Halal Ekosistem

  • Home
  • Halal Ekosistem

Halal Ekosistem Halal ekosistem ilə Halal biznes dünyasına qoşul

28/05/2026
📢 "Halal Qazanc Bələdçisi" kursunun 3-cü mövsümü başlayır. Bu kursu nə üçün təşkil etdik ❓ - Həyati Zərurət: İnsan ömrü ...
26/05/2026

📢 "Halal Qazanc Bələdçisi" kursunun 3-cü mövsümü başlayır.

Bu kursu nə üçün təşkil etdik ❓

- Həyati Zərurət: İnsan ömrü boyu həkimə, mühəndisə müraciət etməyə bilər, amma ticarətlə, pulla hər gün təmasdadır. Hər kəs üçün mağaza, bazar və alış-veriş gündəlik həyatın bir hissəsidir. Bu sahədə savadlılıq artıq bir zərurətdir.

- Haramdan Qorumaq: Duaların qəbulu, xeyrili işlərin uğurlu, işin bərəkəti və axirət səadəti birbaşa "halal qazanc" ilə bağlıdır. Niyyətimiz insanları bilmədən harama düşməkdən qorumaqdır.

- Xatırlatmaq: Qur'anın "xatırlat" əmrinə əsaslanaraq, halal qazanc qaydalarını davamlı təlim vasitəsilə qalıcı dəyərlərə və vərdişlərə çevirməyi hədəfləyirik.

- Təbliğat: Kursun reklam edilməsi, mahiyyət etibarilə halal dəyərlərin reklamıdır əslində.

- Halal Biznesin İnkişafı: Bu sektor üzrə mövcud zəif tələbi artırmaq, cəmiyyətdə düzgün anlayış formalaşdırmaq, sektoru inkişaf etdirmək və gələcəyə hazır kadrlar yetişdirmək.

Ətraflı: https://halalekosistem.com/event/halal-biznes-beledcisi-kursu-7

🏦🇦🇿 Azərbaycan Beynəlxalq Bankı (ABB) yaxın vaxtlarda İslam maliyyələşməsi üzrə “Murabaha" kreditini təqdim edəcək.Bunu ...
09/05/2026

🏦🇦🇿 Azərbaycan Beynəlxalq Bankı (ABB) yaxın vaxtlarda İslam maliyyələşməsi üzrə “Murabaha" kreditini təqdim edəcək.

Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bankın dayanıqlılıq hesabatına həsr olunmuş 08.05.2026 tarixli (dünən) mətbuat konfransında deyib.

“Xüsusi tənzimləmə rejimi çərçivəsində rezident hüquqi şəxslərin və fərdi sahibkarların daşınmaz və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlaklarının maliyyələşdirilməsi üzrə “Murabaha” məhsulunun müştərilərə təklif olunması nəzərdə tutulur. Məhsul artıq tam hazırdır. Kreditləşmə məbləği 100 min manatdan 5 milyon manatadək olacaq. Düşünürük ki, yaxın zamanda müştərilərə təqdim ediləcək”, - deyə o bildirib.

Daha ətraflı saytımızda

🇦🇿🏦Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov:"... Məqsədimiz bu sahədə qanunvericilik bazasının "İslam pəncə...
07/05/2026

🇦🇿🏦Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov:

"... Məqsədimiz bu sahədə qanunvericilik bazasının "İslam pəncərəsi" yanaşması ilə tənzimlənməsidir. Bu o deməkdir ki, ənənəvi bank lisenziyası olan banklar İslam maliyyəsinə aid olan bəzi məhsulları (bır sıra ölkələrdə buna "alternativ bankçılıq" deyirlər) təqdim edə bilərlər.

Görsək ki, kifayət qədər, inanılmaz dərəcədə böyük tələbat var, ola bilsin ayrıca İslam bankçılığı lisenziyası üzərində düşünək. Bu sahədə bütün qanunvericilik paketləri hazırdır və düşünürəm ki, razılaşdırma prosesindədir....Bütün banklarımız həm İslam maliyyəsinə aid olan kreditlər, həm depozitlərlə bazara çıxa biləcəklər".

̇slambankçılığı

📝 Maliyyə və ticarət əməliyyatlarında "gecikmə faizi" (dəbbə pulu, cərimə) əsasən iki fərqli vəziyyətdə ortaya çıxır:1. ...
03/05/2026

📝 Maliyyə və ticarət əməliyyatlarında "gecikmə faizi" (dəbbə pulu, cərimə) əsasən iki fərqli vəziyyətdə ortaya çıxır:

1. Nağd pul borcunda yaranan gecikmə: Bu birbaşa faizdir.

2. Vədəli ticarətdə yaranan gecikmə:

Nisiyə (hissə-hissə və ya sonradan ödənişlə) alınan hər hansı bir malın (əşyanın) pulunun vaxtında ödənməməsi səbəbilə satıcının tələb etdiyi əlavə cərimədir.

İzah: Nisiyə ticarət zamanı satıcı malı nağd şəkildə alıcıya təhvil verir, alıcı isə onu qəbul edərək (qəbz) pulunu sonradan ödəməyi öhdəsinə götürür. İqtisadi və hüquqi baxımdan bu addımla Alqı-Satqı (Bey') müqaviləsi yekunlaşır və malın mülkiyyət hüququ tamamilə alıcıya keçir.

Lakin alıcı hələ malın pulunu tam ödəmədiyi üçün, o, satıcıya qarşı pul öhdəliyi daşıyır. Yəni, mülkiyyət hüququnun keçməsi ilə alqı-satqı (Bey') əqdi başa çatır və həmin andan etibarən tərəflər arasında Borc (Deyn) münasibəti başlayır. Məhz buna görə də, ödəniş mərhələsində artıq ticarət qaydaları deyil, İslamın borc hüququnun (qərz/deyn) təməl hökmləri tətbiq edilməlidir.

Ardı və ətraflı story-də (saytımızda)

💰💵İslam hüququnda sələm (riba) iki əsas kateqoriyaya bölünür: Riba əl-Nəsiə (borc sələmi) və Riba əl-Fadl (ticarət sələm...
26/04/2026

💰💵İslam hüququnda sələm (riba) iki əsas kateqoriyaya bölünür: Riba əl-Nəsiə (borc sələmi) və Riba əl-Fadl (ticarət sələmi). Bu iki anlayış arasındakı fərqi ən sadə şəkildə "zaman" və "miqdar" faktorları ilə izah etmək olar.

⏳1. Riba əl-Nəsiə (borc faizi)

Bu, klassik və ən çox tanınan sələm növüdür. Borc verilən məbləğin geri qaytarılma müddəti uzandıqca, həmin məbləğin üzərinə əlavə faiz qoyulmasıdır. Buradakı artım (faiz/riba) zaman müqabilində alınır.

2. Riba əl-Fadl (ticarət faizi)

İslam hüququnda Riba əl-Fadl eyni cinsdən olan malların mübadiləsi zamanı bir tərəfin digərindən daha çox miqdar alması deməkdir. Bu növ sələm borc müqavilələrində deyil, eyni növ malların bir-biri ilə mübadiləsi (barter) zamanı yaranır. Peyğəmbər aleyhissalamın qeyd etdiyi 6 mal (qızıl, gümüş, buğda, arpa, xurma, duz) üzərindən izah olunur.

👉 Ardı saytımızda. Linki açıqlama qismində yerləşdiririk.

Halallıq standartlarına görə bir əməliyyatın halallığı dəyərləndirilərkən həm birbaşa həm də dolyası metod tətbiq edilir...
24/04/2026

Halallıq standartlarına görə bir əməliyyatın halallığı dəyərləndirilərkən həm birbaşa həm də dolyası metod tətbiq edilir, yəni o əməliyyatın nəticələri də nəzərə alınır. Bu prinsip “vasitələrin hökmü məqsədlərə bağlıdır" qaydası ilə ifadə olunur və hər hansı bir əməliyyatın və ya vasitənin dəyərləndirilməsində, onun yaratdığı nəticə və məqsədin əsas götürülməsi vacib hesab edilir.

Sualın cavabı story-də

⚠️ Netflix yoxsa Tabii? Sən halal olanı seç. Özünü qoru, halal sektoru dəstəklə.
09/01/2026

⚠️ Netflix yoxsa Tabii? Sən halal olanı seç. Özünü qoru, halal sektoru dəstəklə.

"Halal Biznes Bələdçisi" kursunun II mövsümü başlayır.Müasir biznes dünyasında haramdan qorunaraq uğur qazanmaq artıq çə...
01/01/2026

"Halal Biznes Bələdçisi" kursunun II mövsümü başlayır.

Müasir biznes dünyasında haramdan qorunaraq uğur qazanmaq artıq çətin deyil. Cəmi 34 saat ərzində iqtisadi həyatını və biznesini İslam qaydalarına uyğun idarə etməyin yollarını öyrənin!

🎯 Bu kurs sənə həm dünyada uğurlu sahibkar olmaq, həm də axirətini qorumaq üçün bələdçi ola bilər.

📑 Mövzular İslam hüququnun ən səhih qaynaqlarına, eləcə də AAOIFI, İslam Fiqh Akademiyası kimi nüfuzlu beynəlxalq qurumların qərar və standartlarına əsaslanaraq hazırlanıb. Kursda müasir reallıqlar və beynəlxalq tələblər də nəzərə alınıb.

👤 Təlimçi haqqında: Yamin Savalanlı – İstanbul Universitetinin "İslam İqtisadiyyatı və Maliyyəsi" üzrə doktorantı, "Halal Ekosistem" platformasının rəhbəri və biznes konsultan.

Kursun Strukturu:

⏳ Müddət: 2 ay (34 saat)
💻 Format: Onlayn / Oflayn
📚 Tədris: Nəzəri + praktik sintez, 500+ səhifəlik oxu materialı
📝 Qiymətləndirmə: Hər dərsdən sonra test
🎓 Yekun imtahan: 100+ sual
🏅 Sertifikat: “Halal Sahibkar” (90%+)

✨ Bu kursa qatılmaqla siz həm fərdi inkişafınıza və axirətinizə yatırım edir, həm də ölkəmizdə peşəkar Halal Ekosistem mədəniyyətinin formalaşmasına töhfə verirsiniz.

📩 Kurs haqqında ətraflı məlumat almaq və proqram ilə tanış olmaq üçün rəy bölməsində "+" qoya və ya şəxsi mesaj (DM) vasitəsilə əlaqə saxlaya bilərsiniz. Birbaşa qeydiyyat üçün isə 0707279920 nömrəsinə yaza və ya https://lnkd.in/d7TZKvNC formu doldura bilərsiniz.

Üsul məqsəddən öncə gəlir. Ölçü alətləri korlanarsa bütün məqsədlər şübhə altına düşər, cəmiyyətdə nizam-intizam pozular...
28/12/2025

Üsul məqsəddən öncə gəlir. Ölçü alətləri korlanarsa bütün məqsədlər şübhə altına düşər, cəmiyyətdə nizam-intizam pozular.

Halallıq günümüzdə ən çox sui istifadəyə məruz qalan məsələdir.

İctimai nəzarət qurum və təşkilatların məsuliyyətini artırmaqdadır. Ona görə də cəmiyyətin fikrini öyrənmək üçün belə bir sorğu keçirmək istədik.

Zəhmət olmasa hər kəs hansı qurumun "halaldır" sözünə etibar etdiyini şərh bölümündə yazsın.

Address

Project Plaza (Nizami Metrosu Yaxınlığı) Bir

Alerts

Be the first to know and let us send you an email when Halal Ekosistem posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Finance Company?

Share