Unicapital İnvestisiya Şirkəti

Unicapital İnvestisiya Şirkəti Unicapital ilə investisiya sahəsində hədsiz imkanlardan yararlanın!

Unicapital yerli və xarici bazarlarda qiymətli kağızlara yatırımı, qiymətli kağızların kapital bazarlarına buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir.

“Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. Nizamnamə kapitalı 100%-lik “Unibank”-a məxsus olan Unicapital İnvestisiya Şirkəti, 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan bir şirkətdir və hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

15 may 2015-ci il tarixində qiymətli kağızlar bazarında yeni qanun qüvvəyə mindikdən sonra, Unicapital 8 yanvar 2016-ci ildə investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya əldə edib.

Unicapital-ın anderrayterlik etdiyi Unibank-ın dollar istiqrazlarının yerləşdirilməsi uğurla başa çatdı! 💼 💪Bu istiqrazl...
25/08/2026

Unicapital-ın anderrayterlik etdiyi Unibank-ın dollar istiqrazlarının yerləşdirilməsi uğurla başa çatdı! 💼 💪

Bu istiqrazlar 8% illik gəlirlilik və 100 USD nominal dəyərlə bazara təqdim olundu.

Hərracın nəticələrinə dair əsas məlumatları sizinlə paylaşırıq 📊

📞 Əlaqə:
+994 10 230 01 17
+994 50 573 01 17
117 (5)

Volatillik nədir? 📊Bazarın sakit günləri də olur, qiymətlərin sürətlə dəyişdiyi günlər də. Məhz bu dəyişkənlik volatilli...
21/08/2026

Volatillik nədir? 📊

Bazarın sakit günləri də olur, qiymətlərin sürətlə dəyişdiyi günlər də. Məhz bu dəyişkənlik volatillik adlanır.

Başqa sözlə, aktivin qiyməti geniş diapazonda və sürətlə hərəkət edirsə, volatillik yüksək, qiymət dəyişiklikləri daha məhduddursa, volatillik aşağı hesab olunur.

📌 İnvestor üçün bu nə deməkdir?
Yüksək volatillik daha böyük qiymət dəyişkənliyi və buna uyğun olaraq həm potensial gəlir, həm də risk deməkdir. Aşağı volatillik isə nisbətən daha sabit qiymət dinamikasına işarə edir.

Volatilliyə faiz qərarları, makroiqtisadi göstəricilər, şirkət xəbərləri, geosiyasi hadisələr və bazar gözləntiləri kimi çoxsaylı amillər təsir edə bilər.

❗ Unutmayın: yüksək volatillik avtomatik olaraq “daha çox qazanc” demək deyil. Bu, daha böyük qiymət dalğalanması deməkdir.

Gəlirinizə gəlir qatacaq təklifimiz var! 💰“FINCA Azərbaycan” istiqrazlarının əsas xüsusiyyətləri:✅ Nominal dəyər: 100 AZ...
17/08/2026

Gəlirinizə gəlir qatacaq təklifimiz var! 💰

“FINCA Azərbaycan” istiqrazlarının əsas xüsusiyyətləri:

✅ Nominal dəyər: 100 AZN
✅ İllik faiz dərəcəsi: 15%
✅ Tədavül müddəti: 18 ay
✅ Kupon ödənişi: Rüblük

Əlavə məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağınız kifayətdir.

📞 Əlaqə:
+994 10 230 01 17
+994 50 573 01 17
117 (5)

Süni intellektə investisiya: gələcəyin trendi, yoxsa artıq reallıqdır? 🤖📈Süni intellekt artıq gələcəyin texnologiyası de...
14/08/2026

Süni intellektə investisiya: gələcəyin trendi, yoxsa artıq reallıqdır? 🤖📈

Süni intellekt artıq gələcəyin texnologiyası deyil, bu günün əsas investisiya mövzularından biridir.

Stanford-un 2026 AI Index hesabatına görə, 2025-ci ildə şirkətlərin süni intellektə yatırdığı vəsait iki dəfədən çox artıb, fərdi investorlar və özəl şirkətlərin yatırımları isə 127,5% yüksəlib.

AI-nin inkişafı ilə yanaşı, çip istehsalı, data mərkəzləri və bulud texnologiyaları kimi sahələr də investorların diqqət mərkəzindədir.

Bəs Sizcə, süni intellektin bu sürətli inkişafı yeni investisiya imkanları yaradır, yoxsa riskləri də artırır?

Portfelinizi peşəkarlara etibar edin 💼 📊Bazarları izləməyə və investisiya qərarlarını təkbaşına verməyə vaxtınız yoxdur?...
12/08/2026

Portfelinizi peşəkarlara etibar edin 💼 📊

Bazarları izləməyə və investisiya qərarlarını təkbaşına verməyə vaxtınız yoxdur? “Portfel idarəçiliyi” ilə investisiyanız məqsədlərinizə və risk yanaşmanıza uyğun strategiya əsasında idarə olunur.

🔹 Fərdi yanaşma və konsultasiya
🔹 Sıfırdan investisiya strategiyasının qurulması
🔹 Şəffaf portfel və mütəmadi hesabatlılıq
🔹 “Ehtiyatlı”, “Rasional” və “Maksimalist” investor kateqoriyalarına uyğun seçim

İnvestisiyanızı peşəkar yanaşma ilə idarə edin. 📈

📞 Əlaqə:
+994 10 230 01 17
+994 50 573 01 17
117 (5)

Unicapital-ın anderrayterliyi ilə EmbaFinans istiqrazlarının hərracı uğurla yekunlaşdı!💼 👏Hərracda 50 investor iştirak e...
05/08/2026

Unicapital-ın anderrayterliyi ilə EmbaFinans istiqrazlarının hərracı uğurla yekunlaşdı!
💼 👏

Hərracda 50 investor iştirak etdi və istiqrazlar üzrə 4 000 000 AZN həcmində yerləşdirmə həyata keçirildi.

Yekun nəticəyə dair əsas rəqəmləri sizə təqdim edirik 📊

📞 Əlaqə:
+994 10 230 01 17
+994 50 573 01 17
117 (5)

Unicapital olaraq Azərbaycanda BMT-yə aid Qadınların Gücləndirilməsi Prinsiplərini (WEPs) imzalayan İLK investisiya şirk...
04/08/2026

Unicapital olaraq Azərbaycanda BMT-yə aid Qadınların Gücləndirilməsi Prinsiplərini (WEPs) imzalayan İLK investisiya şirkəti olduq! 🤝❤️

Qadınların peşəkar inkişafını, qərarverici proseslərdə fəal iştirakını və korporativ mühitdə bərabər imkanlarını dəstəkləməkdən qürur duyuruq! 💼

🎬 Kino bileti qazanmaq üçün 3 sual kifayətdir!Sualların düzgün cavablarını şərhlərdə qeyd edin, birlikdə kinoya getmək i...
31/07/2026

🎬 Kino bileti qazanmaq üçün 3 sual kifayətdir!

Sualların düzgün cavablarını şərhlərdə qeyd edin, birlikdə kinoya getmək istədiyiniz dostunuzu həmin şərhdə işarələyin və qaliblərdən biri olmaq şansını əldə edin. 🍿

🎟️ İki qalibin hər biri 2 kino bileti qazanacaq!

📍 Qeyd: Cavabları yalnız variant hərfi ilə yazmağınız kifayətdir: A), B), C) və ya D).

📞 Əlaqə:
+994 10 230 01 17
+994 50 573 01 17
117 (5)

📈 🍎 Apple-ın bazar dəyəri 5 trilyon dollar həddinə bir addım daha yaxınlaşıb. Hazırda şirkətin bazar kapitallaşması 4,94...
29/07/2026

📈 🍎 Apple-ın bazar dəyəri 5 trilyon dollar həddinə bir addım daha yaxınlaşıb. Hazırda şirkətin bazar kapitallaşması 4,94 trilyon dollar təşkil edir. Bu nəticə Apple-a yenidən dünyanın ən dəyərli şirkəti statusunu qazandırıb və o, bu göstəricidə Nvidia-nı geridə qoyub. 🌍

Son ticarət sessiyasında şirkətin səhmləri 336,91 dollara çatıb və bu, son bir ayda 22,5% yüksəliş deməkdir 🚀

📊 Bazar kapitallaşmasına görə ilk beşlikdə Apple və Nvidia ilə yanaşı:
• Alphabet (4 trilyon dollar)
• Microsoft (2,89 trilyon dollar)
• Amazon (2,49 trilyon dollar) da yer alır.

📞 Əlaqə:
+994 10 230 01 17
+994 50 573 01 17
117 (5)

Gələcəyin aktivlərini bugündən izləyin 📈Bitcoin-in maksimum sayı 21 milyon ilə məhdudlaşdırılıb. Məhz bu məhdud təklifə ...
24/07/2026

Gələcəyin aktivlərini bugündən izləyin 📈

Bitcoin-in maksimum sayı 21 milyon ilə məhdudlaşdırılıb. Məhz bu məhdud təklifə görə o, tez-tez “rəqəmsal qızıl” adlandırılır.

Bu gün Bitcoin təkcə kriptovalyuta deyil, həm də qlobal maliyyə bazarlarında ən çox izlənilən aktivlərdən biridir. 📈

Unicapital ilə qlobal bazarların bir parçası olun

Address

Yasamal District, 44 Jafar Jabbarly Street, Caspian Plaza Business Center, 10th Floor
Baku
1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994509800117

Alerts

Be the first to know and let us send you an email when Unicapital İnvestisiya Şirkəti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Unicapital İnvestisiya Şirkəti:

Shortcuts

Share