01/03/2022
Bizneslərə böyük məbləğdə investisiya qoyarkən səhv qərarlar vermək ciddi maddi itkilərlə nəticələnir. İnvestisiya məbləği nə qədər böyük olursa, itki də o qədər böyüyə bilir və risklər artır.
İnvestorların böyük layihələrə investisiya qoyuluşunda ən çox etdiyi 4 səhvi sizlərlə paylaşırıq:
İnvestisiya qoyulan layihə və ya biznesə qarşı obyektiv ola bilməmək:
İnvestor layihəni və ya biznesi çox bəyəndiyi üçün hər şeyin yaxşı getdiyi düşüncəsində ola bilir. Amma rəqəmlərə baxdıqda vəziyyət tam fərqlidir. Unutmaq olmaz ki, bu bir investisiyadır və sizin məqsədiniz nəticədə gəlirli çıxmaqdır
Səbrsiz qərarlar:
Ola bilsin ki, layihənin və ya biznesin inkişaf sürəti başlanğıcda yavaş olsun və az gəlir gətirsin. Amma burda biraz səbrli davranıb müəyyən müddət gözləmək və daha yaxşı analiz edib son qərarı vermək daha məqsədəuyğun olar.
Diversifikasiya etməmək:
Bütün yumurtaları bir səbətə qoymaq olmaz. Layihə və ya biznes nə qədər cəlbedici görünsə də, investisiya edərkən məbləği şaxələndirmək və başqa potensiallı layihələrə də investisiya etmək lazımdır.
Emosional qərarlar:
İnvestisiyaların birinci düşməni emosional verilən qərarlardır. Bazarda baş verən ani dəyişikliklər, şəxsi məsələlər sizi böyük şəkli görməkdən yayındıra bilər. Amma nə qədər soyuqqanlı qərarlar verilsə, investisiyanın idarə edilməsi cəhətdən o qədər effektiv olar.
Blackgarden Advisory olaraq, həm ailə bizneslərinə, şirkətlərə, həm fərdi investorlara yerli və xarici bazarlarda özəl sərmayə (private equity), vençur kapital (venture capital) və digər investisiyaların qoyulmasında yüksək səviyyədə xidmətlər təklif edirik.