Nizam Maliyyə & Hüquq Konsaltinqi

Nizam Maliyyə & Hüquq Konsaltinqi Maliyyə, idarəetmə və hüquq sahələri üzrə xidmətlər təklif edir

Maliyyə-mühasibatlıq üzrə:
· Mühasibat uçotunun təşkili və konsultasiyalar;
· Vergi yoxlamalarının müşayiət edilməsi və mübahisələrin həllinə köməklik ;
· Elektron vergi xidmətlərinin göstərilməsi;
· Banklarla əlaqələrin qurulması, kredit münasibətlərinin təşkili;
· Aylıq, rüblük və illik vergi hesabatlarının, bəyannamələrinin hazırlanması və təqdim edilməsi ;
· Əmək haqları üzrə ştat cədvəllərini

n hazırlanması və aylıq əmək haqqlarının hesablanması;
· DSMF üçün hesabatların hazırlanması və təqdim edilməsi;
· Dövlət Statistika Komitəsi üçün hesabatların hazırlanması və təqdim edilməsi;
· Balansın, mənfəət və zərər üzrə illik hesabatların hazırlanması;
· Mühasibat haqq-hesabının bərpası ;
· Əsas vasitələrinin inventarizasiyasının keçirilməsi ;
· Debitor və kreditor borcunun analizi ;
· Uçot və hesabat siyasətinin hazırlanması ;
· Kadrlar uçotunun təşkili, əmək və maddi məsuliyyət pirinsiplərinin hazırlanması;
· Audit xidmətləri ;
· Müflisləşdrirmə və iflas işlərinin aparılması ;
Hüquq üzrə :
· Hüquqi şəxslərin
· Hüquqi xarakterli sənədlərin və müqavilələrin hazırlanması ;
· Vergi mübahisələrinin məhkəmədənkənar və ya məhkəmə qaydasında həll edilməsi yolunda
hüquqi xidmətlərin göstərilməsi ;
· Mülki, cinayət, əmək, vergi, gömrük və bank hüququ sahələri üzrə məsləhətlərin verilməsi;
· Mənafeylərin məhkəmə orqanlarında, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
· Məhkəmə qərarlarının icrasının, qiymətləndirici və hərrac təşkilatları işin təşkili ;
· Satınalma (tender) işinin təşkili ;
· Patent və ticarət nişanlarının qeydiyyatı ;

Axşamınız xeyir. Buyurun qeyd edilen linkdən Gecə və axşam saatları barədə və onların hesablanması ilə əlaqəli videomuza...
08/10/2016

Axşamınız xeyir. Buyurun qeyd edilen linkdən Gecə və axşam saatları barədə və onların hesablanması ilə əlaqəli videomuza baxın. qeyd edim ki, videomuz AR-nın Əmək Məcəlləsi, AR-nın Nazirlər Kabinetinin 2001-ci il tarixli 74 saylı qərarına əsaslandırılmış şəkildə hazırlanmışdır.

https://youtu.be/XASfWzxvAQk.

BU GÜNDƏN ETİBAREN TƏKCƏ MÜHASİBLƏRİN YOX, İŞLƏYƏN HƏR BİR ŞƏXSİN MARAQ DAİRƏSİNDƏ OLAN ƏMƏK HAQQININ HESABLANMASI QAYDA...
04/10/2016

BU GÜNDƏN ETİBAREN TƏKCƏ MÜHASİBLƏRİN YOX, İŞLƏYƏN HƏR BİR ŞƏXSİN MARAQ DAİRƏSİNDƏ OLAN ƏMƏK HAQQININ HESABLANMASI QAYDASI BARƏDƏ VİDEOLARIMIZI SİZƏ TƏQDİM EDƏCƏYİK. TƏQDİM ETDİYİMİZ VİDEOLARDA APARILAN HƏR BİR QANUNVERİCİLİK AKTLARINA VƏ RƏSMİ SƏNƏDLƏRƏ ƏSASLANDIRARCAĞIQ Kİ, BU DA EYNİ ZAMANDA QANUNVERİCİLİK TƏRƏFİNDƏN DƏ BİLİKLƏRİNİZİN ARTMASINA VƏ YA TƏZƏLƏNMƏSİNƏ GƏTİRİB ÇIXARDACAQ. BUYURUN İLK TƏQDİMAT VİDEOMUZ.

https://www.youtube.com/watch?v=oCQ5pfD4R2c

29/10/2015

«Nizam Maliyyə və Hüquq Konsaltinqi» MMC
maliyyə, hüquq və idarəetmə sahələri üzrə aşağıdakı xidmətləri təklif edir :

• Mühasibat uçotunun təşkili, konsultasiyalar və online xidmətlər;
• Vergi yoxlamalarının müşayiət edilməsi və mübahisələrin həllinə köməklik ;
• Elektron vergi xidmətlərinin göstərilməsi;
• Banklarla əlaqələrin qurulması, kredit münasibətlərinin təşkili;
• Aylıq, rüblük və illik vergi hesabatlarının, bəyannamələrinin hazırlanması və təqdim edilməsi ;
• Əmək haqları üzrə ştat cədvəllərinin hazırlanması və aylıq əmək haqqlarının hesablanması;
• DSMF üçün hesabatların hazırlanması və təqdim edilməsi;
• Dövlət Statistika Komitəsi üçün hesabatların hazırlanması və təqdim edilməsi;
• Balansın, mənfəət və zərər üzrə illik hesabatların hazırlanması;
• Mühasibat haqq-hesabının bərpası ;

• Beynalxalq mühasibatlıq…..
• Əsas vasitələrinin inventarizasiyasının keçirilməsi ;
• Debitor və kreditor borcunun analizi ;
• Uçot və hesabat siyasətinin hazırlanması ;
• Kadrlar uçotunun təşkili, əmək və maddi məsuliyyət pirinsiplərinin hazırlanması;
• Audit və daxili audit xidmətləri ;
• Müflisləşdirmə və iflas işlərinin aparılması;
• Biznes planların hazırlanması, sahəvi texniki şərtlərin hazırlanması;
• Satınalma (tender) işinin təşkili ;

• Hüquqi şəxslərin təsisi, yenidən təşkilinin (birləşmə, qoşulma, bölünmə, çevrilmə) aparılması;
• Hüquqi şəxsin ləğvi və ya fəaliyyətinin müvəqqəti dayandırılması;
• Hüquqi xarakterli sənədlərin və müqavilələrin hazırlanması;
• Vergi mübahisələrinin məhkəmədənkənar və ya məhkəmə qaydasında həll edilməsi yolunda hüquqi xidmətlərin göstərilməsi ;
• Mülki, cinayət, əmək, miqrasiya, vergi, gömrük və bank işi üzrə məsləhətlərin verilməsi;
• Mənafeylərin məhkəmə orqanlarında, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
• Məhkəmə qərarlarının icrasının, qiymətləndirici və hərrac təşkilatları işin təşkili ;
• Patent və ticarət nişanlarının qeydiyyatı ;
• Lisenziyaların alınması;
• Uyğunluq sertifikatlarının alınması;
• Miqrasiya xidmətlərinin göstərilməsi (Yaşayış və iş icazələrinin alınması);

yeni logomuzdur. yenilik tekce logomuzda yox isimizin keyfiyyetinde ve teklif etdiyimiz xidmetlerde de oz eksini gostere...
02/10/2015

yeni logomuzdur. yenilik tekce logomuzda yox isimizin keyfiyyetinde ve teklif etdiyimiz xidmetlerde de oz eksini gosterecek.

02/08/2015

A-dan Z-yə bütün növ mühasibatlıq xidmətləri, outsourcing xidmətləri (şirkətin mühasibatlığına kənardan nəzarət). Rüblük və İllik bütün hesabatların təqdim edilməsi. Mənfəət-Zərər və Maliyyə balansının hazırlanması, Vergi konsultasiyası. Yeni yaradılan şirkətlər və ya artıq fəaliyyətdə olan şirkətlər üçün mühasibat uçotu sisteminin qurulması. kadr işinin təşkili və aparılması. və digər sadalamadığımız mehasibatlıq xidmətləri dövriyyənizdən asılı olaraq qarşılıqlı razılaşdırılmış məbləğə həyata keçirilir

02/08/2015

"NİZAM MALİYYƏ & HÜQUQ KONSALTİNQİ" MMC-Nİ NİYƏ SEÇMƏLİSİNİZ:
DÜNYANIN BİR ÇOX İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİNDƏ KƏNAR (OUTSORSİNG) KONSALTİNG ŞİRKƏTLƏRİ TƏRƏFİNDƏN HÜQUQİ ŞƏXSLƏRƏ VƏ FƏRDİ SAHİBKARLARA GÖSTƏRİLƏN XİDMƏTLƏRİN ÜSTÜNLÜYÜ HEÇ BİR ŞÜBHƏ DOĞURMUR. ŞİRKƏTİNİZDƏ BİR YAXUD BİR NEÇƏ MÜHASİBİ SAXLAMAQ SİZƏ KONSALTİNG TƏŞKİLATI İLƏ ƏMƏKDAŞLIQ ETMƏKLƏ MÜQAYİSƏDƏ ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ BAHA BAŞA GƏLİR. BUNDAN BAŞQA ŞTATDA TƏCRÜBƏLİ MÜHASİBİN OLMASI BELƏ ONLARIN İŞLƏRİNDƏ ŞİRKƏTİNİZ, YAXUD BİZNESİNİZ ÜÇÜN "HƏYATİ" ƏHƏMİYYƏTLİ SƏHVİN OLMAMASINA TƏMİNAT VERMİR.BU ZAMAN SİZİN BİZNES CƏMİ BİR NƏFƏRDƏN ASILI OLUR VƏ ONUN İLK BAXIŞDA KİÇİK GÖRÜNƏN DİQQƏTSİZLİYİ SİZİN ŞİRKƏTİ BÖYÜK CƏRİMƏLƏRLƏ QARŞI-QARŞIYA QOYA BİLƏR, HƏTTA ŞİRKƏTİNİZİN LƏĞVİNƏ SƏBƏB OLA BİLƏR. LAKİN SİZƏ PEŞƏKAR KONSALTİNG ŞİRKƏTİ XİDMƏT GÖSTƏRİRSƏ, BU ZAMAN XƏTALAR MİNİMUMA ENİR, ÇÜNKİ BİZİM ƏMƏKDAŞLARIN YERİNƏ YETİRDİYİ İŞLƏR YENİDƏN YOXLANILIR. HƏR HANSISA SƏNƏD İTƏRSƏ BELƏ Kİ, BU HALDAN HEÇ KİM SIĞORTALANMAYIB, BU SİZƏ MÜXTƏLİF PROBLEMLƏR YARADA BİLƏR(HƏR HANSISA BİR DÖVLƏT ORQANI TƏRƏFİNDƏN YOXLANILDIĞI ZAMAN). ANCAQ BİZİM ŞİRKƏT SƏNƏDLƏRİ SİZƏ TƏQDİM ETMƏKLƏ YANAŞI BİR SURƏTİNİ DƏ ÖZÜNDƏ SİZİN ŞİRKƏTİN ADINA ARXİV YARADARAQ SAXLAYIR Kİ, NƏ VAXTSA BELƏ BİR PROBLEM YAŞANARSA HƏMİN SƏNƏDİN ARXİVDƏN GÖTÜRÜLƏRƏK BƏRPA EDİLMƏSİ MÜMKÜN OLSUN. BÜTÜN BUNLARDAN BAŞQA SİZİ MARAQLANDIRAN HƏR BİR SUALLA BAĞLI HƏR ZAMAN MƏSLƏHƏTLƏR ALA BİLƏRSİNİZ. ŞİRKƏTİMİZ SİZLƏR ÜÇÜN GÖSTƏRİLƏN HƏR BİR XİDMƏTİN KEYFİYYƏTİNƏ ZƏMANƏTİ TƏMİN EDİR.
BİZİM ŞİRKƏTİN SİZƏ TƏQDİM EDƏ BİLƏCƏYİ XİDMƏTLƏR İSƏ AŞAĞIDAKILARDIR:
Mühasibatlıq uzrə:
•Muhasibat ucotunun təşkili və konsultasiyalar;
•Vergi yoxlamalarının muşayiət edilməsi və mubahisələrin həllinə koməklik ;
•Elektron vergi xidmətlərinin gostərilməsi;
•Banklarla əlaqələrin qurulması, kredit munasibətlərinin təşkili;
•Aylıq, rubluk və illik vergi hesabatlarının, bəyannamələrinin hazırlanması və təqdim edilməsi ;
•Əmək haqları uzrə ştat cədvəllərinin hazırlanması və aylıq əmək haqqlarının hesablanması;
•DSMF ucun hesabatların hazırlanması və təqdim edilməsi;
•Dovlət Statistika Komitəsi ucun hesabatların hazırlanması və təqdim edilməsi;
•Balansın, mənfəət və zərər uzrə illik hesabatların hazırlanması;
•Muhasibat haqq-hesabının bərpası ;
•Əsas vasitələrinin inventarizasiyasının kecirilməsi ;
•Debitor və kreditor borcunun analizi ;
•Ucot və hesabat siyasətinin hazırlanması ;
•Kadrlar ucotunun təşkili, əmək və maddi məsuliyyət pirinsiplərinin hazırlanması;
•Audit xidmətləri ;
•Muflisləşdrirmə və iflas işlərinin aparılması ;
Huquq uzrə :
•Huquqi şəxslərin təsisi, yenidən təşkili (birləşmə, qoşulma, bolunmə, cevrilmə);
•Huquqi şəxsin ləğvi və ya fəaliyyətinin muvəqqəti dayandırılması ;
•Huquqi xarakterli sənədlərin və muqavilələrin hazırlanması ;
•Vergi mubahisələrinin məhkəmədənkənar və ya məhkəmə qaydasında həll edilməsi yolunda
huquqi xidmətlərin gostərilməsi ;
•Mulki, cinayət, əmək, vergi, gomruk və bank huququ sahələri uzrə məsləhətlərin verilməsi;
•Mənafeylərin məhkəmə orqanlarında, habelə huquq muhafizə orqanlarında mudafiə etmək;
•Məhkəmə qərarlarının icrasının, qiymətləndirici və hərrac təşkilatları işin təşkili ;
•Satınalma (tender) işinin təşkili ;
•Patent və ticarət nişanlarının qeydiyyatı ;
tel: 012 375 75 57
055 210 84 50

10/02/2015

Hər kəsə salam. Nizam Maliyyə & Hüquq Konsaltinqi olaraq gələcəkdə maliyyə-mühasibatlıq sahəsində işləmək istəyənlər üçün münasib qiymətlərə və yerli qanunvericiliyə uyğun olaraq mühasibatlığın ilkin anlayışlarından başlayaraq kassa və bank əməliyyatları uçotunun aparılması, əmək haqqının hesablanması qaydaları, mal-material və əsas vəsaitlərin uçotunun aparılması, xərc maddələrinin düzgün seçilməsi, kapitallaşan dəyərlər, mənfəət-zərər hesabatı, pul vəsaitlərinin hərəkətinin hesabatı, şirkətin maliyyə hesabatının hazırlanması qaydası, bütün növ vergi hesabatlarının tərtib edilməsi və göndərilməsi, DSMF (B1, B3) və Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi və mühasibatlığa dair A-dan Z-yə hər şey tədris edilir. Keçirilən mövzuların tələbə tərəfindən yaxşı qavranılması üçün çox sayda məsələlər həll edilir. Və kursun sonunda hər hansı bir müəssisənin bir aylıq əməliyyatlarını özündə əks etdirən məsələlərin həllinə aid 2 saatlıq imtahan keçirilir. imtahandan uğurla keçən tələbələrə sertifikat və imtahandan keçmə balları (keçirilən dərslərin neçə faizini qavradıqlarını göstərmək üçün) təqdim edilir. Dərslərimiz müxtəlif təşkilatlarda mühasib, baş mühasib, maliyyə meneceri kimi işləmiş şəxslər tərəfindən tədris edilir.
Əlaqə nömrələri:
Elman müəllim 055 210 84 50
Nizami 051 544 58 99

25/01/2015

KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU
STANDARTLARININ KONSEPTUAL ƏSASLARI
ÜMUMİ MÜDDƏALAR
Konseptual Əsasların təyinatı
1. Konseptual Əsaslar Mühasibat Uçotunun Beynəlxalq Standartları
Şurasının hazırladığı və nəşr etdiyi Maliyyə Hesabatlarının Hazırlanması
və Təqdimatı üzrə Çərçivə Sənədinə əsaslanır.
2. Bu Konseptual Əsaslar mühasibat uçotunun xüsusi tələblərini və ya
maliyyə hesabatlarının hazırlanması qaydalarını nəzərdə tutmur. Həmin
tələb və qaydalar Kommersiya Təşkilatları üçün müvafiq Milli Mühasibat
Uçotu Standartlarında qeyd edilir. Eyni zamanda, Kommersiya Təşkilatları
üçün Milli Mühasibat Uçotu Standartları bu sənəddə öz əksini tapmış
prinsiplərə və müddəalara əsasən hazırlanmalıdır.
3. Konseptual Əsasların təyinatı Milli Mühasibat Uçotu Standartlarına uyğun
olaraq maliyyə hesabatlarının hazırlanmasında tətbiq ediləcək mühasibat
uçotunun fundamental prinsiplərinin müəyyənləşdirilməsi və aşağıdakı
hallar üçün təlimat rolunu oynayan bu prinsiplərin məntiqi əsasının təmin
edilməsidir:
(a) Milli Mühasibat Uçotu Standartlarını işləyib hazırlayanlar üçün bu
standartların hazırlanması və onlara dəyişikliklərin edilməsi;
(b) Maliyyə hesabatlarını hazırlayanlar üçün bu hesabatların Milli Mühasibat
Uçotu Standartlarına uyğun olaraq tərtib edilməsi;
(c) Maliyyə hesabatlarının istifadəçiləri üçün Milli Mühasibat Uçotu
Standartlarına uyğun tərtib edilmiş hesabatların təhlili zamanı.
Konseptual Əsasların məqsədi
4. Konseptual Əsasların əsas məqsədi maliyyə hesabatlarının şəffaflığının
və cavabdehliyin təmin edilməsindən ibarətdir.
5. Şəffaflıq məfhumu, müəssisənin cari vəziyyəti, qərarları və fəaliyyəti
haqqında informasiyanın maliyyə hesabatları istifadəçiləri üçün düzgün
çatdırılmasını və anlaşıqlı olmasını nəzərdə tutur.
6. Cavabdehlik məfhumu maliyyə hesabatlarını hazırlayanlara həvalə
edilmiş resursların idarə edilməsi və onların qəbul etdikləri qərarlar üzrə
məsuliyyətin daşınması zərurətini nəzərdə tutur.
4
Konseptual Əsaslarn tətbiqi sahəsi
7. Bu Konseptual Əsasların tətbiqi sahəsi Mühasibat balansının, Mənfəət və
zərər haqqında hesabatın, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın
və Kapitalda dəyişikliklər haqqında hesabatın, həmçinin onlara aid olan
qeydlərin, şərhlərin və digər hesabatların hazırlanması və istifadə
olunması zamanı tətbiq edilən əsas prinsipləri əhatə edir.
8. Bu Konseptual Əsaslar ilə Kommersiya Təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarının tələbləri arasında ziddiyyət yarandıqda, Kommersiya
Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları tətbiq edilir.
MALİYYƏ HESABATLARININ MƏQSƏDİ
9. Maliyyə hesabatlarının məqsədi onun geniş saylı istifadəçiləri tərəfindən
iqtisadi qərarların qəbul edilməsi üçün mühasibat uçotu subyektinin
maliyyə vəziyyəti, fəaliyyətinin nəticələri və maliyyə vəziyyətindəki
dəyişikliklər haqqında əhəmiyyətli hesab olunan informasiyanın təmin
edilməsidir.
MALİYYƏ HESABATLARININ İSTİFADƏÇİLƏRİ
10. Maliyyə hesabatlarının istifadəçiləri müəssisənin rəhbərliyindən,
sərmayədarlardan, borcverən və kreditorlardan, muzdlu işçilərdən,
analitiklər və məsləhətçilərdən, hökumət və cəmiyyətdən, habelə işgüzar
təmas qruplarından ibarətdir. Bu qruplar və onların müvafiq informasiya
ehtiyacları aşağıdakı kimi təsvir edilə bilər:
(a) Səhmdarlar qrupu. Bu qrupa mövcud və potensial mülkiyyətçilər, və
əgər mümkündürsə, konvertasiya olunan qiymətli kağızlar və səhmlər
üzrə varrantların, opsion müqavilələrinin sahibləri daxildir. Bu qrupun
üzvləri sərmayələrin alınması, satılması və ya tutulub saxlanılması
üzrə düzgün qərarların qəbul edilməsi üçün zəruri olan informasiya ilə
təmin olunmalıdır.
(b) Borcverənlər qrupu. Bu qrupa veksel və istiqrazların mövcud və
potensial sahibləri, təminatlı və təminatsız qısamüddətli borc verən
subyektlər daxildir. Borcverənlər borcların və müvafiq faizlərin vaxtlıvaxtında
ödənilib-ödənilməyəcəyi barədə informasiya ilə təmin
olunmalıdır.
(c) Muzdlu işçilər qrupu. Bu qrupa müəssisədə keçmişdə, hazırda
çalışan, habelə gələcəkdə fəaliyyət göstərə biləcək əməkdaşlar
daxildir. Bu qrupun üzvləri müəssisənin sabitliyinin, onun öz işçilərinə
əmək haqlarının və işdən çıxdıqdan sonra pensiyaların ödənilməsinin
və işçilərinin məşğulluğunun təmin edilməsi imkanları haqqında zəruri
informasiyada maraqlıdırlar.
(ç) Analitiklər və məsləhətçilər qrupu. Bu qrupa
5
maliyyə ekspertləri və tətqiqatçılar daxildir. Onlar müəssisənin
gələcəkdə mənfəət və pul vəsaitlərini əldə etmək imkanlarını
qiymətləndirmək üçün zəruri informasiya ilə təmin olunmalıdır.
(d) İşgüzar təmas qrupu. Bu qrupa tədarükçülər, istehlakçılar və digər
oxşar məqsədli tərəflər daxildir.
(e) Hökumət. Bu qrupa təsərrüfat fəaliyyətinə nəzarət edən bütün
müvafiq dövlət və yerli hakimiyyət orqanları daxildir. Bu qrupun üzvləri
müəssisənin fəaliyyətini tənzimləmək üçün tələb olunan müvafiq
informasiya ilə təmin olunmalıdır.
(ə) Cəmiyyət. Bu, müəssisənin fəaliyyəti ilə təmasda olan və ya
maraqlanan geniş ictimai qrupları təmsil edən qurumlardır. Maliyyə
hesabatları ictimaiyyəti müəssisənin müxtəlif sahələrin fəaliyyətində
mövcud olan tendensiyaları və baş vermiş dəyişikliklər haqqında
informasiya ilə təmin etməklə, ictimaiyyətə yardımçı ola bilər.
KOMMERSİYA TƏŞKİLATLARI ÜÇÜN MİLLİ MÜHASİBAT UÇOTU
STANDARTLARININ ƏSASLANDIĞI EHTİMALLAR
Hesablama metodu
11. Gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul
vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması
zamanı deyil, bu əməliyyatların baş verdiyi anda tanınmalıdır.
Müəssisənin fəaliyyətinin fasiləsizliyi
12. Müəssisənin fəaliyyətinin fasiləsizliyi konsepsiyası müəssisənin
fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya
fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin
və ya niyyətinin olmadığını nəzərdə tutur.
13. Adətən, maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və
öhdəliklərin ilkin dəyəri onların qiymətləndirmə əsası kimi istifadə edilir.
Müəssisənin fəaliyyətinin fasiləsizliyi barədə ehtimal aktivlərin və
öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin
yaradır.
14. Əgər müəssisənin ləğv olunacağı ehtimal olunarsa, aktivlərin
qiymətləndirilmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər
deyil, onların ehtimal olunan satış dəyərindən (yəni, satış üzrə xərclər
çıxılmaqla, satış qiyməti) istifadəsi daha məqsədə uyğundur. Başqa sözlə,
əgər müəssisənin yaxın gələcəkdə ləğv olunacağı gözlənilərsə, aktivlərin
ehtimal olunan satış dəyəri müəssisə tərəfindən onun öhdəliklərinin
ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin gözlənilən mədaxili barədə
daha etibarlı məlumatı təmin edəcəkdir.
6
15. Müəssisənin uzunmüddətli aktivlərinin amortizasiyası yalnız onun
fəaliyyətində müəyyən sabitlik ehtimal olunduqda, məntiqə və
məqsədəmüvafiq hesab oluna bilər. Əgər müəssisənin ləğv olunması
labüddürsə, aktivlərin qısamüddətli (dövriyyə) və uzunmüddətli
(dövriyyədənkənar) kimi təsnifləşdirilməsi məqsədəuyğun deyildir. Belə ki,
bu zaman, bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər
hesab olunur.
16. Öhdəliklərə gəldikdə isə, maliyyə hesabatlarının istifadəçiləri üçün bu
öhdəliklərin kreditorlara ödənişlər prioritetləri əsasında təsnifatı onların,
ənənəvi olaraq, qısamüddətli və uzunmüddətli öhdəliklər kimi təsnifatından
daha əhəmiyyətli hesab oluna bilər.
MALİYYƏ HESABATLARININ KEYFİYYƏT XÜSUSİYYƏTLƏRİ
17. Keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqdim olunan
informasiyanı istifadəçilər üçün daha yararlı edən aşağıdakı əsas
amillərdən ibarətdir.
Münasiblik
Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi
qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur.
İnformasiyanın münasibliyi onun mahiyyəti və əhəmiyyətliliyindən asılıdır. Bəzi
hallarda informasiyanın mahiyyəti onun münasib olması üçün kifayətdir. Digər
hallarda isə informasiyanın mahiyyəti və əhəmiyyətliliyi birgə nəzərə
alınmalıdır.
Əhəmiyyətlilik
Maliyyə hesabatlarını təqdim edənlər tərəfindən nəzərə alınmaması və ya təhrif
olunması səbəbindən istifadəçilərin bu hesabatlar əsasında iqtisadi qərarların
qəbul edilməsinə təsir edə bilən informasiya əhəmiyyətli hesab olunur.
Əhəmiyyətlilik konkret şəraitlərdə maliyyə hesabatlarında diqqətsizlikdən
göstərilməmiş məlumatın və ya yol verilmiş səhvin həcminin dəyərindən
asılıdır. Belə ki, əhəmiyyətlilik informasiyanın keyfiyyət xüsusiyyətləri ilə deyil,
bu informasiyanın münasibliyini müəyyən edən kəmiyyətlər ilə ölçülür.
Etibarlılıq
Tərkibində əhəmiyyətli səhvlər və qabaqcadan əmələ gəlmiş yanlış (qərəzli)
fikirlər mövcud olmayan informasiya etibarlı hesab olunur. İstifadəçilər bu
informasiyanın etibarlı olduğuna inandıqda, ona arxalana bilərlər. Etibarlı
informasiya neytrallıq, ehtiyatlılıq, düzgün təqdimat və tamlıq kimi keyfiyyətlərə
malik olmalıdır.
7
Düzgün təqdimat
Müəssisənin maliyyə hesabatlarında informasiyanın düzgün təqdimatı onun
maliyyə vəziyyətini və fəaliyyətinin maliyyə nəticələrini qərəzsiz, təhrifsiz,
manipulyasiyasız və ya əhəmiyyətli faktları gizlətmədən, mahiyyətin formadan
üstünlüyü konsepsiyası əsasında, mümkün qədər obyektiv əks etdirməsini
nəzərdə tutur. Bu o deməkdir ki, Konseptual Əsasların və ya müvafiq Milli
Mühasibat Uçotu Standartının tanınma meyarlarına uyğun gələn və hesabat
tarixinə və ya hesabat dövründə mövcud olan aktivlərə, öhdəliklərə, kapitala,
gəlirlərə və xərclərə təsir göstərmiş bütün təsərrüfat əməliyyatları və digər
hadisələr maliyyə hesabatlarında düzgün əks etdirilməlidir.
Mahiyyətin formadan üstünlüyü
Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün
olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin
hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.
Neytrallıq
Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün
məlumatlar neytral, yəni, qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar
tərəfindən təqdim olunan informasiya, onların öncədən müəyyən olunmuş
nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, maliyyə
hesabatları neytral hesab oluna bilməz.
Ehtiyatlılıq
Ehtiyatlılıq – qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya
gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin
olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. Əksər hallarda bu o
deməkdir ki, qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən
aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Lakin,
ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq
həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasını, habelə
aktivlərin və gəlirlərin qəsdən azaldılmasını və ya öhdəliklərin və xərclərin
qəsdən artırılmasını əsaslandırmır.
Tamlıq
Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu
informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla,
dolğun olmalıdır.
Müqayisəlilik
İstifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi və fərqliliyi müəyyən
etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqayisəli hesab
olunur.
8
İstifadəçilər tərəfindən müəssisənin müxtəlif dövrlərə aid olan maliyyə
hesabatlarının və ayrı-ayrı müəssisələrin maliyyə hesabatlarının müqayisə edilə
bilməsi onlar üçün müəssisələrin maliyyə vəziyyətindəki və fəaliyyətlərinin
maliyyə nəticələrindəki meylləri müəyyən etmək imkanı yaradır.
Ardıcıllıq
Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən biri ardıcıllıqdır.
Müqayisəlilik prinsipi maliyyə hesabatlarında əks olunan informasiyanın
dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim
edilməsini tələb edir.
İnformasiyanın ardıcıllığı müəssisə tərəfindən bütün dövrlər ərzində oxşar
hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. Lakin, ardıcıllıq
prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibarlılığını, münasibliyini və
anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində dəyişikliklərin edilməsinə
maneə yaratmamalıdır.
İnformasiyanın müqayisəliliyi və ardıcıllığı maliyyə hesabatlarının hazırlanması
zamanı istifadə olunmuş uçot siyasəti haqqında istifadəçilərin
məlumatlandırılmasını təmin etməlidir. Tətbiq olunan uçot siyasətində hər hansı
dəyişikliklər edildikdə, bu dəyişikliklər onların nəticələri ilə birlikdə aydın şəkildə
açıqlanmalıdır.
Anlaşıqlılıq
Maliyyə hesabatlarında təqdim olunan informasiyanın mahiyyəti istifadəçilər
tərəfindən anlaşılmalıdır. Eyni zamanda, istifadəçilər kommersiya fəaliyyəti və
mühasibat uçotu haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət
qədər dərindən öyrənməyə hazır olmalıdırlar. Münasib informasiya, onun
mürəkkəbliyinə görə istifadəçilər tərəfindən anlaşılmaması səbəbindən maliyyə
hesabatlarından çıxarılmamalıdır.
MÜNASİB VƏ ETİBARLI İNFORMASİYANIN MƏHDUDLUĞU
Vaxtında təqdimat ilə etibarlılıq arasında tarazlıq
18. İnformasiyanın münasib sayılması üçün onun vaxtında təqdim edilməsi
vacibdir. Təqdim olunması zamanı səbəbsiz ləngitmələrə yol verilən
informasiya öz münasibliyini itirə bilər. Lakin, əksər hallarda,
informasiyanın vaxtında təqdim olunması məqsədilə əməliyyatların və
digər hadisələrin bütün aspektlərinin tam müəyyənləşməsinə qədər
hesabat vermək tələbi ortaya çıxır. Bu da maliyyə hesabatlarında təqdim
edilən informasiyanın etibarlılıq səviyyəsinin aşağı enməsinə səbəb ola
bilər. Əksinə, hesabatın təqdim edilməsi bütün aspektlər müəyyən
olunanadək gecikdirildikdə, informasiya yüksək dərəcədə etibarlı, lakin
bundan əvvəl qərar qəbul etməli olan istifadəçilər üçün az faydalı ola bilər.
9
Müəssisə rəhbərliyi maliyyə hesabatlarının vaxtında təqdim edilməsindən
və etibarlılığından əldə olunacaq nisbi səmərəliliyin tarazlığını təmin
etməlidir. Əksər hallarda tarazlığın təmin edilməsi maliyyə hesabatlarının
standartlarda təyin olunmuş müddətdə təqdim olunması deməkdir.
Səmərə ilə məsrəflər arasında tarazlıq
19. Maliyyə hesabatlarında təqdim olunan informasiyadan əldə olunan səmərə
bu informasiyanın hazırlanması ilə bağlı məsrəflərdən artıq olmalıdır. Buna
görə də, maliyyə hesabatlarında əhəmiyyətsiz informasiyanın
göstərilməsinə ehtiyac yoxdur.
Keyfiyyət xüsusiyyətləri arasında tarazlıq
20. Təcrübədə keyfiyyət xüsusiyyətləri arasında tarazlığın əldə edilməsi zəruri
hesab edilir. Maliyyə hesabatlarının vəzifələrinin yerinə yetirilməsi üçün
keyfiyyət xüsusiyyətləri arasında müvafiq tarazlığa nail olmaq
məqsədəuyğundur. Müxtəlif hallarda, xüsusiyyətlərin nisbi mühümlüyü
peşəkar mülahizələrin predmetidir.
MALİYYƏ HESABATLARININ ELEMENTLƏRİ
Balans hesabatının elementləri
21. Aktiv - keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan
və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən
ehtiyatdır (resursdur).
22. Öhdəlik – müəssisənin kеçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni
əmələ gətirən ehtiyatlarının (resurslarının) müəssisədən kənara ахını ilə
nəticələnən mövcud borcudur.
23. Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin
dəyəridir.
24. Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə aktivdən istifadə olunması
və ya onun xaric olması nəticəsində aşağıda göstərilən formalarda yaranır:
(a) müəssisəyə daxil olması gözlənilən pul vəsaitlərinin və ya onların
ekvivalentlərinin potensial artımı;
(b) müəssisədən xaric olması gözlənilən pul vəsaitlərinin və ya onların
ekvivalentlərinin potensial azalması.
25. Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə bu aktivin satışı, pul
vəsaitlərinə və ya onların ekvivalentlərinə çevrilməsi (məsələn, qazanılmış
faizlər üzrə debitor borclarının ödənilməsi) və ya ondan istifadə edilməklə
istehsal olunmuş məhsulun satışı nəticəsində müəssisəyə daxil ola bilər.
Aktivin istifadəsi nəticəsində gələcək iqtisadi səmərənin əldə olunması pul
10
vəsaitlərinin və ya onların ekvivalentlərinin xaric olmasının azaldılması ilə
ifadə oluna bilər. Məsələn, müəssisə tərəfindən təmizləyici qurğunun əldə
edilməsi nəticəsində ətraf mühitin çirkləndirilməsi üzrə cərimə ödənişlərinin
azalması şəklində yaranan qənaətin əldə olunması .
Mənfəət və zərər haqqında hesabatın elementləri
26. Gəlir – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda
artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil
olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.
27. Xərc – mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli
оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində
aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına
baş verən iqtisadi səmərənin аzаlmаsıdır.
Kapitalın saxlanılmasını təmin edən düzəlişlər
28. Müəssisənin aktivlərinin və öhdəliklərinin dəyərinin yenidənqiymətləndirilməsi və
ya yenidən müəyyənləşdirilməsi kapitalda artımı və ya azalmanı yaradır. Bu
artımın və ya azalmanın gəlir və xərc anlayışlarına uyğun gəlməsinə
baxmayaraq kapitalın saxlanılmasının müəyyən konsepsiyalarına müvafiq
olaraq onlar Mənfəət və zərər haqqında hesabatda təqdim edilmir. Bu artım və
ya azalma kapitalın saxlanılmasına düzəlişlər və ya yenidənqiymətləndirmə
üzrə ehtiyat adı altında müvafiq olaraq Mühasibat balansında və Kapitalda
dəyişikliklər haqqında hesabatda əks olunur. (Bax: Kapitalın Saxlanılması üzrə
konsepsiyaların açıqlanması bu konseptual əsasların 46-52-ci maddələrində
öz əksini tapmışdır)
MALİYYƏ HESABATLARININ ELEMENTLƏRİNİN TANINMASI
29. Obyektin maliyyə hesabatlarında tanınması – tanınma meyarlarına
cavab verən obyektin Mühasibat balansına və ya Mənfəət və zərər
haqqında hesabata daxil edilməsidir.
30. Mühasibat balansı və ya Mənfəət və zərər haqqında hesabatda tanınan
obyektlər aşağıdakı tanınma meyarlarına cavab verməlidir:
(a) maliyyə hesabatlarının elementlərinin birinin anlayışına uyğun
gəlməsi;
(b) bu obyekt ilə əlaqədar gələcək iqtisadi səmərənin artımı və ya
azalması ehtimalının olması; və
(c) obyektin dəyərinin və ya qiymətinin etibarlı səviyyədə müəyyən
oluna, qiymətləndirilə və ya hesablana bilməsi.
31. Mühasibat balansında və ya Mənfəət və zərər haqqında hesabatda
tanınmalı olan obyektlərin tanınmaması istifadə olunan uçot siyasətinin
11
açıqlanması, habelə qeydlər və ya izahat materialları vasitəsilə əvəz edilə
bilməz.
32. Obyektin dəyəri və ya qiyməti etibarlı əsasla qiymətləndirilə bilmədikdə, bu
obyekt Mühasibat balansında və Mənfəət və zərər haqqında hesabatda
tanınmamalıdır. Lakin, müəssisənin maliyyə vəziyyətinin və ya maliyyə
nəticələrinin qiymətləndirilməsi üçün obyekt haqqında informasiya
münasib sayıldıqda, maliyyə hesabatlarının qeydlərində bu obyekt ilə bağlı
təfərrüatların açıqlanması zərurəti yarana bilər.
Aktivin tanınması
33. Aktiv yalnız müəssisəyə gələcək iqtisadi səmərənin axını ehtimal olunduğu
və onun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə qiymətləndirilməsi
imkanının mövcud olduğu hallarda mühasibat balansında tanınır.
Öhdəliyin tanınması
34. Öhdəlik yalnız keçmiş hadisələrə görə yaranmış cari borcun ödənilməsi
nəticəsində müəssisədən gələcək iqtisadi səmərənin kənara axını ehtimal
olunduğu və bu borcun dəyərinin və ya qiymətinin etibarlı səviyyədə
qiymətləndirilməsi imkanının mövcud olduğu hallarda mühasibat
balansında tanınır.
35. Keçmiş hadisələrin mövcud olmadığı səbəbdən gələcəkdə yarana bilən
borclar öhdəlik kimi tanınmır. Məsələn, adətən müəssisə tərəfindən
gələcəkdə aktivin əldə ediləcəyi haqda razılıq hesabat dövrünün öhdəliyi
kimi tanınmır.
Gəlirin tanınması
36. Gəlir aktivlərin artması və öhdəliklərin azalması ilə bağlı iqtisadi səmərənin
artımının baş verdiyi və bu artımın etibarlı səviyyədə qiymətləndirilməsinə
imkanın mövcud olduğu hallarda tanınır.
Xərcin tanınması
37. Xərc aktivlərin azalması və öhdəliklərin artması ilə bağlı iqtisadi səmərənin
azalmasının baş verdiyi və bu azalmanın etibarlı səviyyədə
qiymətləndirilməsinə imkanın mövcud olduğu hallarda tanınır.
38. Əksər hallarda, xərclərin və gəlirlərin ayrı-ayrı maddələri birbaşa əlaqəli
olur. Buna görə də, müvafiqlik (əlaqələndirmə) konsepsiyasına
əsaslanaraq xərclər və gəlirlər eyni vaxtda tanınmalıdırlar.
39. Xərclərin gəlirlər ilə birbaşa əlaqələndirilməsi mümkün olmadığı hallarda,
onlar müvafiq hesabat dövrləri arasında sistematik və ardıcıl olaraq
bölüşdürülür. Bölüşdürülmə üsulu gələcək iqtisadi səmərənin baş verməsi
gözlənilən dövrlər üzrə xərclərin tanınmasını təmin etməlidir.
12
40. Məsrəflər gələcək iqtisadi səmərənin əmələ gəlməsinə səbəb olmadıqda,
habelə onlara aid edilən gələcək iqtisadi səmərələr Mühasibat balansında
aktivin tanınma meyarlarına uyğun gəlmədikdə və ya bu meyarlara artıq
cavab vermədikdə, bu məsrəflər Mənfəət və zərər haqqında hesabatda
xərc kimi dərhal tanınır.
41. Həmçinin, öhdəlik müvafiq aktiv tanınmadan yarandıqda, xərc Mənfəət və
zərər haqqında hesabatda tanınır.
MALİYYƏ HESABATLARI ELEMENTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
42. Qiymətləndirmə - Mühasibat balansında və ya Mənfəət və zərər
haqqında hesabatda təqdim edilən obyektin pul ifadəsinin
müəyyənləşdirilməsidir.
43. Qiymətləndirmə üçün aşağıdakı qiymətləndirmə əsasları istifadə oluna
bilər:
(a) İlkin dəyər
− Aktivin ilkin dəyər əsasında qiymətləndirilməsi onun əldə
edilməsi zamanı pul vəsaitlərinin və ya pul vəsaitlərinin
ekvivalentlərinin ödənilmiş məbləği və ya verilmiş
əvəzləşdirmənin (mübadiləyə verilmiş qeyri-monetar aktivlərin,
qəbul edilmiş öhdəliklərin, buraxılmış kapital alətlərinin) ədalətli
dəyəri ilə qiymətləndirilməsini nəzərdə tutur;
− Öhdəliyin ilkin dəyər əsasında qiymətləndirilməsi müəssisənin
adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi məqsədilə
ödənilməsi gözlənilən pul vəsaitlərinin və ya onların
ekvivalentlərinin məbləği, yaxud borc öhdəliyi əvəzinə alınmış pul
vəsaitlərinin və ya onların ekvivalentlərinin məbləği, yaxud
alınmış digər vəsaitlərin ədalətli dəyəri ilə qiymətləndirilməsini
nəzərdə tutur.
(b) Cari dəyər
− Aktivin cari dəyəri əsasında qiymətləndirilməsi hal-hazırda analoji
aktivlərin əldə edilməsi üçün ödənilməli olan pul vəsaitlərinin və
ya onların ekvivalentlərinin məbləği ilə qiymətləndirilməsini
nəzərdə tutur;
− Öhdəliyin cari dəyəri əsasında qiymətləndirilməsi onların halhazırda
yerinə yetirilməsi məqsədilə ödənilməli olan pul
vəsaitlərinin və ya onların ekvivalentlərinin nominal
(diskontlaşdırılmamış) məbləği ilə qiymətləndirilməsini nəzərdə
tutur .
(c) Mümkün satış dəyəri
13
− Aktivin mümkün satış dəyəri əsasında qiymətləndirilməsi
müəssisənin adi iş şəraitində bu aktivin satılması nəticəsində
əldə edilə biləcək pul vəsaitlərinin və ya onların ekvivalentlərinin
məbləği ilə qiymətləndirilməsini nəzərə tutur;
− Öhdəliyin mümkün ödəniş dəyəri əsasında qiymətləndirilməsi
müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsi
məqsədilə pul vəsaitlərinin və ya onların ekvivalentlərinin
ödənilməli olan nominal (diskontlaşdırılmamış) məbləği ilə
qiymətləndirilməsini nəzərdə tutur.
(ç) Diskontlaşdırılmış dəyər
− Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi
müəssisənin adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən
gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırkı məbləği ilə
qiymətləndirilməsini nəzərdə tutur;
− Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi
müəssisənin adi iş şəraitində bu öhdəliyin yerinə yetirilməsindən
gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırkı
məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur.
(d) Ədalətli dəyər
− Aktivin ədalətli dəyər əsasında qiymətləndirilməsi onun müstəqil,
yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata
keçirməkdə maraqlı olan tərəflər arasında mübadilə nəticəsində
əldə edilə biləcək məbləğlə qiymətləndirilməsini nəzərdə tutur;
− Öhdəliyin ədalətli dəyər əsasında qiymətləndirilməsi müstəqil,
yaxşı məlumatlandırılmış və bu cür əməliyyatı həyata
keçirməkdə maraqlı olan tərəflər arasında əməliyyatın icrası
zamanı bu öhdəliyin yerinə yetirilməsi üçün tələb olunan
məbləğlə qiymətləndirilməsini nəzərdə tutur.
44. Müvafiq Milli Mühasibat Uçotu Standartları maliyyə hesabatlarının ayrı-ayrı
elementləri üzrə istifadə oluna biləcək müxtəlif qiymətləndirmə əsaslarını
müəyyən edir.
45. Milli Mühasibat Uçotu Standartları Qarışıq qiymətləndirmə əsasının
(Modifikasiya edilmiş ilkin dəyərinin) istifadə edilməsinə maneə
yaratmır. Bu halda, müvafiq dövrün maliyyə hesabatlarında təqdim
olunmuş ayrı-ayrı obyektlərə müxtəlif qiymətləndirmə əsaslarının tətbiq
edilməsi nəzərdə tutulur.
KAPİTALIN SAXLANILMASI ÜZRƏ KONSEPSİYALAR
14
46. Müəssisənin kapitalı aşağıdakı kimi nəzərə alına bilər:
(a) müəssisənin maliyyə kapitalı, yəni müəssisəyə qoyulmuş onun xalis
aktivlərinin dəyərinə (müəssisənin öz kapitalına) bərabər olan
investisiyanın nominal dəyəri və ya sabit alıcılıq qabiliyyəti əsasında
qiymətləndirilmiş pul vəsaitlərinin məbləği;
(b) müəssisənin fiziki istehsalat məhsuldarlığı və ya bu məhsuldarlığın
təmin edilməsinə tələb olunan resurslar.
47. Yuxarıda göstərilən kapitalın konseptual anlayışlarını nəzərə alaraq,
kapitalın saxlanılmasına dair iki əsas konsepsiyanı qeyd etmək olar:
(a) 46-cı maddənin (a) bəndinə əsasən Maliyyə kapitalının (və ya
müəssisəyə qoyulmuş investisiyaların dəyərinin) saxlanılması
konsepsiyası;
(b) 46-cı maddənin (b) bəndinə əsasən Fiziki kapitalın (və ya
müəssisənin əməliyyat potensialının) saxlanılması konsepsiyası.
48. Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul
vəsaitlərinin nominal vahidlərilə müəyyənləşdirilərsə, nominal vahidlərlə
qiymətləndirilmiş pul vəsaitlərinin hesabat dövrü ərzində artması mənfəət
kimi tanınır. Beləliklə, hesabat dövrü ərzində müəssisə tərəfindən
saxlanılan aktivlərin qiymətlərinin artması konseptual baxımdan mənfəət
hesab olunur. Lakin, təcrübədə, bu mənfəət aktivlərin xaricolmasına və ya
istifadə olunmasına qədər tanınmamalıdır.
49. Maliyyə kapitalının saxlanılması konsepsiyasına uyğun olaraq, kapital pul
vəsaitlərinin sabit alıcılıq qabiliyyəti vahidlərilə müəyyənləşdirilərsə, sabit
alıcılıq qabiliyyəti vahidlərilə qiymətləndirilmiş pul vəsaitlərinin hesabat
dövrü ərzində artımı mənfəət hesab olunur. Beləliklə, müəssisə tərəfindən
saxlanılan aktivlərin qiymətlərinin artmasının yalnız inflyasiyanın ümumi
səviyyəsindən artıq olan hissəsi mənfəət hesab olunur. Artımın yerdə
qalan hissəsi kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi
hesab olunur.
50. Fiziki kapitalın saxlanılması konsepsiyasına uyğun olaraq, kapital
müəssisənin fiziki məhsuldarlıq potensialı ilə müəyyənləşdirilir və bu
potensialın dövr ərzində artımı mənfəət hesab olunur. Əks halda, yalnız
müəssisənin aktivlərinə və öhdəliklərinə təsir edən bütün qiymət
dəyişikliklərinin nəticəsində müəssisə tərəfindən saxlanılan aktivlərin
dəyərinin artması kapitalın saxlanılmasına düzəliş və kapitalın bir hissəsi
hesab olunur.
51. Qiymətləndirmə əsaslarının və kapitalın saxlanılması konsepsiyasının
seçilməsi maliyyə hesabatlarının hazırlanmasında istifadə olunan uçot
modelini müəyyənləşdirməklə, bu hesabatların münasiblik və etibarlılıq
səviyyələrini təmin edir. Müəssisənin rəhbərliyi münasiblik ilə etibarlılıq
arasında səmərəli tarazlığa nail olmalıdır.
52. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən tətbiq edilməli olan uçot
modeli müvafiq Milli Mühasibat Uçotu Standartları ilə müəyyənləşdirilir.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Nizam Maliyyə & Hüquq Konsaltinqi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nizam Maliyyə & Hüquq Konsaltinqi:

Share