Onlayn.muhasib

Onlayn.muhasib Accounting�

Mediator vergi və sosial öhdəliklər📰İki gündür mediasiya prosesi ilə mediator peşəsindən məlumat verdim və artıq bizə va...
08/12/2021

Mediator vergi və sosial öhdəliklər📰

İki gündür mediasiya prosesi ilə mediator peşəsindən məlumat verdim və artıq bizə vacib olan mövzuya keçid edirik.

📕Vergi
📕Əsas: Mediasiya haqqında Qanunun 1.0.3-cü, 11.1-ci və 36.1-ci maddələri, VM-nin 99.3.13-cü, 101.2-ci maddələri

📕Mediator fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilməklə 1️⃣4️⃣%dərəcə ilə vergiyə cəlb edilir.

📘Sosial sığorta
📘Əsas: “Sosial sığorta haqqında” AR-nın Qanununun 14.5.5-ci maddəsi

📘Mediatorun göstərdiyi xidmətlərə görə əldə etdiyi ödənişlərdən bu fəaliyyət üzrə çəkilmiş xərclər çıxıldıqdan sonra qalan fərqdən 🔟% dərəcə ilə MDSS haqqı hesablanır.

📗Vahid Bəyannamə
📗Fəaliyyət növünün kodu sətrində MDSS üzrə 0300
📗İTS üzrə 2202
📗Vergi üzrə 6910011 kodu seçilməlidir.

📗Növbəti bölmədə “MDSS haqqına cəlb olunan gəlirlər” sətrində gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan məbləğ yazılır və sistem avtomatik olaraq həmin məbləğə 🔟% sığorta haqqı hesablayır.

📗“İTS haqqına cəlb edilən gəlirlər” sətrində fəaliyyət göstərilən aylar üçün “250” yazılır və sistem avtomatik olaraq həmin məbləğə 4️⃣% İTS haqqı hesablayır, fəaliyyət göstərilməyən aylar üçün isə “0” yazılmalıdır.

📗Əsas: AR VN 30.12.2019-cu il tarixli 1917040101742500 №-li Əmri ilə təsdiq edilmiş “Muzdlu işlə əlaqədar ÖMV, MDSS, işsizlikdən sığorta və İTS haqları bəyannaməsinin tərtib edilməsi qaydası, Sosial sığorta haqqına qanunun 14.5.5-ci maddəsi, Tibbi sığorta haqqında qanunun 15-2.2.2-ci və 15-10.1.3-cü maddələri

Mediator kimdir?👥📥Mediator peşəsi 29.03.2019-cu ildə yaranıb.Gördüyünüz kimi çox yeni bir peşə növüdür. 📥Sizcə bu peşə n...
07/12/2021

Mediator kimdir?👥

📥Mediator peşəsi 29.03.2019-cu ildə yaranıb.
Gördüyünüz kimi çox yeni bir peşə növüdür.

📥Sizcə bu peşə nə üçün lazımdır?

📥Mediator – mediasiya prosesi zamanı tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı qanunla müəyyən olunan prosesi həyata keçirməli olan şəxsdir.

📥Mediasiya prosesinin tətbiq dairəsi aşağdakı sahələr üzrə müyyən edilib:
– mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);
– ailə münasibətlərindən irəli gələn mübahisələr;
– əmək münasibətlərindən irəli gələn mübahisələr;
– inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Mediator kimlər ola bilər?🤔

Bunun üçün növbəti paylaşımı gözləməkdə olun➡️

06/12/2021

Hökümət ödəniş portalından (gpp.az) fiziki şəxsin icbari tibbi sığorta üzrə sığorta haqqının ödənilmə qaydası📂

Videoları Onlayn Mühasib youtube kanalımdanda izləyə bilərsiz📂

📥https://youtube.com/channel/UCjNlZu-vcqlbb1H1naRJiqw

"Uğurlu qadın" 💫İlk öncədən bu günki günü təşkil edən iki gözəl xanıma   və onların komandasına öz təşəkkürümü bildirirə...
05/12/2021

"Uğurlu qadın" 💫

İlk öncədən bu günki günü təşkil edən iki gözəl xanıma və onların komandasına öz təşəkkürümü bildirirəm❤️

Olduqca maraqlı və çox faydalı bir gün oldu❤️
Düşünürəm ki, hər bir Azərbaycanlı qadın güclü qadındır ! Uğurun başlanğıcı elə qadınların gücündədir❤️

Gözəl gün, gözəl məkan və gözəl insanlar 💫
Daim irəli💫

Uğur qazanmaq nədir mənim üçün?Qarşına qoyduğun məqsədlərə çatmaqdır!Bu həyata bir dəfə gəlirik, və bu həyatı layiqincə ...
02/12/2021

Uğur qazanmaq nədir mənim üçün?

Qarşına qoyduğun məqsədlərə çatmaqdır!

Bu həyata bir dəfə gəlirik, və bu həyatı layiqincə yaşayıb dadını çıxartmalıyıq!

Bütün çətinliklərə göz yumub irəli getməliyik.

Ümumiyyətlə insanlar 2 yerə bölünür:

1.Doğulandan şanslı olanlar
2.Və tam əksinə. Min bir əziyyətlərə, çətinliklərə qatlananlar amma sonunda istədiyinə çatanlar.

Mən, 2-ci tip insanlara aidəm. 😄
Bu günki günümə şükr edirəm. Bütün işlərim çətinliklə alınsada, sonu hər zaman müvəfəqiyyətdir.😊

Əgər nəyinsə yolunda getmədiyini düşünürsünüzsə, yalnış fikirdəsiz. Hər şey yolundadır. Sadəcə zaman və inam lazımdır.

Rusların məşhur bir cümləsi var. "Хочешь рассмешить бога? Расскажи ему о своих планах!"

Bunun üçün çalışın, bekar qalmayın, ümidinizi əsla itirməyin və bir daha məqsədinizə çatmaq üçün cəhd edin.💫

Facebooka, instagramma və digər qeyri-rezidentlərə edilən ödənişlər müəssisədə hansl vergi öhdəliklərini yaradır❓Əsas❇️ ...
01/12/2021

Facebooka, instagramma və digər qeyri-rezidentlərə edilən ödənişlər müəssisədə hansl vergi öhdəliklərini yaradır❓

Əsas❇️ VM-nin 125-ci və 169-cu maddələridi

Cavab❇️ Sosial şəbəkələrdə reklam xidmətlərin göstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən 🔟 % dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır❗️

❇️Bunundan əlavə, xidmətlərin dəyərinə 1️⃣8️⃣ % dərəcə ilə ƏDV hesablanmalı, ödənməli və hesablanan verginin ödənilməsini təsdiq edən ödəniş sənədinə əsasən ƏVƏZLƏŞDİRİLMƏLİDİR❗️

❇️Əgər siz elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısısınızsa vergi orqanlarında uçotda olmayan şəxs olduqda❗️ ödənişi aparan yerli bank və ya xarici bankın AR-dakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Facebook, instagram və digər qeyri-rezidentlərə reklama görə müəyyən aylıq xərclər çəkirsiz❓Sual⛔️Sizcə bu xərclər il bi...
30/11/2021

Facebook, instagram və digər qeyri-rezidentlərə reklama görə müəyyən aylıq xərclər çəkirsiz❓

Sual⛔️
Sizcə bu xərclər il bitdikdən sonra mənfəət hesablanan zaman gəlirdən çıxılan xərclərə aid edilirmi❓

Cavab✅
Gəlirdən çıxılır❗️

Əsas❇️
VM-nin 108-ci maddəsi

Gəlirdən çıxılmayan xərclərdən başqa,❗️gəlirib əldə edilməsi ilə bağlı olan bütün xərclər və qanunla nəzərdə tutulmuş icbari ödənişlər GƏLİRDƏN ÇIXILIR✅

Facebook, instagram və s. alınan reklam xərcləri bilavasitə gəlirin əldə olunması ilə bağlı olan reklam xərcləri vergi tutulan gəlirdən çıxıla bilər✅

Mühasibat uçotu təlimi📄Növbəti mühasibat uçotu təlimimiz yanvar ayında baş tutacaq🤗Yeni ildə, yeni enerji ilə oxumağa ba...
29/11/2021

Mühasibat uçotu təlimi📄
Növbəti mühasibat uçotu təlimimiz yanvar ayında baş tutacaq🤗

Yeni ildə, yeni enerji ilə oxumağa başlamaq tam ideal zamandır!

Yeni proqram hazırlamaq fikrindəyəm və düşünürəm ki, hər yeni proqram əvvəlkindən qat qat fərqlidir.

Bunun üçün köhnə tələbələrim belə həvəslə 2-ci dəfə qoşulurlar🥳

Qeydiyyatı dekabrın SONUNDA açıq elan edəcəm🤓

Siz isə təlim iştirakçıların fikirləri ilə tanış ola bilərsiz🧐

İşçilərin ezamiyyə xərclərinin hesablanma qaydası🖋Həmişəki kimi, misallar üzərində qeyd edəcəm⬇️Misal 1️⃣.İşçi Gəncə şəh...
29/11/2021

İşçilərin ezamiyyə xərclərinin hesablanma qaydası🖋

Həmişəki kimi, misallar üzərində qeyd edəcəm⬇️

Misal 1️⃣.
İşçi Gəncə şəhərinə 2️⃣ günlük ezam olunub.
İşəgötürən tərəfindən ona 84 manat (70 (1 günlük norma) * 14 ((70 mnt x 20% (2 ci gün üçün yalnız gündəlik xərc)) ödənilir. 💵

İşçi mehmanxana🏨 xərci üçün də təsdiqedici sənəd təqdim etməsə də, hər hansı məbləğ geri qaytarmır.❌

Yeni dəyişikliyə əsasən , işçinin ezam olunduğu ərazidə oteldə qalması mütləq tələb olunmur və işəgötürən işçidən ezamiyyə normasına daxil edilən gündəlik xərclərlə yanaşı mehmanxana xərci üçün təsdiqedici sənəd tələb etməyəcək.❌

Misal2️⃣.
Büdcədən maliyyələşən təşkilatda işləyən işçi idarənin xidməti minik avtomobili ilə 01.06.2021-ci il tarixindən 2 gün müddətinə Bakı şəhərindən İsmayıllıya ezam olunub.

Ezamiyyə xərcləri necə hesablanacaq?
Gündəlik xərc : 65 mnt x 2 gün= 130 mnt

📄65 mnt İsmayıllıya getmək üçün 1 günlük normadı

➖Gündəlik xərc: 🍔130 mnt * 20%= 26 mnt
➖Mehmanxana xərci 🏨: 65 mnt x 80% = 52 mnt
➖Nəqliyyat xərci🚘 : Bakı-İsmayıllı 151 km, nəqliyyat vasitəsinin texniki pasportunda 100 km yanacaq sərfiyyatı 10 litr qeyd edilib.

🚘151 x 2= 302 km : 100 x 10 litr = 30.2 litr
Yanacağın bu günə qiymətinə əsasən ( 1 manat ) :

1 x 30.2 = 30.2 manat

Cəmi : 30.2 + 52 + 26 = 108.2 manat

İşdən sizi tez tez ezamiyyətə göndərillər❓Gəli o zaman ezamiyyə xərclərinin normalarına baxaq👀Əsas: 25.01.2008-ci il tar...
26/11/2021

İşdən sizi tez tez ezamiyyətə göndərillər❓

Gəli o zaman ezamiyyə xərclərinin normalarına baxaq👀

Əsas: 25.01.2008-ci il tarixli "Ezamiyyə xərclərinjn normalaeı haqqında" 14 nömrəli qanun📄

AR-nım ərazisində 🌍 ezamiyyə xərclərinin 1 günlük norması
📄Bakı şəh. 9️⃣0️⃣ mnt

📄Gəncə,Sumqayıt,Naxçıvan şəh. 7️⃣0️⃣ mnt

📄Respublika tabeli digər şəh, qəs.,kəndlər 6️⃣5️⃣ mnt

📄Ezamiyyə xərclərinin 1 günlük normasının 8️⃣0️⃣% mehmanxana xərcləridir 🏨

Hansı xərclər ezamiyyə xərclərinə daxildir❓

🔎Mehmanxana🏨
🔎Rabitə📞
🔎Şəhərdaxili nəqliyyat (taksi istisna)🚃
🔎Sigər xidmətlər ilə bağlı xərclər

❗️Bütün xərclər təqdim edilən sənədlər 📄əsasında ödənilir💵

👁Əgər siz daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan,çöl şəraitində çalışan müəssisəsisiz, o zaman işçilərin ezamiyyə xərcləri ƏVƏZİNƏ hər gün üçün 1️⃣5️⃣ mnt əlavə verilməlidir.

📄Büdcədən maliyyələşdirilən müəssisələrdə ezamiyyə xərcləri BÜDCƏDƏN ödənilir❗️

📄Digər müəssisələr öz vəsaiti hesabına ezamiyyə xərclərini ödəyir vəəə öz mənfəəti hesabına bu normalardan əlavə vəsaitdə ayira bilər💵👁

Mühasibat uçotu VI-cı qrup ✍🏻Bu gün Mühasibat uçotunun VI-cı qruppun təlim iştirakçıları ilə son dərsimiz idi🤗Sizinlə bi...
25/11/2021

Mühasibat uçotu VI-cı qrup ✍🏻

Bu gün Mühasibat uçotunun VI-cı qruppun təlim iştirakçıları ilə son dərsimiz idi🤗

Sizinlə bir neçə təlim iştirakçıların rəylərin bölüşürəm❤️

Qrupda ən çox xanım iştirakçılar oldu və mən hər birin tanımağıma çox şad oldum🤗

Sizləri sevirəm❤️

Sizin Xanım müəlliməniz❤️

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Onlayn.muhasib posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Onlayn.muhasib:

Share