Aqrarkredit

Aqrarkredit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aqrarkredit, Financial service, 125, Gadirli street, Baku.

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
25/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

"Aqrarkredit" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə əməkdaşların sosial rifahının yüksəldilməs...
22/06/2026

"Aqrarkredit" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və dəstəyi ilə əməkdaşların sosial rifahının yüksəldilməsi, kollektiv daxilində həmrəyliyin və korporativ münasibətlərin möhkəmləndirilməsi, eyni zamanda ölkəmizin zəngin tarixi-mədəni irsinin daha yaxından tanıdılması məqsədilə təşkil olunan iki günlük səfər çərçivəsində əməkdaşlarımız Xankəndi və Şuşa şəhərlərinə səyahət ediblər.
Səfər zamanı iştirakçılar Xankəndi şəhəri ilə yaxından tanış olub, Şuşanın tarixi məkanlarını, mədəniyyət abidələrini və görməli yerlərini ziyarət ediblər. Şuşanın tarixi küçələri, memarlıq abidələri və Qarabağın füsunkar təbiəti iştirakçılarda xoş təəssüratlar yaradıb.
Bu cür tədbirlər əməkdaşlar arasında dostluq və komanda ruhunun güclənməsinə, eləcə də milli-mənəvi dəyərlərimizin daha dərindən mənimsənilməsinə töhfə verir.

“Aqrarkredit” QSC nümayəndələri Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakıda keçirilən 2026 IsDB Group Annual Meet...
19/06/2026

“Aqrarkredit” QSC nümayəndələri Azərbaycan Respublikasının ev sahibliyi ilə Bakıda keçirilən 2026 IsDB Group Annual Meetings çərçivəsində təşkil olunan bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərdə iştirak ediblər.
Nümayəndələrimiz 20th IsDB Global Forum on Islamic Finance, Strategic Leadership Dialogue və Azerbaijan Investment Outlook Sessions kimi strateji sessiyalarda iştirak edərək regional inteqrasiya, investisiya imkanları, dayanıqlı iqtisadi inkişaf, maliyyə sektorunun transformasiyası və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müzakirələrə qoşulublar.
Tədbir çərçivəsində müxtəlif ölkələrin dövlət və maliyyə qurumlarının nümayəndələri ilə keçirilən görüşlər yeni əməkdaşlıq perspektivlərinin qiymətləndirilməsi və beynəlxalq təcrübələrin öyrənilməsi baxımından məhsuldar olub.
“Aqrarkredit” QSC beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl maliyyə təcrübələrinin mənimsənilməsi və institusional inkişaf istiqamətində fəaliyyətini davam etdirir.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, dövlətçilik tariximizin ən mühüm səhifələrind...
15/06/2026

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi, dövlətçilik tariximizin ən mühüm səhifələrindən biridir!

“Aqrarkredit” QSC-nin rəhbər heyəti Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” (IFBS 2026) tədbirin...
11/06/2026

“Aqrarkredit” QSC-nin rəhbər heyəti Bakıda keçirilən “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” (IFBS 2026) tədbirində iştirak edib.
Sammit çərçivəsində maliyyə inteqrasiyası, rəqəmsal transformasiya, regional əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq imkanları müzakirə olunub.
Rəhbər heyət panel müzakirələrində iştirak edərək maliyyə sektorunda müasir tendensiyalarla tanış olub.

Ətraflı linkdə:
https://aqrarkredit.az/media/aqrarkredit-news/aqrarkredit-international-finance-and-banking-summit-2026

🏦 "Aqrarkredit" QSC yenilənmiş korporativ veb-saytını və yeni Əmlak Portalını istifadəyə verib!Müasir tələblərə uyğun ol...
04/06/2026

🏦 "Aqrarkredit" QSC yenilənmiş korporativ veb-saytını və yeni Əmlak Portalını istifadəyə verib!
Müasir tələblərə uyğun olaraq yenilənən korporativ veb-sayt istifadəçilərə Cəmiyyətin fəaliyyəti, məhsul və xidmətləri, layihələri, elanları və digər məlumatlarla daha rahat tanış olmaq imkanı yaradır.
🏡 Yeni Əmlak Portalında isə Cəmiyyətin balansında olan daşınar və daşınmaz əmlaklar vahid elektron platformada təqdim olunur. İstifadəçilər satışa çıxarılan evlər, mənzillər, torpaq sahələri, qeyri-yaşayış obyektləri, qarajlar və nəqliyyat vasitələri haqqında ətraflı məlumat əldə edə bilərlər.
Yeni platformalar şəffaflığı, əlçatanlığı və istifadəçi rahatlığını artıraraq aktivlərin daha səmərəli idarə olunmasına xidmət edir.

🌐 Daha ətraflı:
aqrarkredit.az
emlak.aqrarkredit.az

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi GünüUşaqlar gələcəyimizin ən dəyərli əmanəti, cəmiyyətimizin sabahıdır.Onların x...
01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

Uşaqlar gələcəyimizin ən dəyərli əmanəti, cəmiyyətimizin sabahıdır.
Onların xoşbəxt, sağlam və təhlükəsiz mühitdə böyüməsi hər birimizin ortaq məsuliyyətidir.

Bütün uşaqları bu əlamətdar gün münasibətilə təbrik edir, onlara sevinc dolu uşaqlıq və parlaq gələcək arzulayırıq.

28 May – Müstəqillik Günü1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımızın müstəq...
28/05/2026

28 May – Müstəqillik Günü

1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımızın müstəqil dövlətçilik tarixində yeni bir səhifə açılmışdır.

Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, ölkəmizə davamlı inkişaf, rifah və uğurlar arzulayırıq.

28 May – Müstəqillik Gününüz mübarək!

Qurban Bayramınız mübarək!Qurban Bayramı paylaşmağın, mərhəmətin, birlik və həmrəyliyin təcəssümüdür.Bu müqəddəs bayram ...
27/05/2026

Qurban Bayramınız mübarək!

Qurban Bayramı paylaşmağın, mərhəmətin, birlik və həmrəyliyin təcəssümüdür.
Bu müqəddəs bayram münasibətilə hər birinizə sağlamlıq, ruzi-bərəkət, ailə səadəti və xoş günlər arzulayırıq.

Bayramınız mübarək!

Bu gün müasir Azərbaycanın memarı, xalqımızın xilaskarı və Ümummilli Liderimiz böyük ehtiramla yad edilir.Onun uzaqgörən...
09/05/2026

Bu gün müasir Azərbaycanın memarı, xalqımızın xilaskarı və Ümummilli Liderimiz böyük ehtiramla yad edilir.

Onun uzaqgörən siyasəti, qətiyyəti və xalqına sonsuz sevgisi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçiliyimizin inkişafında və bugünkü uğurlarımızın təməlində mühüm rol oynayıb.

Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu bu gün də uğurla davam etdirilir və Azərbaycan daha güclü gələcəyə doğru inamla irəliləyir.

Əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Address

125, Gadirli Street
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00

Alerts

Be the first to know and let us send you an email when Aqrarkredit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share