Life at Bank of Baku

Life at Bank of Baku Sizə yaxın bankçılıq.

Filiallarımızın aylıq olaraq satış hədəflərinin dəyərləndirməsi davam edir.👍Beləliklə, 2026-cı ilin 2-ci rübündə SATIŞ Ç...
03/08/2026

Filiallarımızın aylıq olaraq satış hədəflərinin dəyərləndirməsi davam edir.👍
Beləliklə, 2026-cı ilin 2-ci rübündə SATIŞ ÇEMPİONU olan filiallarımızı sizə təqdim edirik.
🏆Aprel – Yeni Gəncə filialı
🏆May ayı – Şirvan filialı
🏆İyun ayı – Mərdəkan filialı

Filiallarımızın əməkdaşlarını bir daha təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

İnsanın ən dəyərli kapitalı sağlamlıqdır! 💼🩺Bank of Baku olaraq, 28 İyul – Ümumdünya Hepatit Gününə həsr olunmuş növbəti...
29/07/2026

İnsanın ən dəyərli kapitalı sağlamlıqdır! 💼🩺

Bank of Baku olaraq, 28 İyul – Ümumdünya Hepatit Gününə həsr olunmuş növbəti seminarımızı keçirdik. “Hepatiti tanı, səhhətini qoru!” mesajının vurğulandığı seminarda Nərimanov Tibb Mərkəzinin həkimi qastroenteroloq-hepatoloq Dr. Arzu Hüseynova hepatit virusları, yoluxma formaları, müdafiə yolları və qaraciyər sağlamlığı barədə ətraflı məlumat paylaşdı. Profilaktik tədbirlər, peyvəndlənmə və vaxtında müalicənin əhəmiyyətindən danışdı.

Sağlam gələcək naminə hepatiti tanıyaq, səhhətimizi qoruyaq!

Bank of Baku media dostları ilə görüş keçirdi.💙Milli Mətbuatın 151 illiyi münasibətilə Bank of Baku əməkdaşları, media n...
24/07/2026

Bank of Baku media dostları ilə görüş keçirdi.💙

Milli Mətbuatın 151 illiyi münasibətilə Bank of Baku əməkdaşları, media nümayəndələri və jurnalistlər səhər yeməyi süfrəsi arxasında bir araya gəldi.
Bu görüş media ilə qarşılıqlı etimad və əməkdaşlıq münasibətlərimizi daha da möhkəmləndirən xoş anlarla yadda qaldı.

Bütün media nümayəndələrinə iştiraklarına görə təşəkkür edir, sözünüzün və qələminizin daima var olmasını arzulayırıq. 📰

Sözün də gücü var!Bank of Baku Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş nitq seminarı təşkil edib. “An...
23/07/2026

Sözün də gücü var!

Bank of Baku Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş nitq seminarı təşkil edib. “Ana dilində peşəkar ünsiyyət, inamlı nitq” başlığı ilə keçirilən seminarda bankın əməkdaşları iştirak ediblər.
Bakı Nitq Mərkəzinin təsisçisi və nitq təlimçisi Firuzə Aslanova tərəfindən keçirilən seminarda
Ana dilimizin tarixindən
Səlis, inamlı və təsirli nitqdən
İşgüzar ünsiyyətdə diqqət edilməli məqamlardan
Verbal və qeyri-verbal ünsiyyətin təsir gücündən
Ünsiyyət zamanı tez-tez yol verilən nitq xətalarından danışılıb.

Sözümüzün gücünə inanaraq ana dilimizdə düzgün və fəxrlə danışaq!💙

15/07/2026

O işıqları yandıran biri mütləq olur.😁

Bank of Baku-nun XVIII Bankdaxili Futbol Çempionatı yekunlaşdı! 🏆Gərgin mübarizə və həyəcan dolu oyunlarla yadda qalan ç...
07/07/2026

Bank of Baku-nun XVIII Bankdaxili Futbol Çempionatı yekunlaşdı! 🏆

Gərgin mübarizə və həyəcan dolu oyunlarla yadda qalan çempionatın yekununda Proqramlaşdırma departamenti çempionluq kubokunun sahibi oldu.

Qalib komandamızı təbrik edir, turnirdə iştirak edən və meydanda güclü komanda ruhu nümayiş etdirən bütün əməkdaşlarımıza təşəkkür edirik!💙

Yaşıl dünya, təmiz bir ekosistem üçün iş başındayıq!💙Bank of Baku olaraq növbəti ekoloji aksiyamızı Xəzər dənizinin Bilg...
01/07/2026

Yaşıl dünya, təmiz bir ekosistem üçün iş başındayıq!💙

Bank of Baku olaraq növbəti ekoloji aksiyamızı Xəzər dənizinin Bilgəh sahilində həyata keçirdik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunan aksiyada əməkdaşlarımız və ekokönüllülər çiyin-çiyinə verərək sahilyanı ərazini plastik, şüşə və digər məişət tullantılarından təmizlədilər.

İnanırıq ki, hər yaşıl toxunuş təbiətdə böyük fərq yaradır. Bank of Baku ekoloji təşəbbüslərinə davam edir.👍

29/06/2026

Əməkdaşlarımızın bu suala olan səmimi cavabları Marketinq departamentini çox sevindirdi. ☺️

Bəs sizcə, işdə ən çox işləyən departament hansıdır? 👀

25/06/2026

Marketinqdən danışanda ətrafa baxmağı unutmayın. Marketinqin hər yerdə gözü-qulağı var. 👀🎤

Bank of Baku “Next Gen Payment Innovations” tədbirində! 🌍💳17–18 iyun tarixlərində Mastercard tərəfindən Bodrumda keçiril...
25/06/2026

Bank of Baku “Next Gen Payment Innovations” tədbirində! 🌍💳

17–18 iyun tarixlərində Mastercard tərəfindən Bodrumda keçirilən tədbirdə bankımızın filial direktorları da iştirak edərək ödəniş sistemlərində innovasiyalar, kibertəhlükəsizlik, fırıldaqçılıq risklərinin idarə olunması və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı ən son yanaşmalarla tanış olublar.

Tədbir çərçivəsində real vaxt monitorinqi, kiber təhdidlərə qarşı mübarizə, ödəniş sistemlərinin dayanıqlılığı və “Agentic AI” kimi yeni texnologiyalar üzrə bilik və təcrübə mübadiləsi aparılıb.

Bu kimi beynəlxalq tədbirlərdə əldə olunan təcrübə müştərilərimizə daha təhlükəsiz, etibarlı və innovativ xidmətlər təqdim etməyimizə töhfə verir. 🚀

Address

Atatürk Prospekti 42
Baku

Alerts

Be the first to know and let us send you an email when Life at Bank of Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life at Bank of Baku:

Shortcuts

Share

Category