatları ilə məhdudlaşmayacağını, həyatın hər sahəsində inqilabi dəyişikliklərə yol açacağını gördü.

Blokçeyn dünyasındakı sürətli inkişafları yaxından izləyərkən, bu texnologiyanın müxtəlif sektorlarda yarada biləcəyi potensialı kəşf etdik. Hər sektorun özünəməxsus ehtiyacları və çətinlikləri var idi və blokçeyn texnologiyası bu çətinlikləri aşmaq üçün unikal həllər təklif edirdi. Bu anlayışla, baxışımızı genişləndirdik və diqqətimizi tək bir məhsuldan, çoxşaxəli bir blokçeyn infrastruktur və xidmət təminatçısına çevirdik.

Azərbaycanın rəqəmsal transformasiya səyahətində əhəmiyyətli bir rol oynama fürsətini gördük. Ölkəmizin Web3 texnologiyalarında qlobal arenada öz yerini tutması lazım olduğuna inandıq. Bu inamla, Kriptaz-ı sadəcə bir şirkət deyil, Azərbaycanın blokçeyn ekosisteminin təməl daşlarından biri olaraq mövqeləndirdik.

Bu gün Kriptaz, blokçeyn texnologiyasının təqdim etdiyi imkanları Azərbaycanın dinamik iş dünyası ilə qovuşdurur. Məqsədimiz, ölkəmizi blokçeyn texnologiyasında regional bir gücə çevirərkən, qlobal blokçeyn ekosistemində də söz sahibi bir oyunçu mövqeyinə yüksəltməkdir.

Gələcəyi formalaşdıran bu texnoloji transformasiyada, Azərbaycanın potensialını üzə çıxarmaq və qlobal blokçeyn səhnəsində güclü bir oyunçuya çevirmək üçün çalışmağa davam edirik.

TON üzərində inkişaf etdirilən Kripto Azerbaijan $KA tokeni, gələcək ekosistem layihələri və tədbir biletlərinin əldə ed...
29/11/2024

TON üzərində inkişaf etdirilən Kripto Azerbaijan $KA tokeni, gələcək ekosistem layihələri və tədbir biletlərinin əldə edilməsi üçün dizayn edilir.

Təcili Hədəf:
BLUM DEX-də listələnmə üçün minimum tələb olan 1,500 TON likvidlik.

🔗 BLUM: bit.ly/4idIAfO

29/11/2024

Kriptaz sənədləşdirmə portalımız artıq hazır vəziyyətdə istifadəyə verildi.

Sənədlərimiz 🔗 https://docs.kriptaz.com ünvanında yerləşdirilmişdir.

Platformamızı daima təkmilləşdirərək, məzmunu daha da zənginləşdirəcəyik.

Bir neçə gün içində platformamızı hər kəsə açacağıq.

26/10/2024

Kriptovalyuta layihələrində TVL (Total Value Locked) artımı, token dəyərinin yüksəlməsi üçün əsas göstəricilərdəndir. Layihələr əvvəlcə böyük həcmdə sərmayə cəlb edir, daha sonra dövriyyədəki token təklifini artıraraq qiyməti aşağı səviyyələrə gətirir. Bu mərhələdə layihə daha çox token akkumulyasiyası üçün aşağı qiymətlərdən alış həyata keçirir. Bu, kriptovalyuta bazarında geniş yayılmış və təcrübədən keçmiş bir strategiyadır,

24/10/2024

Azərbaycanda ödəmə sistemlərinə rahatlıqla inteqrasiya oluna bilən bir Blockchain idarəetmə API platforması qurulmalıdır. Bu platforma, maliyyə qurumlarına və rəqəmsal ödəniş provayderlərinə yüksək təhlükəsizlik və şəffaflıq təmin edən xidmətlər təklif edəcək.

Platformanın əsas məqsədi, ödəniş proseslərini Blockchain texnologiyası ilə gücləndirərək daha etibarlı və şəffaf bir maliyyə ekosistemi yaratmaqdır. Bu texnologiya, müxtəlif Blockchain şəbəkələri ilə sürətli və çevik inteqrasiya imkanı təqdim etməli, əməliyyatları avtomatlaşdırmalı və kriptovalyuta ilə ödənişləri asanlıqla həyata keçirməlidir.

Belə bir sistemin qurulması üçün bacarıqlı mütəxəssislərə ehtiyacımız var,

23/07/2024

Azərbaycan jurnalistlərinə:

Son zamanlar çox istifadə olunan "virtual pullar" ifadəsinin yerinə daha doğru bir terminologiya ilə "virtual valyuta" istifadə edilməlidir. Bu düzəlişi etmək vacibdir, çünki "virtual valyuta" geniş bir başlıqdır və özündə müxtəlif kateqoriyaları əhatə edir.

Virtual valyuta iki əsas kateqoriyaya bölünür:

1. Elektron valyuta
2. Kripto valyuta

Hər iki kateqoriya fərqli xüsusiyyətlərə malikdir:

1. Elektron valyuta: Hal-hazırda mərkəzi banklar və ya ödəmə aplikasiyaları tərəfindən istifadə olunan rəqəmsal ödənişlərdir. Bu valyutalar mərkəzləşdirilmiş və dövlətlərin nəzarətində olan maliyyə sistemlərinin bir hissəsidir.

2. Kripto valyuta: Mərkəzi olmayan və şifrələnmiş rəqəmsal ödənişlərdir. Kripto valyutalar, blokçeyn texnologiyası vasitəsilə əməliyyatların təhlükəsizliyini və şəffaflığını təmin edir.

Bu fərqləri nəzərə alaraq, terminologiyanı düzgün istifadə etmək həm oxucuların məlumatlılığını artırar, həm də informasiya mübadiləsini daha dəqiq edir. "Virtual pul" anlayışı geniş və qeyri-dəqiq olduğu üçün, bu cür fərqləndirmələr jurnalistikada daha dəqiq və professional yanaşmanı təmin etməlidir,

11/07/2024

Salam dostlar.

Artıq məqalələr yazılmağa başlandı.

New global functions in blockchain technology.  The whitepaper is coming.-
09/06/2022

New global functions in blockchain technology. The whitepaper is coming.
-

Kriptaz Partnership Radar  -
08/06/2022

Kriptaz Partnership Radar
-

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Kriptaz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kriptaz:

Share