12/01/2026
📚 Təhsildə dəyişimin bir parçası olduq!
28 dekabr tarixində Təhsilli.az .az platformasının təşkilatçılığı ilə baş tutan “Təhsildəki problemlər və düzgün metodologiya” seminarı , Dəstəkçi İcma Mərkəzi olaraq məkan dəstəyi verdiyimiz və təhsildə keyfiyyətli yanaşmaların müzakirə olunduğu dəyərli tədbirlərdən biri oldu.
🎯 Təhsildə mövcud problemlər,
🎯 düzgün metodologiyanın əhəmiyyəti,
🎯 müəllimlərin və təhsil təşəbbüslərinin rolu kimi mövzular ətrafında aparılan müzakirələr, iştirakçılar üçün həm maarifləndirici, həm də ilhamverici oldu.
💡 Dəstəkçi olaraq inanırıq ki, təhsildə sosial təsir yaradan təşəbbüslər üçün təhlükəsiz, açıq və paylaşım yönümlü məkanlar formalaşdırmaq uzunmüddətli dəyişimin əsasını qoyur.
Bu kimi tədbirlərlə icmaları bir araya gətirməyə və bilik mübadiləsini dəstəkləməyə davam edirik 🤝
📍 Dəstəkçi İcma Mərkəzi – ideyaların, dialoqun və sosial təsirin görüş nöqtəsi.
Təhsildəİnnovasiya Dəstəkçi