Texnikabank

Texnikabank Texnikabank Açıq Səhmdar Cəmiyyəti 1993-cü ildə yaradılmış və universal bank olmaqla, geniş spektrda bank və maliyyə xidmətləri göstərir.

Bank öz törəmə müəssisəsi olan Texnika Lizing vasitəsi ilə müştərilərə kredit xidmətlərindən istifadə etmək və Alfa İnsurans LLC vasitəsilə sığortalamaq imkanı da yaratmışdır. Texnikabank qiymətli kağızlar bazarında aktiv fəaliyyət göstərir və Bakı Fond Birjasının səhmdarıdır. Bankın törəmə müəssisəsi olan Kapital Menecment ən qabaqcıl brokerlər sırasındadır. Bank 150 min müştəriyə xidmət göstərir

. Bankın 500 nəfərdən artıq işçisi baş ofis və filiallarda işləyir. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq bankın strateji prioritetidir. Bu baxımdan Texnikabank Azərbaycanda ilk dəfə Qara Dəniz Ticarət və İnkişaf bankından ipoteka kreditlərinin verilməsi üçün 8 mln. dollar məbləğində kredit almışdır. Eyni zamanda bank City Group və Morgan Stanley kimi iri banklarla əməkdaşlıq edir. Hal – hazırda “Texnikabank” ASC – nin Azərbaycan Respublikası, Rusiya Federasiyası,ABŞ, Almaniya, Avstriya, Isveçrə, Ukrayna, Qazaxstan və Latviyanın aparıcı bankları ilə müxbir əlaqələri mövcuddur. Beynəlxalq ödəmələrə artan tələbata əsasən bank “Drestner Bank AG” (Almaniya), “Parex Bank”(Latviya) , “Zentralban Oesterreich AG” (Avstriya), “OJCS Uralsib İ” (Rusiya), “Commerzbank AG” (Almaniya), “Amerikan Express Bank LTD” (ABŞ), “Russky Slavyansky Bank” ( Rusiya), “Wachovia Bank New York International Branch” (ABŞ), Banque De Commerce Et De Placements S.A. (İsvecrə), American Express Bank LTD, Kredit Dnepr Bank (Ukrayna), Kazkommertsbank, Bank Turanalem (Qazaxıstan) kimi banklarla müxbir əlaqələri saxlayır. Texnikabank ölkəmizin maliyyə bazarının və bank sisteminin inkişafı üçün əlverişli şəraitin yaradılmasında, investisiyaların cəlb olunmasında, müştərilərə yüksək xidmət göstərilməsində bir çox nailiyyətlər əldə etmişdir. Bank müştərilərə “Western Union”, “Blizko”, “Contact”, “MİGOM”, “Lider”, “Privat money”, “Xpress Money” və “Bistraya Poçta”, “Money Gram”, “Zolotaya Korona”, “Caspian Money Transfer”vasitəsilə sürətli pulköçürmə xidmətləri həyata keçirir.

2004-cü ildən etibarən Beynəlxalq Visa Assosiasiyasının üzvü olan Texnikabank 2006-cı ilin iyun ayında Assosiasiyanın prinsipial üzvünə çevrilmişdir. Özəl banklar arasında kartlar bazarında liderlər sırasında olmaqla bank, MilliKart Prosessinq Mərkəzinin 10% səhmlərinin sahibidir.

2007-ci ildən Texnikabank ASC Mastercard İnternational ödəmə sisteminin prinsipial üzvü olmuşdur və eyni zamanda Cirrus/Maestro Mastercard Standart və Mastercard Gold kartlarının istehsalına başlamışdır.
2007-ci ildə Texnikabank ASC Visa İnternational ödəmə sistemi ilə 3 layihə, Visa Pos Acquirinq, Visa VSDC issuing, Visa Smart Platinum co-brand layihələrini başa çatdırıb. Bu layihələrin köməyilə bank ticarət mərkəzlərində quraşdırılmış Pos terminallarda beynəlxalq əməliyyatları processing etmək, VİSA EMV çip kartlarını istehsal etmək imkanı əldə etmiş və Texnikabankın Platinum kartlarının sahibləri isə Novco şirkətinin bütün dükanlarında (Benneton, Sisley, Hilfiger Denim, Chicco, Puma, Nike) kartdan istifadə edərkən 10% endirim əldə etmək imkanı qazanmışdır. Xəzər İnteqrasiya İşgüzar Klubu (CİBC) 2007-ci ilin nəticələrinə əsasən «İlin bankı» nominasiyası üzrə «Caspian Energy Integration Award – 2008» mükafatını «Texnikabank» ASC-yə təqdim etmişdir.

Özünün filial şəbəkəsini sürətlə genişləndirən və respublikanın bölgələrində yeni filiallarını müştərilərin istifadəsinə verən Texnikabank ASC regionların sosial iqtisadi inkişafı dövlət proqramını əməli dəstəkləyir. Hal-hazırda bankin 34 filialı və 5 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Xaçmaz, Qaradağ, Quba, Evlax, Mingəçevir, Qəbələ, Beyləqan, Biləsuvar, Nefçala, Zaqatala, Cəlilabadda və Tovuzda fəaliyyət göstərir. 2010-cu ildə İstanbul və Londonda isə nümayəndəliklərinin açılışı gözlənilir.

Address

Ataturk Avenue 1107
Baku
AZ1069

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

0124477744

Alerts

Be the first to know and let us send you an email when Texnikabank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share