Azerbaycan Senaye Sigorta ASC

Azerbaycan Senaye Sigorta ASC “Azərbaycan Sənaye Sığorta” ASC 17 dekabr 1996-cı il tarixində fəaliyyətə başlamışdır.

“Azərbaycan Sənaye Sığorta” ASC Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 17 dekabr 1996-cı il tarixində təsis edilmiş “Cİ Sığorta” MMC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır və onu hüquqi varisidir.

2008-ci ilin sonunda müvafiq çıxarışa əsasən cəmiyyətin təşkilati-hüquqi forması dəyişdirilərək “Açıq Səhmdar Cəmiyyət” olmuşdur.

125 000 ABŞ dolları həcmində nizam

namə kapitalı ilə dövlət qeydiyyatından keçən cəmiyyətin nizamnamə kapitalı 24 may 2010-cu il tarixində 4 000 000 manata çatdırılmışdır.

28 iyun 2012–ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsinə əsasən “Azərbaycan Sənaye Sığorta” ASC-yə icbari sığorta növləri üzrə fəaliyyət göstərilməsinə icazə verilmişdir. Beləliklə, cəmiyyət İcbari Sığorta Bürosunun üzvlüyünə qəbul edilmişdir.

12 dekabr 2012-ci il tarixində Cəmiyyətin nizamnamə kapitalı artaraq 8 160 000 manata çatdırılmışdır.

29 könüllü, 4 icbari olmaqla, cəmi 33 növ üzrə sığorta xidməti göstərən “Azərbaycan Sənaye Sığorta” ASC-nin səhmlərinin 95% “Anadolu Investment Company”MMC-yə, 5%-i isə Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur. 26 dekabr 2014-cü il tarixində cəmiyyətin nizamnamə kapitalı kеçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına artaraq 11 000 000 manata çatdırılmış, həmçinin ingilis dilində tam rəsmi adı dəyişdirilərək “Azerbaijan Industrial Insurance” AII olmuşdur. Azərbaycan Sənaye Sığorta ASC 2016-cı ildə “Global Brands Magazine” tərəfindən “Best Non-Life Insurance Company-Azerbaijan 2016”, “Best Non-Life Insurance Company-Azerbaijan 2017”, “Most Trusted Insurance Brand - Azerbaijan 2018”, “Finance Digest Magazine” tərəfindən isə “Brand of Business Excellence-Azerbaijan 2016” və 2017-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Partnyorluğu” beynəlxalq və yerli mükafatlarına layiq görülmüşdür. 2023-cü ildə Caspian Energy Club tərəfindən “İlin sığorta şirkəti” nominasiyası ilə təltif olunmuşdur. Cəmiyyət “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nə təsisçi, “İcbari Sığorta Bürosu”, “Caspian Energy Club” və “Azərbaycan Sığortaçılar Assosiasiyası”” kimi təşkilatlarda üzv qismində təmsil olunur.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.Azərbaycan Sənaye Sığ...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

Azərbaycan Sənaye Sığorta Şirkəti olaraq, Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzu edirik.

21/08/2026
Siz də peşəkar xidmət və etibarlı dəstək ilə sağlamlığınızı sığortalayın və Azərbaycan Sənaye Sığorta şirkətinin məmnun ...
18/08/2026

Siz də peşəkar xidmət və etibarlı dəstək ilə sağlamlığınızı sığortalayın və Azərbaycan Sənaye Sığorta şirkətinin məmnun müştəriləri sırasında yer alın! 🌟

Ətraflı məlumat:
📩: [email protected]
🌏www.aiic.az
📱+99412 404 13 03

İyun ayı üzrə ən yüksək ödəniş KASKO sığorta üzrə həyata keçirilib! Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sığorta...
06/08/2026

İyun ayı üzrə ən yüksək ödəniş KASKO sığorta üzrə həyata keçirilib!

Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə dəymiş 20 511 AZN məbləğində zərər Azərbaycan Sənaye Sığorta Şirkəti tərəfindən müştəriyə ödənilib.

Avtomobilinizi gözlənilməz risklərdən qorumaq və qəza zamanı böyük maliyyə itkilərindən uzaq olmaq üçün indi KASKO sığortanızı əldə edin!

Online müraciət: https://shorturl.at/KIvdo

Ətraflı məlumat:
🌏 www.aiic.az
📱 +99412 404 13 03

Yol sizi yeni məkanlara, gözəl xatirələrə və yay istirahətinə aparsın. Gözlənilməz riskləri isə KASKO sığortasına etibar...
05/08/2026

Yol sizi yeni məkanlara, gözəl xatirələrə və yay istirahətinə aparsın. Gözlənilməz riskləri isə KASKO sığortasına etibar edin.

Avtomobilinizi sığortalayın, hər səfərin dadını rahatlıqla çıxarın.

Ətraflı məlumat:
📱: 012 404 13 03
🌎: https://aiic.az/
📩: [email protected]

02/08/2026

"Yol əhvalatı" filminin unudulmaz səhnələri ekranda qalsın, sizin yol əhvalatınız isə Azərbaycan Sənaye Sığorta Şirkətinin etibarlı avtomobil sığortası ilə təhlükəsizlik və inamla davam etsin!

Azərbaycan Kinosu Günü münasibətilə milli kino sənətimizin bütün nümayəndələrini və kinosevərləri təbrik edirik!

Səfəriniz zamanı gözlənilməz hadisələrin planlarınızı pozmasına imkan verməyin. Səyahət sığortanızı öncədən əldə edin, y...
24/07/2026

Səfəriniz zamanı gözlənilməz hadisələrin planlarınızı pozmasına imkan verməyin. Səyahət sığortanızı öncədən əldə edin, yolunuza arxayın çıxın və evə yalnız xoş xatirələrlə qayıdın.
Azərbaycan Sənaye Sığorta Şirkəti ilə təhlükəsiz səyahət edin!

Ətraflı məlumat:
📱: 012 404 13 03
🌎: https://shorturl.at/gliuZ
📩: [email protected]

Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlıq münasibətləri qurulurMə...
21/07/2026

Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlıq münasibətləri qurulur

Mərkəzi Bank maliyyə sektorunun kadr potensialının artırılmasını hədəfləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Belə ki, Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlığın qurulması bu istiqamətdə növbəti mühüm mərhələyə çevrilib.
Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə institutun baş icraçı direktoru Metyu Hil arasında görüş keçirilib. Sığorta və maliyyə xidmətləri sahəsində peşəkar tədris üzrə dünyada aparıcı institutlardan biri olan bu təşkilatla görüş zamanı Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafının dəstəklənməsi, ölkəmizin beynəlxalq standartlara uyğun sığorta üzrə regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi perspektivləri müzakirə edilib.
Əməkdaşlıq çərçivəsində təşkilatın professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda həyata keçiriləcək beynəlxalq səviyyəli tədris proqramının tətbiq edilməsi üzrə ilkin razılıq əldə edilib.
Qeyd edək ki, bu proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, eləcə də bu istiqamətdə karyera qurmaq istəyən şəxslər qlobal nüfuzlu institutun təklif etdiyi sığorta və risk menecmenti istiqaməti üzrə peşəkar təhsil imkanlarından faydalanacaq. Bununla da proqram, ölkədə əmək bazarında dövrümüzün tələbləri və ehtiyaclarına cavab verən peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edəcək.

Address

H. Seyidbəyli Küç. , 122 Gümüş Plaza
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124041303

Alerts

Be the first to know and let us send you an email when Azerbaycan Senaye Sigorta ASC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaycan Senaye Sigorta ASC:

Shortcuts

Share