Azerbaijan Micro-finance Association (AMFA)

Azerbaijan Micro-finance Association (AMFA) Azerbaijan Micro-finance Association http://www.amfa.az

Established in 2001, AMFA's mission is to strengthen the capacity of microfinance institutions and to promote effective collective action in the microfinance community and its clients in Azerbaijan. It provides research analysis, educational opportunities, policy advocacy, certification, and other services to its membership of 16 non-bank credit organizations and 8 downscaling commercial banks, 1 leasing company, one international fund, and one credit union.

28 may - Müstəqillik Günü!
28/05/2026

28 may - Müstəqillik Günü!

Qurban Bayramınız Mübarək!
27/05/2026

Qurban Bayramınız Mübarək!

Ümummilli Lider Heydər Əliyev - 10 may 1923
10/05/2026

Ümummilli Lider Heydər Əliyev - 10 may 1923

9 may - Faşizm üzərindı Qələbə Günü!
09/05/2026

9 may - Faşizm üzərindı Qələbə Günü!

18 aprel 2025-ci il tarixində PASHA Bank ASC-nin eksklüziv, Parabokt ASC-nin qızıl, həmçinin “MJ Financial Services” BOK...
08/05/2026

18 aprel 2025-ci il tarixində PASHA Bank ASC-nin eksklüziv, Parabokt ASC-nin qızıl, həmçinin “MJ Financial Services” BOKT ASC, “Meqa Sığorta” ASC , ForFinance Bokt MMC, Caspian Finance BOKT “Azpul” BOKT MMC-nin gümüş tərəfdaşlığı ilə keçirilən Azərbaycan Mikromaliyyə Assosiasiyasının 18-ci İllik Təltif Şam Ziyafətində AMFA-nın Mükafat Komitəsinin qərarı ilə, ötən ilin ən uğurlu layihələri, innovativ maliyyə alətləri və müştəri məmnuniyyəti sahəsində fərqlənən təşkilatlar müxtəlif nominasiyalar üzrə təltif edildilər:

• MCB BOKT MMC – “Mikromaliyyə sektorunda çirkli pulların yuyulması əleyhinə effektiv mexanizmə malik olan maliyyə qurumu” nominasiyası üzrə;

• Regional BOKT MMC – “Müştərilərini maarifləndirmədə qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyası üzrə;

• FINCA Azerbaijan MMC – “İlin innovativ məhsulunu təqdim edən qabaqcıl mikromaliyyə təşkilatı” nominasiyası üzrə.

olaraq mükafatlandırılmış bütün üzv təşkilatlarımızı təbrik edir, göstərdikləri uğurlu fəaliyyətə görə təşəkkürümüzü bildiririk və onlara gələcək işlərində nailiyyətlər arzulayırıq!

Tədbirin həyata keçirilməsində verdikləri dəyərli dəstəyə görə PAŞA Bank başda olmaqla, bütün tərəfdaşlarımıza dərin minnətdarlığımızı bildiririk!

01 may 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 18-ci İllik Təltif Şam Ziyafəti baş tutdu. Y...
07/05/2026

01 may 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 18-ci İllik Təltif Şam Ziyafəti baş tutdu. Yüksək səviyyədə təşkil olunmuş tədbirdə AMFA-nın üzv təşkilatları ilə yanaşı, qeyri-üzv maliyyə qurumları, dövlət nümayəndələri, beynəlxalq tərəfdaşlar və müstəqil ekspertlər daxil olmaqla ümumilikdə 112 nümayəndə iştirak etdi.

Tədbirin rəsmi hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AMFA-nın İcraçı direktoru Jalə Hacıyeva açılış nitqi ilə çıxış etdilər.

Çıxış edən qonaqlar sırasında ASK-nın prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov , ABİF-in Baş direktoru Eldar Həmidov, PAŞA Bank ASC-nin Maliyyə İnstitutları şöbəsinin baş müştəri təmsilçisi Əzim Qarayev, AMFA ilə əməkdaşlığın əhəmiyyətini və sektorun davamlı inkişaf perspektivlərini iştirakçılarla bölüşdülər.

Ziyafət çərçivəsində iştirakçılar arasında dünyagörüşü mövzusunda viktorina təşkil olundu. Qaliblərə AMFA-nın növbəti tədbiri – “İşə qayıdış - 4” piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim edildi.

Tədbirdə, iştirakçılarla xatirə fotosu çəkildi.

ELAN:06 may, saat 11:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı mətbuat konfransı keçirəcəkdir. Mətbuat konfransı AM...
06/05/2026

ELAN:

06 may, saat 11:00-da Azərbaycan Respublikasının Mərkəzi Bankı mətbuat konfransı keçirəcəkdir. Mətbuat konfransı AMB-nin rəsmi internet səhifəsi, YouTube və Facebook platformaları vasitəsilə canlı yayımlanacaq.

Canlı yayım linki əlavə olunur:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizi parametrləri barədə qərarına həsr olunmuş mətbuat konfransını canlı izləyin.Müzakirə ol...

25 aprel - Sahibkarlar Günüdür
25/04/2026

25 aprel - Sahibkarlar Günüdür

24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.Tədbir Azərbaycan Respublik...
24/04/2026

24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində reallaşdırılıb.

Aksiyada AMFA-nın üzv təşkilatları olan FINCA Azerbaijan , BOKT "ASEL Kredit" MMC , BOKT EmbaFinans QSC , Caspian Finance BOKT MMC , BOKT "İnkişaf üçün Maliyyə" MMC Findev Credit, Parabokt MMC və BOKT AZPUL MMC fəal şəkildə təmsil olunublar. da daxil olmaqla, sözügedən təşkilatlardan ümumilikdə 56 nəfər nümayəndə ağacəkmə təşəbbüsünə qoşularaq ekoloji layihəyə dəstək verib.

Ətraflı: https://amfa.az/?sid=213&cid=724&l=az

Əmanətlərinizin təhlükəsizliyi üçün doğru məlumatlı olmaq vacibdir. Bank fəaliyyətini dayandırdığı halda, sığortalanmış ...
24/04/2026

Əmanətlərinizin təhlükəsizliyi üçün doğru məlumatlı olmaq vacibdir.

Bank fəaliyyətini dayandırdığı halda, sığortalanmış əmanətlər dövlət zəmanəti ilə qorunur.

Address

44 J. Jabbarli Str. (Caspian Plaza I) 5 Floor
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan Micro-finance Association (AMFA) posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaijan Micro-finance Association (AMFA):

Share