04/08/2025
TƏCRÜBƏMİZ:
Bina tikintisi fəaliyyəti.
Komandamızın aparıcı mütəxəssisləri tərəfindən bir neçə irimiqyaslı bina tikintisi layihələrinin tam mühasibat, maliyyə və vergi uçotu müvəffəqiyətlə aparılmışdır. Tam uçot dedikdə, aşağıda qeyd olunanlar, lakin bunlarla məhdudlaşmayan əməliyyatlar nəzərdə tutulur:
- bina tikintisi ilə bağlı məlumat formasının mütəmadi dövriliklə təqdim edilməsi;
- debitor, kreditor borclara və avanslara nəzarət və onlar üzrə çevik əməliyyatlar;
- smeta və BOQ-lara əsasən mal-material dəyərliləri üzrə istifadəyə nəzarət,
- aylıq maliyyə hesabatlarının tərtib edilməsi
- bank kreditləri məqsədilə maliyyə hesabatları və banklarla sıx əməkdaşlıq
- vergi hesabatlarının tərtib edilməsi, o cümlədən həcmləri və fəaliyyət xüsusiyyətlərini nəzərə alaraq dürüst və dəqiq Mənfəət vergisi bəyannaməsinin tərtib edilməsi və onun kameral vergi yoxlaması çərçivəsində qüsursuz müdafiə edilməsi.
, , , , , , , , , , , , , , , , , , , , , , , , ,