Pro Finance

Pro Finance Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pro Finance, Financial service, Baku.

Pro Finance | Mühasibat • Vergi • Audit

Şirkətlər üçün peşəkar mühasibat uçotu, vergi hesabatları, DSMF, maliyyə nəzarəti və daxili audit xidmətləri. 15 ildən artıq təcrübə ilə biznesinizin maliyyə idarəçiliyinə dəstək oluruq.

28/08/2026

Satış komandasında bonus necə hesablanır?

“Kim çox satdısa, çox bonus alsın” — bu, hər şirkət üçün düzgün bonus sistemi deyil.

Yaxşı bonus sistemi şirkətin məqsədlərinə uyğun qurulmalıdır:

🎯 Satış nümayəndəsi üçün real hədəf
📦 Məhsul kateqoriyalarına uyğun target
👤 Hər satış nümayəndəsinin nəticəsinə uyğun fərdi yanaşma
💰 Satışla yanaşı mənfəət və yığım göstəricilərinin nəzərə alınması
📊 Aydın və şəffaf hesablama qaydası

Çünki düzgün qurulmayan bonus sistemi bəzən satışları artırmaq əvəzinə yanlış məhsulun satılmasına, aşağı marjaya və şirkətin əlavə xərc çəkməsinə səbəb olur.

Düzgün bonus sistemi isə həm satışçını motivasiya edir, həm də şirkətin nəticəsinə xidmət edir.

Pro Finance olaraq şirkətlər üçün satış bonus sistemlərinin qurulması və mövcud sistemlərin təhlili üzrə dəstək göstəririk.

📞 +994 70 290 7656
📧 [email protected]
🌐 www.profin.az

Doğru hədəf → doğru motivasiya → daha yaxşı nəticə.

KOB sahibkarları, bu məlumat sizin üçün maraqlı ola bilər. 📌KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırm...
27/08/2026

KOB sahibkarları, bu məlumat sizin üçün maraqlı ola bilər. 📌

KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırmasının aparılması nəzərdə tutulur.

Bəs bazar araşdırması sahibkara nə verir?

🔹 Bazarda real tələbatı görmək
🔹 Rəqibləri və qiymətləri öyrənmək
🔹 Riskləri əvvəlcədən qiymətləndirmək
🔹 İnvestisiya imkanlarını araşdırmaq
🔹 Yeni istehsal istiqamətlərini müəyyənləşdirmək
🔹 Daha düzgün biznes qərarı vermək

Burada əsas məsələ yalnız “nə istehsal edə bilərəm?” sualı deyil.

Əsas sual budur:

“İstehsal edəcəyim məhsula bazarda real tələbat varmı?”

Bu suala cavab tapmadan böyük investisiya qərarı vermək risklidir.

📌 Məlumatı yadda saxlayın və biznesinizə uyğun imkanları araşdırın.

Ətraflı məlumat üçün KOBİA-nın rəsmi səhifələrini izləyə bilərsiniz.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA

Pro Finance olaraq KOB-lara maliyyə və mühasibatlıq məsələlərində peşəkar dəstək göstəririk.

📞 +994 70 290 7656
📧 [email protected]
🌐 www.profin.az

26/08/2026

Mühasibatlıq xidmətinə ehtiyacınız var, amma bunun üçün ayrıca komanda qurmaq istəmirsiniz?

Hər biznesin tam ştatlı mühasib, maliyyə mütəxəssisi və ya daxili auditor saxlamaq imkanına ehtiyacı yoxdur.

Bəzən sizə sadəcə düzgün istiqamət, peşəkar baxış və konkret nəticə lazımdır.

Pro Finance olaraq biznesinizin ehtiyacına uyğun:

▪️ Mühasibat uçotunu aparır və yoxlayırıq
▪️ Vergi və hesabat məsələlərində dəstək göstəririk
▪️ Maliyyə sənədlərini təhlil edirik
▪️ Daxili audit və nəzarət qiymətləndirməsi aparırıq
▪️ Problemləri yerində müəyyənləşdiririk
▪️ Lazımi həllərin tətbiqində dəstək oluruq

Üstəlik, xidmət üçün sizin müəssisənizi tərk etməyinizə ehtiyac yoxdur. Biz sizin yanınıza gəlirik.

Əgər biznesinizdə mühasibatlıq və maliyyə proseslərinin daha düzgün qurulmasına ehtiyac olduğunu düşünürsünüzsə, bizimlə əlaqə saxlayın.

📞 +994 70 290 7656
📧 [email protected]
🌐 www.profin.az

Pro Finance — maliyyə və mühasibatlıq üzrə peşəkar dəstək.

23/08/2026

Satınalma var. Bəs nəzarət varmı?

Şirkətdə satınalma prosesi düzgün qurulmadıqda, görünməyən xərclər zamanla böyük maliyyə itkisinə çevrilə bilər.

🔹 Təchizatçı seçimi şəffafdır?
🔹 Qiymətlər müqayisə olunur?
🔹 Eyni şəxslər bütün prosesi idarə edir?
🔹 Sənədləşmə tam aparılır?
🔹 Satınalmalara sonradan nəzarət olunur?

Əgər bu suallardan bir neçəsinə cavabınız “xeyr” və ya **“bilmirik”**dirsə, prosesdə nəzarət boşluğu ola bilər.

Pro Finance olaraq satınalma prosesinin daxili auditini həyata keçirir, riskləri və nəzarət boşluqlarını müəyyən edir, daha şəffaf və nəzarətli satınalma mexanizminin qurulmasına dəstək göstəririk.

Çünki məqsəd sadəcə satın almaq deyil — düzgün, əsaslandırılmış və nəzarətli satın almaqdır.

📞 +994 70 290 7656
📧 [email protected]
🌐 www.profin.az

LinkedIn: Pro Finance
TikTok: profinance.az

19/08/2026

📊 Maliyyə hesabatları yalnız rəqəmlərdən ibarət deyil.
Şirkətin maliyyə vəziyyətini düzgün qiymətləndirmək üçün hesabatların hazırlanması ilə yanaşı, onların təhlili və maliyyə göstəricilərinin sistemli şəkildə qiymətləndirilməsi də vacibdir.
Pro Consulting:
▪️ Maliyyə hesabatlarının hazırlanması
▪️ Büdcə və maliyyə təhlili modellərinin hazırlanması
▪️ Maliyyə hesabatlarının təhlili
▪️ Maliyyə göstəricilərinin qiymətləndirilməsi
▪️ Büdcə və faktiki nəticələrin müqayisəsi
📌 Unutmayın: Düzgün maliyyə məlumatı — düzgün qərarın əsaslarından biridir.
Pro Consulting
Peşəkar maliyyə təhlili və idarəetmə həlləri.

17/08/2026

Müştəriləriniz sizə borcludur, amma siz öz öhdəliklərinizi vaxtında yerinə yetirməlisiniz?

Problem yalnız borcun olması deyil.

Əsas problem — borcun nə qədər müddətə, hansı səbəbdən və hansı müştəridən yarandığının sistemli şəkildə idarə olunmamasıdır.

Pro Finance olaraq şirkətlərə problemli debitor borcların idarə olunması üzrə dəstək göstəririk:

🔹 Debitor borcların təhlili
🔹 Gecikmiş və problemli borcların müəyyənləşdirilməsi
🔹 Borcların prioritetləşdirilməsi
🔹 Ödəniş intizamına nəzarət
🔹 Debitor borclar üzrə daxili nəzarət sisteminin qurulması
🔹 Borcların geri qaytarılması prosesinin sistemləşdirilməsi

Vaxtında idarə olunmayan debitor borc — sadəcə mühasibat uçotunda rəqəm deyil, biznes üçün real maliyyə riskidir.

Problemi böyümədən idarə edin.

📩 Pro Finance ilə əlaqə saxlayın.

Pro Finance | Maliyyə • Audit • Mühasibat • Konsaltinq

15/08/2026

Mühasibat uçotu təkcə vergi bəyannaməsi demək deyil! 📊

Bir çox sahibkar elə bilir ki, mühasibat yalnız hesabat təqdim etməkdən ibarətdir. Amma kiçik bir səhv belə ciddi cərimələrə və maliyyə itkilərinə səbəb ola bilər ❌

Ən çox rast gəlinən səhvlər:
✔️ Gəlir-xərclərin vaxtında uçota alınmaması
✔️ Sənədlərin düzgün saxlanılmaması
✔️ Şəxsi və biznes xərclərinin qarışdırılması
✔️ Bank əməliyyatlarının uçotla üst-üstə düşməməsi

Biznesinizi qorumaq istəyirsinizsə, uçotunuzu mütəmadi yoxlayın 🛡️

Siz biznesinizə vaxt ayırın, biz sizin uçotunuza və maliyyənizi idarə edək! 💼

📞 +994 70 290 7656
🌐 www.profin.az

14/08/2026

Bir görüş üçün saatlarla yol getməyə dəyərmi?

Ofisdən çıxırsınız.
Yola vaxt gedir.
Tıxacda qalırsınız.
Görüş, geri dönüş və nəticədə bir neçə saat itirirsiniz.

Halbuki həmin vaxtı birbaşa biznesinizə ayıra bilərsiniz.

Pro Finance olaraq biz sizə gəlirik. 🚗

Mühasibatlıq, vergi, maliyyə və daxili audit üzrə ehtiyacınızı sizin ünvanınızda qiymətləndirir, mövcud vəziyyəti təhlil edir və uyğun həlləri təqdim edirik.

📍 Siz olduğunuz yerdə qalın.
⏱️ Vaxtınızı yola sərf etməyin.
💼 Biz sizə yaxınlaşaq, məsələnizi birlikdə həll edək.

Siz rahat oturun, biz yaxınlaşaq.

📞 +994 70 290 7656
📧 [email protected]
🌐 www.profin.az

📊 Vergi bəyannaməsi hazırlamaq sadəcə rəqəmləri doldurmaq deyil.Düzgün hesablamalar, düzgün uçot və vaxtında təqdim edil...
12/08/2026

📊 Vergi bəyannaməsi hazırlamaq sadəcə rəqəmləri doldurmaq deyil.
Düzgün hesablamalar, düzgün uçot və vaxtında təqdim edilmə — vergi hesabatlarının əsas hissələridir.
Bütün bu prosesi öz üzərinizə götürmək əvəzinə, Pro Finance-in xidmətlərindən yararlana bilərsiniz.
🔹 Vergi bəyannamələrinin hazırlanması
🔹 Hesabatların təqdim edilməsi
🔹 Vergi uçotu
🔹 Vergi məsələləri üzrə məsləhət
Biznesinizə fokuslanın. Vergi hesabatlarınızı bizə həvalə edin.
📩 Ətraflı məlumat üçün DM.

.🏗️ TİKİNTİ LİSENZİYASI ALMAQ İSTƏYİRSİNİZ?Tikinti fəaliyyətiniz üçün hansı lisenziya paketinin uyğun olduğunu bilmirsin...
10/08/2026

.
🏗️ TİKİNTİ LİSENZİYASI ALMAQ İSTƏYİRSİNİZ?

Tikinti fəaliyyətiniz üçün hansı lisenziya paketinin uyğun olduğunu bilmirsiniz?

Pro Finance sizə bu prosesdə dəstək olur.

🔹 SADƏ PAKET
Standart tikinti layihələri

🔹 ORTA PAKET
Yol və infrastruktur layihələri

🔹 TAM PAKET
Daha geniş tikinti fəaliyyətləri

📌 Fəaliyyət istiqamətinizə uyğun paket müəyyən edilir və lisenziya prosesinin təşkili üzrə dəstək göstərilir.

📞 +994 70 290 7656
📧 [email protected]

Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Address

Baku
AZ 1000

Alerts

Be the first to know and let us send you an email when Pro Finance posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share