Azərbaycanın ilk taksit kartı “Bolkart” 26 oktyabr 2011-ci il tarixində “Bank of Baku” tərəfindən müştərilərin xidmətinə verildi. Bununla da ölkədə yeni bir dövrün – taksitli alış-verişin təməli qoyuldu.
“Bolkart” həm Kredit, həm də Debet kartı olmaqla iki növdə müştərilərə təqdim olunur. 2015-ci ildə “Bolkart” yenilənərək hər kəsə özəl 5 kartı - “Bolkart Gənc”, “Bolkart Ailə”, “Bolkart Gold”, “B
olkart Business”, və “Bolkart Diamond” kartlarını təqdim etmişdir.
“Bolkart”ın hal-hazırda 2000-dən çox partnyor şəbəkəsi var. Müştərilər partnyor mağazalardan edilən alış-verişlərin xərcini 1, 2, 3, 6, 9, 12, 18 və ya 24 aya hissə-hissə ödəyə bilərlər. Bolkart əldə edən müştərilər bütün ödənişlərinə 60 gün güzəşt müddəti, alış-verişlərinə 25%-dək CASHBACK qazanır, eyni zamanda, kart balanslarının 100% hissəsini nağdlaşdıra bilirlər.