29/07/2026
🚨 Fişinq hücumlarından qorunmaq üçün aşağıdakı mövzularda diqqətli olun!
Son dövrlərdə bankların adından göndərilən saxta SMS-lər, e-poçtlar və linklər vasitəsilə istifadəçilərin məlumatlarını ələ keçirməyə yönəlmiş fişinq cəhdlərinin sayı artmaqdadır.
Təhlükəsizliyinizi qorumaq üçün bunlara diqqət edin:
🔐 Bank heç bir halda SMS, e-poçt və ya telefon zəngi ilə kart məlumatlarınızı, PIN kodunuzu, OTP təsdiq kodunuzu və digər məxfi məlumatlarınızı tələb etmir.
🌐 Mənbəyinə əmin olmadığınız linklərə daxil olmayın və məlumat paylaşmayın.
📞 Özünü bank əməkdaşı kimi təqdim edən şəxslərlə danışarkən ehtiyatlı olun, məlumat verməzdən əvvəl zəngin həqiqiliyini təsdiqləyin.
🛡️ Şəxsi və maliyyə məlumatlarınızı qorumaq üçün yalnız rəsmi bank kanallarından istifadə edin.