Qarabağ Dirçəliş Fondu

Qarabağ Dirçəliş Fondu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qarabağ Dirçəliş Fondu, Finance, Qurban Abbasov küç. 5, Bayıl Bay, Baku.

26/08/2026

Bu gün 26 avqust - Laçın Şəhəri Günüdür.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə rəşadətli Ordumuzun şanlı qələbəsindən sonra dekabrın 1-də erməni silahlı birləşmələri Laçın rayonunu tərk etməli oldu. 2022-ci il avqustun 26-da isə Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu.

Həyata keçirilən irimiqyaslı bərpa-quruculuq layihələri və “Böyük Qayıdış” proqramı çərçivəsində Laçın bu gün müasir simasına qovuşur, zəngin tarixi-mədəni irsini qoruyaraq dinamik inkişaf edən, həyatın yenidən canlandığı nümunəvi məkana çevrilir.

Laçın Şəhəri Günümüz mübarək olsun!

Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçibQarabağ Dirçəliş Fondu 31 d...
25/08/2026

Qarabağ Dirçəliş Fondunun 2025-ci il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçib

Qarabağ Dirçəliş Fondu 31 dekabr 2025-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor “PwC Azərbaycan” şirkətinin müvafiq dövr üzrə apardığı audit yoxlamalarına dair hesabatını (rəyini) dərc edib.

Fondun maliyyə hesabatları 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyəti, həmin tarixdə başa çatmış il üzrə mənfəət və ya zərər və sair məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatları, habelə mühüm uçot siyasəti prinsipləri və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatlarına dair qeydləri əhatə edir.

Fondun Müşahidə Şurasının müvafiq qərarı ilə kənar auditor təyin edilən “PwC Azərbaycan” şirkəti tərəfindən Qarabağ Dirçəliş Fondunun 2025-ci il 31 dekabr tarixinə maliyyə hesabatına dair verilən 22 may 2026-cı il tarixli rəydə qeyd olunub: “Bizim fikrimizcə, hazırkı maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından “Qarabağ Dirçəliş Fondu”nun (“Fond”) 31 dekabr 2025-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini MHBS Uçotu Standartlarına uyğun olaraq düzgün əks etdirir”.

Qeyd edilməlidir ki, Müşahidə Şurasının digər müvafiq qərarı ilə auditorun rəyi qəbul edilib.

Məlumat üçün bildirək ki, 2025-ci il ərzində Qarabağ Dirçəliş Fonduna ümumilikdə 53,868,439 AZN ianə olunub. 2025-ci ildə qeydə alınan azalmadan sonra 2026-cı ilin ilkin göstəriciləri ianə daxilolmalarının yenidən artım dinamikasına keçdiyini nümayiş etdirir. Bu tendensiya növbəti il üzrə audit olunmuş maliyyə hesabatlarında öz əksini tapacaq.

Eyni zamanda qeyd olunmalıdır ki, Fond investisiya fəaliyyəti çərçivəsində 2025-ci il ərzində ümumilikdə 96,911,491 AZN maliyyə gəliri əldə edib. Bunun 88,302,802 AZN-i borc qiymətli kağızlar üzrə, 8,608,689 AZN-i isə banklarda gündəlik gəlirli hesablarda yerləşdirilmiş vəsaitlər üzrə faiz gəlirlərinin payına düşür.

Əldə edilən maliyyə gəlirləri keçən ilin göstəriciləri ilə müqayisədə 29.94% artıb. Nəticədə, maliyyə gəlirlərinin Fondun il üzrə ümumi gəlirlərində payı 48.16%-dən 64.27%-ə qədər yüksəlib.

Bununla da, 31 dekabr 2025-ci il tarixinə Fondun cəmi aktivlərinin həcmi 7.5% və ya 122,1 milyon manat artaraq 1,739,869,260 AZN-ə çatıb.

2025-ci il ərzində ümumi, inzibati və sair əməliyyat xərclərində müşahidə olunan artım bərpa və yenidənqurma işlərinə yönəldilən dəstəyin həcminin genişlənməsi, habelə fandreyzinq və kommunikasiya fəaliyyətinin intensivləşməsi ilə bağlıdır.

Eyni zamanda qeyd olunmalıdır ki, 2025-ci il üçün Fondun hesablanmış mənfəət vergisi xərci 19,180,494 AZN təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 4,584,472 AZN (31.41%) çoxdur. Qeyd edək ki, ianələr mənfəət vergisinə cəlb edilmir — vergi yalnız Fondun investisiya fəaliyyətindən əldə etdiyi gəlirlərdən hesablanır.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il üzrə açıqladığı siyahılara əsasən, Qarabağ Dirçəliş Fondu ölkənin 100 ən böyük vergi ödəyicisi sırasında hər iki istiqamət üzrə yer alıb, belə ki, Fond dolayı vergilər (ƏDV və aksizlər) istisna olmaqla hesablanan vergi öhdəlikləri üzrə 43-cü, ödənilmiş vergilərin ümumi məbləği üzrə isə 74-cü pillədə qərarlaşıb.

Fondun hesabatları və auditorun rəyi ilə Fondun rəsmi saytında Azərbaycan və ingilis dillərində tanış olmaq olar.

Azərbaycan dilində:https://qdf.gov.az/media/files/article/255/MHBS-uygun-Maliyye-Hesabatlari-ve-Musteqil-Auditorun-Hesabati-2025.pdf

İngilis dilində:https://qdf.gov.az/media/files/article/513/IFRS-Financial-Statements-and-Independent-Auditor-s-Report-2025.pdf

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondunun Nizamnaməsinə əsasən, Fond öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Bu standartlara uyğun olaraq, Fondun kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək Müşahidə Şurasının əsas vəzifələrindən biridir.

Qarabağ Dirçəliş Fondu 31 dekabr 2025-ci il tarixinə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanmış maliyyə hesabatlarını və müstəqil auditor

Bu gün Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günüdür.Bu əlamətdar gün münasibətilə Dövlət Sərhəd Xidmətinin ...
18/08/2026

Bu gün Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günüdür.

Bu əlamətdar gün münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün heyətini və torpaqlarımızın toxunulmazlığı, sərhədlərimizin etibarlı mühafizəsi uğrunda fədakarlıqla xidmət edən bütün hərbçilərimizi səmimi qəlbdən təbrik edir, onlara çətin, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq!

Viranlıqdan dirçəlişə - Sadıqcanın evi Qarabağın musiqi beşiyi sayılan Şuşa şəhərinin tarixi-memarlıq abidələrindən biri...
24/07/2026

Viranlıqdan dirçəlişə - Sadıqcanın evi

Qarabağın musiqi beşiyi sayılan Şuşa şəhərinin tarixi-memarlıq abidələrindən biri də görkəmli musiqiçi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evdir.

Əsl adı Mirzə Əsəd oğlu Sadıq olan musiqiçi 1846-cı ildə Şuşa şəhərində anadan olub. Ailələri maddi cəhətdən o qədər də imkanlı olmayıb, atası gözətçi işləyib.

Musiqiçinin doğulduğu ev birmərtəbəli olmaqla iki otaqdan ibarət olub. Şöhrət qazandıqdan sonra Şuşanın ən yaxşı küçələrindən birində Sadıqcanın evi kimi tanınan üç mərtəbəli ev tikdirib.

1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşanı işğal etdikdən sonra Sadıqcanın evi də xarabalığa çevrilib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb (https://karabakh.center/az/cd-248/susa/sadiqcanin-evi).

Vətən müharibəsində Şuşanın azad edilməsindən sonra dağıdılmış bir çox tikililər kimi Sadıqcanın evi də bərpa olunub. Daha ətraflı təqdim etdiyimiz fotolarda tanış ola bilərsiniz.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.Milli Mətbuat Günü münasibətilə öz missiyasını vicdanla ye...
22/07/2026

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür.

Milli Mətbuat Günü münasibətilə öz missiyasını vicdanla yerinə yetirən bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, məsuliyyətli və peşəkar fəaliyyətlərində tükənməz enerji və uğurlar arzu edirik.

Bayramınız mübarək olsun!

09/07/2026

İyulun 7-də Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının (AzRA) təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsində (Colorsofkarabakh.com) iştirak edən gənc rəssamların mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, AzRA-nın rektoru, Xalq rəssamı Natiq Əliyev, AzRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, AzRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev və layihədə iştirak edən gənc rəssamlar iştirak ediblər.

Çıxışlardan sonra mükafatlandırma mərasiminə start verilib. “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi çərçivəsində 24-ü rəsm, 5-i heykəltəraşlıq nümunəsi olmaqla ümumilikdə 29 sənət əsəri ərsəyə gətir 26 gənc rəssama Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatlar, o cümlədən QDF və PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən xüsusi təqaüd təqdim olunub.

Tədbirdən hazırlanan qısa videoicmalı təqdim edirik.

Bu gün Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.Azərbaycanın diplomatik xidmət orqanla...
09/07/2026

Bu gün Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edir, onlara dövlətimizin milli maraqlarının qorunması və beynəlxalq müstəvidə uğurla təmsil olunması istiqamətindəki fəaliyyətlərində uğurlar arzu edirik.

QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdıİyulun 7-də Qarabağ Dirçəliş Fon...
08/07/2026

QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

İyulun 7-də Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının (AzRA) təşkilati dəstəyi ilə həyata keçirilən “Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsində (Colorsofkarabakh.com) iştirak edən 26 gənc rəssamın mükafatlandırma mərasimi keçirilib.

Qeyd olunmalıdır ki, layihənin builki buraxılışında əsas diqqət keçmişin dağıntılarına deyil, Qarabağın bu gününə və gələcəyinə, regionun dirçəlişinə, bərpa və yenidənqurma prosesinə, həmçinin füsunkar təbiəti ilə mədəni irsinə yönəlib. Qeyd olunan mövzuda 26 gənc rəssam tərəfindən 24-ü rəsm, 5-i heykəltəraşlıq nümunəsi olmaqla ümumilikdə 29 sənət əsəri ərsəyə gətirilib.

Tədbirdə Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Rəssamlıq Akademiyasının (AzRA) rektoru, Xalq rəssamı Natiq Əliyev, AzRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, AzRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı Fuad Salayev və layihədə iştirak edən gənc rəssamlar iştirak ediblər.

Çıxışlardan sonra mükafatlandırma mərasiminə start verilib.

“Qarabağın Rəngləri: Faciədən Zəfərə” (2026) layihəsi çərçivəsində əsərlərin müəlliflərinə Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatlar, o cümlədən QDF və PAŞA Kapital İnvestisiya Şirkəti tərəfindən xüsusi təqaüd təqdim olunub.

Məlumat üçün bildirək ki, “Qarabağın Rəngləri” (2026) layihəsi çərçivəsində ərsəyə gətirilən əsərlər yaxın günlərdə xeyriyyə hərracına çıxarılacaq və əldə edilən bütün vəsait QDF-ə ianə olunacaq.

Qarabağ Dirçəliş Fondu Katiblik və ümumi işlər şöbəsinin referenti vəzifəsinə vakansiya elan edirAli təhsilə malik, sənə...
06/07/2026

Qarabağ Dirçəliş Fondu Katiblik və ümumi işlər şöbəsinin referenti vəzifəsinə vakansiya elan edir

Ali təhsilə malik, sənədləşmə sahəsində minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vakansiya ilə bağlı ətraflı məlumat almaq və iş üçün müraciət etmək istəyən şəxslərdən Qarabağ Dirçəliş Fondunun rəsmi saytının “Vakansiyalar” bölməsinə (https://qdf.gov.az/media-merkezi/vakansiyalar/22-Referent.html) daxil olmaları xahiş olunur.

Bütün müraciətlər nəzərdən keçiriləcək və yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Bütün namizədlərə uğurlar arzu edirik!

Qarabağ Dirçəliş Fondu Katiblik və Ümumi işlər şöbəsinə referent vəzifəsi üzrə vakansiya elan edir. Müraciət formasını dolduraraq müvafiq vakant yer

Qarabağ Dirçəliş Fondu Maliyyə şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edirMaliyyə, Mühasibat uçotu, İqt...
03/07/2026

Qarabağ Dirçəliş Fondu Maliyyə şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir

Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil alan, maliyyə və ya mühasibatlıq sahəsində minimum 4 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Vakansiya ilə bağlı ətraflı məlumat almaq və iş üçün müraciət etmək istəyən şəxslərdən Qarabağ Dirçəliş Fondunun rəsmi saytının “Vakansiyalar” bölməsinə (https://qdf.gov.az/media-merkezi/vakansiyalar/20-Maliyye-shobesinin-aparici-mutexessisi.html) daxil olmaları xahiş olunur.

Bütün müraciətlər nəzərdən keçiriləcək və yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

Bütün namizədlərə uğurlar arzu edirik!

Qarabağ Dirçəliş Fondu Maliyyə şöbəsinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Müraciət formasını dolduraraq müvafiq vakant yer üzrə müraciət

Address

Qurban Abbasov Küç. 5, Bayıl Bay
Baku
1003

Alerts

Be the first to know and let us send you an email when Qarabağ Dirçəliş Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Qarabağ Dirçəliş Fondu:

Shortcuts

Share

Category