Impact Azerbaijan

Impact Azerbaijan We built the Impact ecosystem to drive change,ensure equal opportunities, and reshape the entrepreneurial narrative.

We are deeply saddened by the passing of Gulnara Aslanbayli, Co-Founder of Impact Azerbaijan.Gulnara was a passionate le...
08/03/2026

We are deeply saddened by the passing of Gulnara Aslanbayli, Co-Founder of Impact Azerbaijan.

Gulnara was a passionate leader and a dedicated advocate for social impact whose work greatly contributed to the development of the impact ecosystem in Azerbaijan. Her vision, kindness, and commitment to empowering communities will always be remembered.

On behalf of the Impact Azerbaijan community, we extend our heartfelt condolences to her family, friends, and colleagues. Her legacy will continue to inspire many.

Rest in peace, Gulnara. You will always remain in our hearts.

Gördüyün işin təsirini sübut etməsən, sadəcə “niyyət” olaraq qalır.🔎 Maraqlı faktlar:–   aparılan bir araşdırma göstərib...
21/11/2025

Gördüyün işin təsirini sübut etməsən, sadəcə “niyyət” olaraq qalır.

🔎 Maraqlı faktlar:
– aparılan bir araşdırma göstərib ki, təsirini ölçən sosial müəssisələr 3 dəfə daha çox investor cəlb edir.
– -da isə təsir göstəricilərini paylaşan müəssisələrin müştəri loyallığı 60%-ə qədər artır – insanlar dəqiq nəticəni görmək istəyir.
– təsir ölçməsini tətbiq edən şirkətlərdə davamlılıq layihələrinin uğur faizi 2 dəfə yüksəkdir.
–Boston Consulting Group (BCG)-nin hesabatına görə, sosial təsirini ölçən müəssisələr bazarda orta bizneslərə nisbətən 20% daha sürətli böyüyür.

✨ Ölçmək niyə vacibdir?
🔹 İnsana göstərirsən ki, gördüyün iş real həyatlarını dəyişir.
🔹 İnvestora sübut edirsən ki, pul sadəcə xərclənmir, nəticə yaradır.
🔹 Özün üçün isə aydın olur: doğru yoldasan, yoxsa dəyişiklik lazımdır.

👉 Təsiri ölçmək – həm güzgüdə özünü görməkdir, həm də başqalarına güvən verməkdir.

🌍 Təsir investisiyası nədir?Bu, yalnız pul qazanmaq deyil – sərmayənizi dəyərlərə və gələcəyə xidmət edən layihələrə yön...
14/11/2025

🌍 Təsir investisiyası nədir?
Bu, yalnız pul qazanmaq deyil – sərmayənizi dəyərlərə və gələcəyə xidmət edən layihələrə yönəltməkdir.

✨ Təsir investisiyası ilə siz:
🔹 Təbiəti qoruyursunuz – resurslardan ağıllı istifadə və davamlılıq təmin olunur.
🔹 Cəmiyyətə dəstək olursunuz – rifah və sosial inkişaf artır.
🔹 İnsanların imkanlarını gücləndirirsiniz – yeni iş yerləri və fürsətlər yaranır.
🔹 Dəyərlərinizlə uyğun seçim edirsiniz – sərmayəniz prinsiplərinizlə üst-üstə düşür.

📊 Nəticələr isə göz önündədir:
– 2023-cü ildə təsir investisiyası bazarı artıq 1.2 trilyon dollardan çox oldu.
– Gənclərin 80%-i yalnız gəlir gətirən yox, həm də dəyərlərə uyğun sərmayə qoymaq istəyir.
– Sosial və ekoloji fayda yaradan layihələr uzun müddətdə 10-20% daha çox gəlir gətirir.

👉 Təsir investisiyası həm dünyanı dəyişir, həm də gəlir qazandırır.

❗️ Qarabağın işğalı zamanı dağıdılan 9 su anbarı, 1200 km-lik suvarma kanalları və onlarla qədim su kəhrizi bölgənin su ...
14/11/2025

❗️ Qarabağın işğalı zamanı dağıdılan 9 su anbarı, 1200 km-lik suvarma kanalları və onlarla qədim su kəhrizi bölgənin su təsərrüfatını tamamilə iflic etdi. Yüz minlərlə hektar torpaq susuz qaldı, kənd təsərrüfatı fəaliyyətləri dayandı, minlərlə insan içməli su çatışmazlığı ilə üzləşdi. Bu isə təkcə iqtisadiyyata deyil, həm də yerli əhalinin gündəlik həyatına ciddi təsir göstərdi.

Azad olunan bölgələrdə Azərbaycan hökuməti və aidiyyəti qurumlar tərəfindən su ehtiyatlarının bərpası istiqamətində böyük işlər görülür:

✔️ Sugovuşan və digər anbarlarda təmir işləri aparılıb, onların tutumu artırılır, suyun saxlanılması və idarə olunması sistemləri yenilənir;

✔️ Dağıdılmış 1200 km-lik kanallar yenidən inşa edilir. Kanalların betonlaşdırılması və müasir texnologiyalarla təchiz olunması su itkisini azaldır;

✔️ Su ehtiyatlarının qorunması məqsədilə yağış sularının toplanması və təkrar istifadəsi, texniki su ilə suvarma tətbiq olunur;

✔️ Qədim mühəndislik irsi olan su kəhrizləri bərpa olunur. Bu sistemlərin yenidən istifadəyə verilməsi əkin sahələrinin su təminatını yaxşılaşdırmaqla yanaşı, kəndlərin sosial həyatını da canlandırır.

🔷 Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır.
🔷 Şərqi Zəngəzur və Qarabağ üzrə 10 şəhər və 79 yaşayış məntəqəsinin su təchizatının təmin olunması üçün layihə-smeta sənədləri artıq təsdiqlənib.
🔷 Xaçınçay və Köndələnçay su anbarları bərpa olunub, Zabuxçay su anbarının inşası və Zabuxçaydan çıxan 51 km-lik magistral boru xəttinin tikintisi həyata keçirilib.

Bu tədbirlər yalnız ərazilərin iqtisadi dirçəlişi üçün deyil, həm də tarixi su infrastrukturunun bərpası, ekoloji tarazlığın qorunması və gələcək nəsillərə dayanıqlı həyat şəraiti qurmaq üçün strateji əhəmiyyət daşıyır.

Qarabağda suyun bərpası – təkcə torpaqlarımızın canlanması deyil, həm də həyatın, mədəniyyətin və gələcəyin yenidən qurulması deməkdir. 💧🌿"

✅ İçməli suyun kənd təsərrüfatında, xüsusilə suvarmada istifadəsi su ehtiyatlarının sürətlə azalmasına səbəb olur. Buna ...
07/11/2025

✅ İçməli suyun kənd təsərrüfatında, xüsusilə suvarmada istifadəsi su ehtiyatlarının sürətlə azalmasına səbəb olur. Buna görə də, dünya ölkələri təmiz suyu qorumaq məqsədilə müxtəlif alternativ üsullara üstünlük verir. 🌍

➡️ Məsələn, İsraildə kənd təsərrüfatında suvarma üçün içməli suyun istifadəsi minimuma endirilərək, əsasən təmizlənmiş tullantı suları və texniki su mənbələri istifadə olunur. Bu, su ehtiyatlarının qorunmasına və istehlakın optimallaşdırılmasına imkan yaradır. ♻️

➡️ Türkiyə də yağış suyunun toplanması və istifadəsi sahəsində öncüllərdən biridir. Yağış suları həm şəhər ərazilərində, həm də kənd təsərrüfatında suvarma üçün yığılıb istifadə olunur. Bu, həm içməli suyun istehlakını azaldır, həm də yeraltı su ehtiyatlarını qoruyur. ☔️🌱

Texniki su (sənaye və ya tullantı sularının təmizlənmiş forması) kənd təsərrüfatında və sənayedə su sərfiyyatını azaltmaq üçün effektiv şəkildə tətbiq olunur. Bu üsul suyun təkrar istifadəsini təmin edir və təmiz su ehtiyatlarına olan təzyiqi azaldır. 🔄

♻ Azərbaycanda da yağış suyunun toplanması və texniki sudan istifadənin genişləndirilməsi su ehtiyatlarının qorunması üçün vacib addımlar hesab olunur. Bu yanaşmalar gələcəkdə su itkisinin qarşısını almağa və suyun davamlı idarə olunmasına şərait yaradacaqdır. 🌿"

〽 Su ehtiyatlarının azalması qlobal problem olmaqla yanaşı, xüsusilə Yaxın və Orta Asiyada da ciddi narahatlıq doğurur. ...
31/10/2025

〽 Su ehtiyatlarının azalması qlobal problem olmaqla yanaşı, xüsusilə Yaxın və Orta Asiyada da ciddi narahatlıq doğurur. Azərbaycanın qonşu ölkələri - Rusiya, Gürcüstan və Türkiyə kimi dövlətlər bu problemin öhdəsindən gəlmək üçün müxtəlif tədbirlər həyata keçirirlər. Onların təcrübəsi bizə suyun qorunması və səmərəli istifadəsi üçün bir neçə əsas prinsipi göstərir: 💧🌍

Su itkisini azaltmaq üçün kanalların, su şəbəkələrinin və boru xətlərinin təkmilləşdirilməsi əsas addımdır. Torpaq kanalların betona salınması, köhnə və sızdıran boruların yenilənməsi suyun israfını əhəmiyyətli dərəcədə azaldır. 🚰

🔎 Damcı suvarma, sprinkler sistemləri, lazerlə yerin düzləşdirilməsi və digər müasir suvarma texnologiyaları kənd təsərrüfatında su sərfiyyatını əhəmiyyətli şəkildə azaldır və məhsuldarlığı artırır. 🌱

Yağış suyunun toplanması, dəniz suyunun duzsuzlaşdırma, tullantı sularının təkrar istifadəsi kimi üsullar təmiz suyun qorunmasında böyük rol oynayır. Bu yanaşmalar suya olan tələbatı yüngülləşdirir. ☔️

Su axını və istehlakının müasir cihazlarla ölçülməsi, həmçinin SCADA və GIS kimi idarəetmə sistemlərinin tətbiqi suyun itkisinin qarşısını almağa və ehtiyatlardan səmərəli istifadə etməyə imkan verir.

➡️ SCADA (Supervisory Control and Data Acquisition- Nəzarət, İdarəetmə və Məlumatların Toplanması Sistemi ) - su şəbəkəsinə nəzarəti real vaxtda təmin edən sistemdir. Bu texnologiya vasitəsilə suyun axını, təzyiqi və sərfiyyatı avtomatik izlənilir və problemlər dərhal müəyyən olunur.

➡️ GIS (Geographic Information System – Coğrafi İnformasiya Sistemi) isə su infrastrukturunun - boruların, quyuların, şəbəkələrin və onların coğrafi yerləşməsinin xəritə üzərində idarəsini və analizini təmin edir. Bu, həm su itkilərinin yerini tapmaqda, həm də planlaşdırmada mühüm rol oynayır. 📊

📗 Yaxın ölkələrin bu təcrübələri göstərir ki, təmiz suyun qorunması yalnız texnologiya və infrastruktur məsələsi deyil, həm də cəmiyyətin suya münasibətində dəyişiklik tələb edən kompleks prosesdir. Azərbaycanda da bu prinsiplərdən yararlanmaqla su ehtiyatlarını daha yaxşı qoruya və gələcək nəsillərə sağlam həyat mühiti ötürə bilərik. 💙🌿"

💧 Hər Damla Su DəyərlidirHər damla – həm evimiz, həm bağımız, həm gələcəyimiz üçün qiymətlidir.Suya qənaət edək, təbiəti...
28/10/2025

💧 Hər Damla Su Dəyərlidir

Hər damla – həm evimiz, həm bağımız, həm gələcəyimiz üçün qiymətlidir.
Suya qənaət edək, təbiəti və insanları qoruyaraq.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Bəzən elə düşünürük ki, su həmişə olacaq. Amma bu gün içməli su ilə bağ sulayırıq, maşın yuyuruq, həyət təmizləyirik. Ha...
24/10/2025

Bəzən elə düşünürük ki, su həmişə olacaq. Amma bu gün içməli su ilə bağ sulayırıq, maşın yuyuruq, həyət təmizləyirik. Halbuki bu suyu daha vacib ehtiyaclar üçün saxlamaq daha doğrudur.

Əslində, suya qənaət etmək çətin deyil. Sadə və faydalı yollar var:

✔️ yağış suyunu yığıb bitkiləri sulamaq;
✔️ suvarmanı səhər tezdən və ya axşam etməklə su buxarlanmasının qarşısını almaq;
✔️ bağ və həyət üçün az su istəyən yerli bitkilər ək­mək;
✔️ təmizlik işlərində içməli su əvəzinə texniki sudan istifadə etmək olar.

Bu, həm suya qənaətdir, həm də təbiəti qorumağın ən səmərəli yoludur.
Unutmayaq ki, hər damla su dəyərlidir və onun ağılla istifadəsi gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir.

🌍 Our final   podcast episode features Munir Mammadzade,   Representative to Ukraine, discussing Post-COP29 Strategies: ...
21/10/2025

🌍 Our final podcast episode features Munir Mammadzade, Representative to Ukraine, discussing Post-COP29 Strategies: What Comes Next for Sustainability?

📕 In this insightful conversation, Munir explores the crucial next steps in global sustainability efforts, particularly for post-conflict regions like Ukraine. He sheds light on the ongoing challenges the country faces and UNICEF's role in promoting sustainable development, protecting children’s rights, and integrating climate strategies into national recovery plans. From policy development to youth engagement, Munir provides valuable insights on the path forward in achieving sustainability goals and ensuring climate resilience for vulnerable populations.

🎙️ Tune in to hear how international organizations like UNICEF are shaping the future of sustainability and supporting communities in need. 🌱💪 You can listen to the podcast here: https://youtu.be/tILtbAzLJZM

♻ This podcast is brought to you in collaboration with Michigan State University and Impact Azerbaijan.

📗 Azərbaycanda su itkisi hələ də yüksək səviyyədədir. Məsələn, Bakı şəhərində şəbəkədə suyun təxminən 55-60%-i israf olu...
17/10/2025

📗 Azərbaycanda su itkisi hələ də yüksək səviyyədədir. Məsələn, Bakı şəhərində şəbəkədə suyun təxminən 55-60%-i israf olunur. Ölkə üzrə suvarma və içməli su nəqli zamanı itkilər 30%-ə çatır ki, bu da ildə milyardlarla kubmetr sudan məhrum olmaq deməkdir.

Bu itkilərin əsas səbəbi köhnəlmiş infrastruktur, sızmalar və səmərəsiz suvarma üsullarıdır. Eyni zamanda, iqlim dəyişiklikləri su ehtiyatlarının azalmasına səbəb olur və bu, gələcəkdə su problemi ilə bağlı riskləri artırır.

Nə etmək olar?

✔️ Köhnəlmiş su şəbəkələrinin yenilənməsi və sızmaların vaxtında aradan qaldırılması

✔️ Ev və təsərrüfatlarda sadə, ucuz su qənaət tədbirlərinin tətbiqi (kran aeratorları, su sızmalarını aşkarlayan sensorlar və s.)

✔️ Kənd təsərrüfatında damcı suvarma və digər müasir, səmərəli suvarma texnologiyalarının genişləndirilməsi

✔️ İctimai maarifləndirmə və suyun dəyərini bilmək, israf etməmək üçün fərdi məsuliyyət hissinin artırılması

Su qıtlığına qarşı mübarizədə hər birimizin kiçik addımları böyük dəyişikliklərə səbəb ola bilər. Gəlin, suyumuzu qoruyaq, gələcəyimizi təmin edək!

🌍 Exciting news! Our COP29 podcast series continues with a special episode featuring Felix Finkbeiner, the founder of Pl...
13/10/2025

🌍 Exciting news! Our COP29 podcast series continues with a special episode featuring Felix Finkbeiner, the founder of Plant-for-the-Planet, a global movement empowering youth to take climate action.

📕 In this episode on Youth & Climate Advocacy, Felix shares his inspiring journey and insights on the role of young people in driving sustainability efforts post-COP29. From advocating for climate justice to leading youth-driven initiatives, Felix offers a unique perspective on how we can all contribute to a greener, more sustainable future.

📘 Tune in to learn more about the powerful role of youth in shaping global climate policies and creating lasting change! 🌱💪

🎙️You can listen to the podcast here: https://youtu.be/TEYLz6VtdL4

♻ This podcast is brought to you in collaboration with Michigan State University and Impact Azerbaijan.

📢 Cəmi 5$ investisiya ilə – indi növbə səndədir!♻️ İsraildə illərlə davam edən texnoloji   nəticəsində su itkisi 20%‑dən...
10/10/2025

📢 Cəmi 5$ investisiya ilə – indi növbə səndədir!

♻️ İsraildə illərlə davam edən texnoloji nəticəsində su itkisi 20%‑dən 7%‑ə endirilib. Bu, təkcə iri layihələrin deyil, kiçik, məqsədyönlü yatırımların gücünü göstərir.

💧 Cəmi 5$ ilə nə edə bilərsən?

➡️ Su kranına aerator quraşdırıb gündə 30%-ə qədər suya qənaət edə bilərsən.

➡️ Sızma aşkarlayan sensor ilə evində gizli su itkisini vaxtında tapıb qarşısını ala bilərsən.

➡️ Damcı suvarma sisteminin sadə modullarını alıb kiçik bağında su israfını minimuma endirə bilərsən.

💧 50–100$ investisiya ilə nə dəyişir?

Evə smart su sayğacı quraşdırıb real vaxtda istifadəyə nəzarət edə bilərsən.

Kiçik təsərrüfatda automatlaşdırılmış suvarma sisteminə keçib həm suya, həm də vaxta qənaət etmiş olarsan.

Su qıtlığı təkcə dövlətlərin deyil, hər bir fərdin problemi və məsuliyyətidir.
İsrail sübut etdi: davamlı dəyişiklik üçün kiçik addımlar da kifayət edir.

🌍 İndi növbə səndədir!

Address

44 Jafar Jabbarli Str
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Impact Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share