Azmade Group LLC

Call Website Contact the business

Azmade Group LLC AZMADE Group LLC, created in 2018 & Leading companies in their field as ZTP ATL Spark LLS AAC”Gobustone”

Beynəlxalq tərəfdaşlığa doğru növbəti addım: Azmade Group , onun törəmə şirkəti olan  “ZTP” ASC Çinin aparıcı sənaye və ...
28/09/2026

Beynəlxalq tərəfdaşlığa doğru növbəti addım: Azmade Group , onun törəmə şirkəti olan “ZTP” ASC Çinin aparıcı sənaye və mühəndislik şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Azmade Group və tərəfdaşı TP Engineering 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AİİF) “Qeyri-maddi investisiy...
28/09/2026

Azmade Group və tərəfdaşı TP Engineering 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AİİF) “Qeyri-maddi investisiyalar: Gələcəyin kapitalı və iqtisadi artımın yeni hərəkverici qüvvəsi” adlı panelində iştirak edib.

Tariximizə şərəf, gələcəyimizə işıq bəxş edən, Vətənimizin suverənliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid...
27/09/2026

Tariximizə şərəf, gələcəyimizə işıq bəxş edən, Vətənimizin suverənliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın əziz xatirəsini sonsuz ehtiram və qürurla yad edirik.

Onlar bu torpağın hər qarışını öz canları bahasına qoruyaraq əbədi bir dastan yazdılar. Vətən sevgisini hər şeydən uca tutan, adını tariximizə qızıl hərflərlə yazdıran bütün qəhrəman şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin hüzn və minnətdarlıqla baş əyirik.

Unutmamışıq, unutdurmayacağıq! Şəhidlərimizin xatirəsi qəlbimizdə və azad Azərbaycanın hər guşəsində əbədi yaşayacaqdır.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ...
26/08/2026

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür.

“Azmade Group” kollektivi adından hörmətli Mehriban xanımı bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edirik!

Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin dünya miqyasında təbliği, sosial və humanitar layihələrin həyata keçirilməsi, eləcə də ölkəmizin hərtərəfli inkişafı naminə Mehriban xanımın yorulmaz və çoxşaxəli fəaliyyəti hər birimiz üçün yüksək ehtiram və qürur mənbəyidir.

Hörmətli Mehriban xanıma möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycanın işıqlı gələcəyi yolundakı ali missiyasında uğurlar arzulayırıq!

Azmade Group və Azertexnolayn MMC IV Özbəkistan - Azərbaycan Regionlararası Forumunda!Daşkənd şəhərində baş tutan IV Özb...
22/08/2026

Azmade Group və Azertexnolayn MMC IV Özbəkistan - Azərbaycan Regionlararası Forumunda!
Daşkənd şəhərində baş tutan IV Özbəkistan - Azərbaycan Regionlararası Forumu çərçivəsində ölkələrimiz arasında iqtisadi əlaqələrin şaxələndirilməsi, sənaye, investisiya, ticarət və digər prioritet istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, strateji tərəfdaşlıq münasibətlərimiz sənaye potensialının birləşdirilməsi, qabaqcıl texnologiyaların tətbiqi, birgə istehsalat layihələrinin gerçəkləşdirilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsi üçün geniş perspektivlər açır.
Bu mühüm platformada Azmade Group və Azertexnolayn MMC olaraq təmsil olunmaqdan, ölkələrarası sənaye inteqrasiyasına və birgə təşəbbüslərə öz töhfəmizi verməkdən məmnunuq. Sənaye sektorunda əməkdaşlığımızın dərinləşməsi iqtisadiyyatımızın dayanıqlı inkişafına mühüm təkan verir.
Gələcək sənaye layihələri və yeni uğurlar üçün irəliyə doğru inamla addımlayırıq!

Balaca qonağımız ofisimizə gəldi ki, trend var. Mən də qoşulmaq istəyirəm. Və belə şirin anlar yarandı 😊😊😊.
31/07/2026

Balaca qonağımız ofisimizə gəldi ki, trend var. Mən də qoşulmaq istəyirəm. Və belə şirin anlar yarandı 😊😊😊.

29/07/2026

Azmade Group-un təşkil etdiyi “Mühəndislikdə İlk Addım-2” layihəsində zirvənin sahibləri bəlli oldu!

Azmade Group-un gənc mühəndislərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi “Mühəndislikdə İlk Addım-2” layihəsi təntənəli şəkildə yekunlaşdı.

Layihə müddətində öz bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr göstərən və zirvəyə yüksələn qaliblərimizi ürəkdən təbrik edirik! Onlar təcrübə dövrünü uğurla başa vuraraq mühəndislik sahəsində böyük bir addım atdılar.

“Potensialınıza inanır və gələcəyin mühəndislik zirvələrini fəth etmək yolunda sizə sonsuz uğurlar arzulayırıq!”

29/07/2026

Azmade Group -un təşkil etdiyi MİA 2 - “Mühəndisliyə İlk Addım” təcrübə proqramının möhtəşəm Qala gecəsində, layihə boyu gənclərə yol göstərən, bilik və təcrübələrini onlarla bölüşən dəyərli mentorlarımızın sertifikat təqdimatı baş tutdu.

Gənc mühəndislər Azmade Group-un törəmə şirkətlərində həm real istehsalatla tanış olublar, həm də nəzəri və praktiki biliklərə yiyələniblər.

Mühəndislik sahəsində ilk addımlarını atan gənclərin inkişafında mentorlarımızın da rolu əvəzsizdir. Onlar təkcə texniki bilikləri ötürmədilər, həm də gələcəyin peşəkarlarına ilham mənbəyi oldular.

Bizimlə bu yola çıxan , gənclərin potensialını ortaya çıxarmaq üçün vaxt və enerjisini əsirgəməyən bütün mentorlarımıza dərin minnətdarlığımızı bildiririk! 🤝💼

💡 Mühəndisliyə atılan hər bir addımda bələdçi olanların əməyi ilə gələcəyi birlikdə inşa edirik!

29/07/2026

Azmade Group-un təşkil etdiyi MİA 2 - Mühəndisliyə İlk Addım layihəsini uğurla tamamlayan gənc mühəndislərimiz bu dəfə kamera qarşısındadırlar! Onlar Azmade Group-un bir hissəsi olmağın, real istehsalat və layihə mühitində təcrübə qazanmağın peşəkar inkişaflarına olan töhfələrini öz səmimi müsahibələrində bölüşüblər.

Gənclərimizin enerjisi, öyrənmək həvəsi və Azmade Group-un köklü sənaye təcrübəsi birləşəndə ortaya gələcəyin güclü mühəndis nəsli çıxır. Biz gənc istedadlara dəstək olmaqdan və onların inkişaf yoluna bələdçilik etməkdən qürur duyuruq!💼⚙️

Məzunlarımızın ilhamverici müsahibə videosunu təqdim edirik. İzləyin və gələcəyin mühəndislərinin ilk uğur addımlarına siz də şahid olun!

👇 Rəylərinizlə gənclərimizə dəstək ola bilərsiniz 😊

Azmade Group və Böyük Britaniya Səfirliyinin Biznes və Ticarət Departamenti arasında növbəti işgüzar görüş keçirilib.Gör...
13/07/2026

Azmade Group və Böyük Britaniya Səfirliyinin Biznes və Ticarət Departamenti arasında növbəti işgüzar görüş keçirilib.

Görüş zamanı qarşılıqlı potensial əməkdaşlıq imkanları ətraflı şəkildə müzakirə olundu.

Məqsədimiz: Ticarət əlaqələrini daha da gücləndirmək və yeni biznes imkanlarını dəyərləndirməkdir. Fəaliyyətimizi beynəlxalq tərəfdaşlarla birgə inkişaf etdirməkdən məmnunluq duyuruq.

Address

Port Baku Towers 153, Neftchilar Avenue
Baku
1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125040500

Alerts

Be the first to know and let us send you an email when Azmade Group LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azmade Group LLC:

Shortcuts

Share